Məhkəmə qərarları › İş №2(004)-4091/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4091/2021

08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4091/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı X3, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü tərəf Bakı Şəhəri 32 Saylı Dövlət Notariat Ofisinə qarşı “alqı-satqı müqavilsənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü tərəf Bakı Şəhəri 32 Saylı Dövlət Notariat Ofisinə qarşı “alqı-satqı müqavilsənin etibarsız hesab edilməsi”xxxx” MMC Bakı şəhəri, 32 saylı Notariat ofisində təsdiq edilmiş 11 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat vererək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü tərəf Bakı Şəhəri 32 Saylı Dövlət Notariat Ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxış iclaının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 11.03.2017-ci il tarixli “Müəssisədəki payın alqı-satqı müqaviləsi”nə əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin təsiscisi Cavabdeh2 “xxxx” MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100% payı Cavabdeh1 20 manata satmışdır. İş materiallarında olan X2 tərəfindən verilmiş 11.03.2017-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, X2 “xxxx” MMC-nin nizamnamə kapitalında Cavabdeh2 məxsus olan 100% payın satılmasına etiraz etməmişdir. İş materillarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh2 ilə X2 arasında Bakı Nikah Evi tərəfindən 14 iyun 2008-ci il tarixdə 1494 akt qeydi ilə nikah bağlanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsi üzrə müqavilənin tərəfi deyildir və həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Həmçinin müqavilənin etibarsızlığı üçün qanuni əsaslar, həmçinin iddianın mənafeyini və qanuni maraqlarını pozan hallar məhkəmə tərəfindən müəyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” MMC ilə bağlanmış Bakı şəhəri, 32 saylı Notariat ofisində təsdiq edilmiş 11 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar