Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4096/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X2 psixi qüsurun nəticəsi olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul ediməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən 21 aprel 1957ci il təvəllüdlü X7 əridir. Onunla 25 oktyabr 1989-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. X7 yaranmış Altsheymer xəstəliyindən əziyyət çəkir. Demensiyanın nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Onun hüquqları və mənafelərinin müdafiəsi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyöun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan AZE seriyalı 07214082 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1989-cu il tarixli, V-ЖГ № 331194 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X3 25 oktyabr 1989-cu il tarixdə nikaha daxil olmuşdur. Ərə Cavadov, arvada Cavadova soyadı vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X9 Şəxsinin 20 may 2021-ci il tarixli 4099 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 altsheymer xəstəliyi zamanı erkən demensiya F00 diaqnozu qoyulmuşdur. Kənar şəxslərin ciddi nəzarəti və qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, X6 altsheymer xəstəliyi zamanı erkən demensiya F00 diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2539 saylı rəyinə əsasən xx.xx.1957-ci il təvəllüdlü X4 altsheymer xəstəliyi zamanı demensiya F00 qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklər 5-6 ildir ki, meydana gəlməsi, psixi vəziyyəti ilə əlaqədar AR SN-nın Psixi Sağlamlıq Mərkəzində altsheymer xəstəliyi zamanı erkən demensiya F00 diaqnozu qoyulmuşdur. Kənar şəxslərin ciddi nəzarəti və qulluğuna ehtiyacı var diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan X6 altsheymer xəstəliyi zamanı erkən demensiya F00 diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər – zahirən passiv olması, ünsiyyət yaratmağın mümkün olmaması, verilən sualları anlamaması, əhvali ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin dar olması, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. X4 altsheymer xəstəliyi zamanı erkən demensiya F00 qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X2 yaxın qohumu – arvadıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X5 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4096/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4096/2023
04.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver