Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-41/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X16 və X19 Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X11 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X7 ¼ hissədə, X9 ¼ hissədə və Cavabdeh ¼ hissədə paylarına düşən hissələrin, yəni ümumi paylı mülkiyyətin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 4, mənzil 4 ataları X20 məxsus olub, 1996-cı il tarixində DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X8 xx.xx.2013-cü il tarixində, anası X24 isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Onlara vərəsəlik açılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum ataları X11 miras qalmış, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı 3/30 hissədə, X7 3/30 hissədə, X1 3/30 hissədə, X10 3/30 hissədə, X2 3/30 hissədə, X3 3/30 hissədə, X4 3/30 hissədə, X17 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri X25 1/30 hissədə, X21 1/30 hissədə və X22 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları müəyyənləşdirilmişdir. Qətnamədən narazı qalan qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-480/2020 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3190/2020 saylı qətnaməsilə ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X7 ¼ hissədə, X9 ¼ hissədə və Cavabdeh ¼ hissədə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməsi qət edilmiş, onlar həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1201/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və paylı mülkiyyət yaranmışdır. Beləliklə, mərhum X11 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X7 ¼ hissədə, X9 ¼ hissədə və Cavabdeh ¼ hissədə payları müəyyən edilmişdir. Hal-hazırda paylarına düşən hissədən Cavabdeh hər birinin istifadə etməyinə imkan vermir, işıqdan, qazdan, sudan istifadə ilə bağlı xərcləri ödəmir, o, onkoloji xəstədir, imkanları olduqda onlar xərcləri ödəyir, iddiaçıların isə maddi vəziyyəti ağırdır. Cavabdeh tərəfindən payına düşən hissədə işıq, qaz, sudan istifadə ilə bağlı xərclər ödənilmədiyi üçün işıq, qaz, su kəsilir, o, xəstə adamdır, ev buz kimi olur. Bu səbəbdən də qərara gəlmişlər ki, paylı mülkiyyətdən hər biri öz payının ayrılması üçün məhkəməyə müraciət etsinlər, paylarını ayırmaq istəyirlər. Azərbaycan Respublikası MM-in 220-ci maddəsində qeyd edilmişdir ki, “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtlərilə razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan payın mülkiyyətçisi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər”. Hesab edir ki, onların hər birinə ayrılmış pay naturada bölünməlidir. İşə məhkəmə iclasında baxılan zaman iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçılardan X16 və X9 iddiaçılar sırasından çıxarılmasını, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin bölünməsi mümkündür. Evin sağ tərəfində 03 otaq, sol tərəfində isə 01 otaq və mətbəxtdir və o, ekspert rəyində də qeyd olunduğu kimi sərhəd hasarı çəkilməklə ümumi istifadədə saxlanılmalıdır. Ekspert rəyi ilə razıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin naturada bölünməsinə razıdır, lakin 60 kv.m. kənara çıxmamaq şərti ilə, özbaşına tikililərdən kənara çıxılmasın. Axırıncı ekspert rəyi ilə razı deyil, 01 saylı tikilidə yalnız özünün qaldığını bildirmişdir. O, mətbəxtdə ona aiddir, niyə orada hasar çəkilməlidir, bir otaqda yaşayır və orada onun uşaqları dərs oxuyur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(004)-480/2020 saylı qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X7 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X12 ¼ hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1201/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı, X16, X23, X13, X14, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə ¼ hissəsi X7, ¼ hissəsi X9, ¼ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1464 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X19 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X16 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2680 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (¼ hissə və ¾ hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 qalmış, ünvan 4 ünvanda yerləşən 4 nömrəli mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı 3/30 hissədə, X7 3/30 hissədə, X1 3/30 hissədə, X10 3/30 hissədə, X5 3/30 hissədə, X3 3/30 hissədə, X4 3/30 hissədə, X9 3/30 hissədə, Cavabdeh 3/30 hissədə, X18 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri X25 1/30 hissədə, X21 1/30 hissədə və X22 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmiş, vərəsələrə mirasla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi 12 saylı Notariat Ofisinə həvalə edilmiş, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(004)-480/2020 saylı qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X7 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X12 ¼ hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1201/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı, X16, X23, X13, X14, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzil üzərində tərəflərin paylarına uyğun mülkiyyət hüququ tanınaraq, sonunculara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Daha sonra X19 ilə X16 onlara aid olan ¼ hissəni bacıları İddiaçı mülkiyyətinə vermişlər və bununla da, ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının istifadə etməyinə imkan vermir, işıqdan, qazdan, sudan istifadə ilə bağlı xərcləri ödəmir. Cavabdeh tərəfindən payına düşən hissədə işıq, qaz, sudan istifadə ilə bağlı xərclər ödənilmədiyi üçün işıq, qaz, su kəsilir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (¼ hissə və ¾ hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır. Eyni zamanda Cavabdehlər İddiaçı, X16 və X15 qarşı paylı mülkiyyətdə olan əmlakın ona aid hissədə natura qaydasında bölünməsi haqqında qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 83 saylı evin 4 saylı mənzili ¼ hissədə ona düşən xüsusi mülkiyyətdə olan sahə, onun istifadəsində olan özbaşına tikiliyə bitişik hissədən 15,076 kv.m. sahəsi təcrid olunmaqla, onun istifadəsində olan özbaşına tikiliyə qatılmaqla, cavabdehib özlərinə məxsus hissədən ayrıca giriş-çıxışı açılmaqla natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-852/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 ərizəsinə əsasən iş üzrə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin Cavabdeh ¼ hissədə payına uyğun naturada bölünməsi hissəsində qeyd edir ki, iddiaçının cavabdehə qarşı bu tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır və bu hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan ¾ hissədən ibarət payı naturada ayrılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 10/1464 nömrəli, xx.xx.2022, 10/2680 nömrəli, xx.xx.2022 və 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatı İddiaçı, 150 (yüz əlli) manatı isə Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan ¾ hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (yüz əlli) manatı İddiaçı, 150 (yüz əlli) manatı isə Cavabdeh tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-41/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-41/2023
02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver