Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4103/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb olunmaqla “kooperativ mənzil tikinti haqqında müqavilənin və mənzilə dair dövlət reystrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X4 və X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və “Prokredit” X8 Təşkilatı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi, ev 12, mənzil 257-ə dair cavabdehlər Cavabdeh1 ilə "xxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əxxxında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, o, Cavabdeh2 qarşı “mülkiyyətə istifadəyə yaradılan maneənin aradan qaldırılması və yaşayış mənzilinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi üzrə 2(004)- 3627/2020 saylı mülki iş hakim Günay Axundovanın icraatındadır. Hər iki iş mülki iş əlaqəlidir, mübahisə eyni tərəflər arasındadır və mübahisəli mənzil eynidir. Ona görə də o məhkəmədən 2(004)-4103/2020 saylı mülki işin 2(004)-3627/2020 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə vəsatəti araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3627/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməsi qərara alınmışdır. Sadalanan xüsusatlara əxxxən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3627/2020 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki iş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilməldir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əxxxən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əxxxən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əxxxlanaraq məhkəmə hesab edir ki, iddiaçı X5 vəsatəti təmin edilməməli, Cavabdeh1 vəsatəti təmin edilərək, qeyd edilən iddialar əxxxında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əxxxən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb olunmaqla “kooperativ mənzil tikinti haqqında müqavilənin və mənzilə dair dövlət reystrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair 2(004)-4103/2020 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “mənzildən çıxarma” tələbinə dair 2(004)-3627/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4103/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4103/2020
17.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver