Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4118/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-ninCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 348 manat əsas, 116 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 434 manat əsas, 130 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1537 manat əsas, 436 manat cərimə borcu olmaqla, ümumilikdə 3001 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh aralarında bağlanmış müqavilələr üzrə öhdəliyi pozduğundan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 348 manat əsas, 116 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 434 manat əsas, 130 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1537 manat əsas, 436 manat cərimə borcu olmaqla, ümumilikdə 3001 manat borcu yaranmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 58885 nömrəli alğı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxx” MMC tərəfindən Braun markalı ütü, Kenwood markalı kombayn, Samsung tozsoran, mətbəx stolu və stulu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K00137455 nömrəli alğı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxx” MMC tərəfindən İMEİ kod **********41191 LG M və İMEİ kod **********200xx xxxxx 3310 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K00178236 nömrəli alğı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxx” MMC tərəfindən Gorenje kondisioner, Hoffman Led TV və Sonorous Surefix asqı Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 58885 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyərini aylıq 159 manat olmaqla 14 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, K00137455 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 744 manat təşkil edir və aylıq 62 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, K00178236 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 3276 manat təşkil edir və aylıq 182 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli alğı-satqı müqavilələri üzrə cəmi 2865 ödəniş etmiş,2319 manat əsas, 682 manat cərimə borcu olmaqla cəmi 3001 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 maddəsinəəsasən,əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən 2865 manat ödəniş olunduğundan cavabdehdən 2319 manat əsas borc tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin ümimi məbləğinin 682 manat məbləğində deyil, 130 manatməbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilmişdir ki, iddia əsas borcun tutulması hissəsində təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdehxx.xx.2018-ci il tarixli müqavilə üzrə 348 manat əsas, 20 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 434 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1537 manat əsas, 80 manat cərimə borcu olmaqla, ümumilikdə 2449 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 2479 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 348 manat əsas, 20 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 434 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1537 manat əsas, 80 manat cərimə borcu olmaqla, ümumilikdə 2449 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 2479 manat (iki min dörd yüz yetmiş doqquz manat) məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4118/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4118/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver