Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4120/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi” tələbinə dair barədə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1 Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxx” ASC-nin xeyrinə xeyrinə 6888 manat əsas, 826,56 manat faiz, 2066,40 manat cərimə, cəmi 9780,96 manat və 30 manat ödənimiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCdən “Lada Vesta” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il fevral ayından başlayaraq, lizinq alan hər ay lizinq verənə 574 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2019-cu ilin avqust ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2020-ci il sentyabrın 01-i vəziyyətinə Cavabdeh 6888 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faiz həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borc məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir.” 2020-ci il sentyabrın 1-i borcun- 6888 manatın illik 5 faizi həcmində hesablanmış 826,56 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 5,74x360 gün=2066,40 manat cərimə ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının mümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Uzun müddətli icarə (daxili lizinq)” müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Lada Vesta” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə verməyi, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan isə 45 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 574 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına olan xx.xx.2019-cu il tarixli qəbul aktından görünür ki, lizinq verən “Lada Vesta” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobili lizinq alana təqdim etmiş, lizinq alan isə qeyd olunan lizinq obyektini lizinqə qəbul etmişdir. İş materiallarına olan Maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli “Daxili Lizinq” müqaviləsi üzrə 6888 manat əsas, illik 5 faizlə hesablanmış 826,56 manat faiz borcu, 2066,40 manat dəbbə pulu olmaqla, 9780,96 manat təşkil edir. İş materiallarına olan xx xxxxxx 2020-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Lada Vesta” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Uzun müddətli icarə (daxili lizinq)” müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Lada Vesta” markalı **- PH-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə verməyi, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan isə 45 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 574 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “Lada Vesta” markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini pozmuş, ödənişləri vaxtı vaxtında etməmişdir. Habelə iş materiallarına əlavə edilmiş Maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli “Daxili Lizinq” müqaviləsi üzrə 6888 manat əsas, illik 5 faizlə hesablanmış 826,56 manat faiz borcu, 2066,40 manat dəbbə pulu olmaqla, 9780,96 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 6888 manat əsas borc, 200 manat cərimə borcu, ümumilikdə cəmi 7088 manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış lizinq müqaviləsi ləğv edilməlidir. İddia tələbi 826,56 manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 -ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehdən 2066,40 manat cərimə borcu tələb etmişdir. Həmçinin iddia tələbi cavabdehdən 2066,40 manat cərimə tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən maliyyə arayışına görə cərimə pulunun 2066,40 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 6888 (altı min səkkiz yüz səksən səkkiz) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu, ümumilikdə cəmi 7088 (yeddi min səksən səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış lizinq müqaviləsi ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4120/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4120/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver