Məhkəmə qərarları › İş №2(004)-4146/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4146/2021

28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4146/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili X2, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsi bağlanmışdır. Həmin nüqaviləyə əsasən İddiaçı1 100.000 (yüz min) manat məbləğində k-edit xətti açılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsində göstərilmişdir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsinin təminatı olaraq İddiaçı1 ilə "xxxx" QSC ilə arasında 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı1 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsində olan 0.01029 ha torpaq sahəsində yerləşən 3 girişli, 61.6 kv.m ümumi, 61,6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (mağaza) və İsmayıllı şəhəri, R.Behbudov küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,52 kv.m yaşayış, 210,24 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa sözügedən kredit xətti müqaviləsi əsasında İddiaçı2 ilə "xxxx" QSC arasında 15.07.2011-ci il tarixli 26S000000775 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsinin təminatı daraq İddiaçı2 ilə "xxxx" QSC arasında 15.07.2011-ci il tarixli 26M000000094 saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 109.5 kv.metr yaşayış, 99.5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda 15 sentyabr 2009-cu il tarixli 15L000000830 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən İddiaçı1 "xxxx" QSC arasında 05 fevral 2015-ci il tarixli 026R********** saylı Kredit Razılaşması müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı1 aylıq faiz dərəcəsi 1.5% olmaqla, 48 ay müddətinə 193.000 ABŞ dolları məbləğində kredit verilmişdir və həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında həmin kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 07 aprel 2015-ci il tarixli, H5R**********S saylı Saziş bağlanmışdır. Qeyd olunmalıdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsi bağlanmış, həmin müqavilənin 1.3-cü maddəsinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və həmin müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilməsi qeyd olunmuş və həmin müqavilənin təminatı olaraq 16.09.2009-cu il tarixli 15M000000157 saylı, 15.07.2011-ci il tarixli 15M000000094 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələri bağlanmış olsa da, sözügedən ipoteka müqavilələrində təmin edilmiş öhdəliyin məbləği, müddəti və faiz dərəcəsi göstərilməmişdir. Eyni zamanda 15 sentyabr 2009-cu il tarixli 15L000000830 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 026R********** saylı Kredit Razılaşması və həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında həmin Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 07 aprel 2015-ci il Tarixli, 026R**********S saylı Saziş üzrə İddiaçı2 ilə "xxxx" 3SC arasında hər hansı müqavilə bağlanmamış və onun həmin Razılaşma və Saziş üzrə öhdəliyi üzərinə götürməsinə dair hər hansı razılığı alınmamışdır. Göstərilənlərə əsasən İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələrinin və İddiaçı2 ilə "xxxx" QSC arasında bağlanmış 15.07.2011-ci il tarixli 26M000000094 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili X6 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, iddiaçının nümayəndəsi iddia tələbini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il və 25.07.2019-cu il tarixli qərarları ilə əsaslandırmış və bildirmişdir ki, İddiaçı1 tərəfindən müqavilələr imzalanmamışdır. Belə ki, bank tərəfindən İsmayıllı Rayon Məhkəməsinə kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş, həmin vaxt İddiaçı1 tərəfindən mənzillərin qiyməti və məbləğ ilə bağlı iş üzrə ekspertizanın keçirilməsi xahiş edilmiş və məhkəmə tərəfindən sonuncu vəsatəti təmin edilmişdir. İddiaçı1 həmin vaxt müqavilələrin onun tərəfindən imzalanmadığını mübahisələndirməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyəti cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, mənzillərdən birinin satış qiyməti dəyişdirilmişdir. Daha sonra iş üzrə tərəflərdən biri olan İddiaçı2 və onun vəkili X6 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçının nümayəndəsi Plenum Qərarlarına istinad etsə də, müvafiq məhkəmə aktları çıxarılarkən həmin Plenum Qərarları da, nəzərə alınmışdır. Bundan başqa hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır və MPM-nin 82-ci maddəsinə əsasən qətnamə ilə müəyyən edilmiş faktlar tərəflər tərəfindən başqa bir məhkəmə prosessində mübahisələndirilə bilməz. Hazırki iddia ərizəsi formal xarakter daşıyır. Belə ki, iş icra mərhələsindədir və verilmiş iddia işin yubadılmasından ibarətdir. Odur ki, iddia tələbi əsasızdır və məhkəmədən rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı1 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 830 nömrəli, 15.07.2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilmiş və kredit alana 200000 ABŞ dolları kredit xəttinin açılması və kredit müqaviləsinin müddətinin 180 ay müddətinə uzadılması razılaşdırılmışdır. İddiaçı2 ilə Cavabdeh1 QSC arasında bağlanmış 16.07.2011-ci il tarixli, 26S000000775 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə zamin durmuşdur. İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 026R********** saylı, 05.02.2015ci il tarixli kredit razılaşmasından görünür ki, bank 193000 ABŞ dolları məbləğində pul vəsaitini aylıq 1.5% 48 ay müddətinə İddiaçı1 kredit vermişdir. 16.09.2009-cu il tarixli, 15M000000157 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X3 şəhəri, M.F.Axundov küçəsində mülkiyyətində olan 0.01029 ha torpaq sahəsində yerləşən 3 girişli, 61.6 kv.m ümumi, 61.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını 15.09.2009-cu il tarixli 15L000000829 və 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. 15.07.2011-ci il tarixli, 26M000000094 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X4 şəhəri, İsmayıllı kəndində mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. 18.09.2012-ci il tarixli, 26M000000281 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X3 şəhəri, R.Behbudov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı 29 nörməli fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyəti cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsinin dəyişdirilməsi; Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn Rəşid Behbudov küçəsində yerləşən 0,06 hа tоrpаq sаhəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 312.76 kv ümumi 102.52 kv yaşayış 210.24 kv yardımçı sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin ilkin sаtış qiyməti 150000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 18.06.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı2 və onun vəkili X6 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmiş, ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı1 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında 830 nömrəli, 15.07.2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Saziş bağlanmış və həmin Sazişə əsasən 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilmiş və kredit alana 200000 ABŞ dolları kredit xəttinin açılması və kredit müqaviləsinin müddətinin 180 ay müddətinə uzadılması razılaşdırılmışdır. İş üzrə digər İddiaçı2 ilə Cavabdeh1 QSC arasında bağlanmış 16.07.2011-ci il tarixli, 26S000000775 saylı zaminlik müqaviləsinə əsasən, İddiaçı2 İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə zamin durmuşdur. İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 026R********** saylı, 05.02.2015-ci il tarixli kredit razılaşması ilə, bank 193000 ABŞ dolları məbləğində pul vəsaitini aylıq 1.5% 48 ay müddətinə İddiaçı1 kredit vermiş və kredit müqaviləsinin təminatı kimi 16.09.2009-cu il tarixli, 15M000000157 nörməli, 15.07.2011-ci il tarixli, 26M000000094 nörməli və 18.09.2012-ci il tarixli, 26M000000281 nörməli ipoteka müqavilələri bağlanmış, Mövlamov X3 şəhəri, M.F.Axundov küçəsində mülkiyyətində olan 0.01029 ha torpaq sahəsində yerləşən 3 girişli, 61.6 kv.m ümumi, 61.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını 15.09.2009-cu il tarixli 15L000000829 və 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə; ipoteka verən Mövlamov X4 şəhəri, İsmayıllı kəndində mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə və ipoteka verən Mövlamov X3 şəhəri, R.Behbudov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı 29 nörməli fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. İşin materialları ilə həmçinin o da müəyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyəti cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, mənzillərdən birinin satış qiyməti dəyişdirilmişdir. İddiaçı2 və onun vəkili X6 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələrinin və İddiaçı2 ilə "xxxx" QSC arasında bağlanmış 15.07.2011-ci il tarixli 26M000000094 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. İddiaçıların nümayəndəsi bu halları mübahisələndirilən müqavilələrdən iddiaçıların məlumatsız olduqları və müqavilələrin iddiaçılar tərəfindən imzalanmaması ilə əsaslandırsa da, sadalananlar ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materialları və tərəflərin izahatları ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyətinin cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə İsmayıllı Rayon Məhkəməsində baxılan zaman hazırki iş üzrə İddiaçı1 vəsatəti ilə iş üzrə mühasibatlıq və əmtəşünaslıq ekspertizasının təyin edilməsi, müqavilədəki imzalarnan bağlı ilə hər hansı mübahisə olmaması və xəttşünaslıq ekspertizasının keçirilməsin dair də vəsatətin verilməməsi müəyyən edilmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi apelyasiya qaydasında mübahisələndirilmiş, apelyasiya şikayətlərinin əsasınə isə əmlakların qiymətinin aşağı olması və tələb olunan borcun çox olması, birdəfəlik ödənişin edilməsinin mümkünsüzlüyü təşkil etmiş, iddiaçı tərəfindən hazırki idda ərizəsində gösdərilən hallar və eləcə də, mübahisələndirilən müqavilələrin onun tərəfindən imzalanmaması həmin apelyasiya şikayətində ümumiyyətə mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən onu da vurğulayır ki, iddiaçıların nümayəndəsi iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il və 25.07.2019-cu il tarixli qərarlarını göstərsə də, müvafiq məhkəmələr tərəfindən qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi və eləcə də, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında mübahsəyə dair artıq yekun məhkəmə qərarları qəbul edilərək qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar