Məhkəmə qərarları › İş №2(004)-416/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-416/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-416/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X1 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mənzillərinə dair x xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqavilələrində ölçüsü bilavasitə əks olunmayan, lakin Ali Məhkəmənin qərarına əsasən müqavilədə göstərilən yardımçı sahəyə aid edilən və iddiaçıların subyektiv hüquqları olan zirzəminin dəyərinin, yəni 210.000 manat pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi iddiaya etiraz edərək eyni tərəflər arasında, eyni əsaslarla eyni predmet barəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar X1 və İddiaçı1 iddia tələbləri inzibati orqan olan Cavabdeh hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya ilə əlaqədar olduğundan və aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla eyni predmet barəsində iddiaçıların iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə mümkün sayılmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2424/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2-1(102)- 1583/2018 saylı qərarı ilə Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, onun hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar