Məhkəmə qərarları › İş №2(004)-4164/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4164/2024

25.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4164/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xİdməti” X8 ilə X3 arasında bağlanan “Su təchizat və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli, 47605607 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən onun adına bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında olan (hal-hazırda hakim-Adilə Paşayevanın) 2(008)- 506/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, icraatda olan 2(004) 4164/2024 saylı milki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməməli, digər məhkəmədə baxılan mülki işlə hazırki mülki iş arasında eyni tərəflər, faktiki hallar və hüquqi əsaslar mövcud olduğundan mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)- 506/2024 saylı mülki iş üzrə işdə iştirak edən şəxslər və mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqəlidir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6695/2023 saylı qərardadına əsasən iddiaçı X2 cavabdehlər X1, X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-506/2024 saylı qərardadına əsasən iddiaçı X2 cavabdehlər X1, X4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Beləliklə, məhkəmə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədə müvafiqliyini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4164/2024 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 395-ci maddəsində birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)- 4164/2024 saylı mülki iş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdehlər X1, X4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla "yaşayış sahəsindən çıxarılma" tələbinə dair 2(008)-506/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar