Məhkəmə qərarları › İş №2(004)-4184/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4184/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4184/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21887, **********24942, **********17014 və **********27509 olan Samsung Galaxy J4, 2 ədəd Samsung J2, Samsung Galaxy J4 plus markalı telefon, Samsung Paltaryuyan, Modem TP-LİNK, Power Bank mi, Panasonic ev telefonu, Xiaomi Mi band 3 saat almış və nəticədə 2559 (iki min beş yüz əlli doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 (min üç yüz altmış səkkiz) manat (18 ay x 76 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********21887 olan Samsung Galaxy J4 markalı telefon, Samsung Paltaryuyan üçün ümumilikdə, 988 (doqquz yüz səksən səkkiz) manat olmaqla ondan, 760 (yeddiyüz altmış) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 420 (dördyüz iyirmi) manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********24942 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 318 (üç yüz on səkkiz) manat olmaqla ondan, 245 (ikiyüz qırx beş) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (12 ay x 18 manat + 0 manat ilkin ödəniş) Modem TP-LİNK, Power Bank mi, Panasonic ev telefonu üçün ümumilikdə, 163 (yüz altmış üç) manat olmaqla ondan, 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 (üç yüz səksən) manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********17014 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525 (beş yüz iyirmi beş) manat (15 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********27509 olan Samsung Galaxy J4 plus markalı telefon və Xiaomi Mi band 3 saat üçün ümumilikdə, 682 (altı yüz səksən iki) manat olmaqla ondan, 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 157 (yüz əlli yeddi) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 930 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21887 olan Samsung Galaxy J4 markalı telefon, Samsung Paltaryuyan üçün 760 (yeddiyüz altmış) manat ödənilməmiş hissə, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24942 olan Samsung J2 markalı telefon üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Modem TP-LİNK, Power Bank mi, Panasonic ev telefonu üçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********17014 olan Samsung J2 markalı telefon üçün 323 (üçyüz iyirmi üç) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********27509 olan Samsung Galaxy J4 plus markalı telefon və Xiaomi Mi band 3 saat üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 157 (yüz əlli yeddi) manat dəbbə; ümumilikdə 2559 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2589 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1368 manat, İMEİ Kodu **********21887 olan Samsung Galaxy J4 markalı telefonu və Samsung Paltaryuyanı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 76 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 manat, İMEİ Kodu **********24942 olan Samsung J2 markalı telefon nisyə satmış, alıcı həmin məbləği hər ay 35 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216 manat olan Modem TP-LİNK, Power Bank mi və Panasonic ev telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 18 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 manat, İMEİ Kodu **********17014 olan Samsung J2 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 19 manat ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525 manat, İMEİ Kodu **********27509 olan Samsung Galaxy J4 plus markalı telefon və Xiaomi Mi band 3 saatı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 35 manat ödəmək şərti ilə 15 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 930 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıyaverildikdənmüəyyənmüddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 228 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 73 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 37 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 85 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 157 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 15 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21887 Samsung Galaxy J4 markalı telefon, Samsung Paltaryuyan üçün 760 (yeddi yüz altmış) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 790 (yeddi yüz doxsan) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24942 olan Samsung J2 markalı telefon üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 255 (iki yüz əlli beş) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Modem TP-Link, PoverBank mi, Panasonic ev telefonu üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 136 (bir yüz otuz altı) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17014 olan Samsung Galaxy J2 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 333 (üç yüz otuz üç) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27509 olan Samsung Galaxy J4 Plus markalı telefon və Xiaomi Mi band 3 saat üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, ümumilikdə 540 (beş yüz qırx) manat; cəmi 2054 (iki min əlli dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinəödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.74%-i, yəni 5 (beş) manat 90 (doxsan) qəpiyi iddiaçıya aid edilməli, qalan 80.26%-i, yəni 24 (iyirmi dörd) manat 10 (on) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21887 Samsung Galaxy J4 markalı telefon, Samsung Paltaryuyan üçün 760 (yeddi yüz altmış) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 790 (yeddi yüz doxsan) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24942 olan Samsung J2 markalı telefon üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 255 (iki yüz əlli beş) manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Modem TP-Link, PoverBank mi, Panasonic ev telefonu üçün 126 (bir yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 136 (bir yüz otuz altı) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17014 olan Samsung Galaxy J2 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 333 (üç yüz otuz üç) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27509 olan Samsung Galaxy J4 Plus markalı telefon və Xiaomi Mi band 3 saat üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, ümumilikdə 540 (beş yüz qırx) manat; cəmi 2054 (iki min əlli dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMCnin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.74%-i, yəni 5 (beş) manat 90 (doxsan) qəpiyi iddiaçıya aid edilsin, qalan 80.26%-i, yəni 24 (iyirmi dörd) manat 10 (on) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinəödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar