Məhkəmə qərarları › İş №2(004)-4184/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4184/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4184/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 iyun 2023-cü il tarixə 212,46 manat gecikdirilmiş əsas, 179,22 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 309,56 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1729,52 manat, ümumilikdə 2430,76 manat borc və ödənilmiş 44,31 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ‘Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 18 iyun 2022-ci il tarixdə X6, X2 və İddiaçı MMC arasında MAS-4569 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri D.Salahov öz üzərinə götürmüşdür. 20 iyun 2022-ci il tarixdə X2, X1 və “Azərmaş" MMC arasında MAS- 4569 saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Əliyev öz üzərinə götürmüşdür. 06 iyul 2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-4569 saylı “Öhdəliklerin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS- 4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 iyun 2023cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1729,52 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 iyun 2023-cü il tarixə ümumilikdə 701,24 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan lizinq verən Azərmaş MMC ilə lizinq alan X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4569 nömrəli X5 əsasən lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-4569 saylı X5 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “KHAZAR LX” markalı minik maşındır, dəyəri 14,950 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, “KHAZAR LX” markalı minik maşını X4 təhvil verilmişdir. Şirkət "xxxx" MMC, öhdəlikləri ötürən X6 və öhdəlikləri qəbul edən X2 arasında xx.xx.2022-ci il tarixli MAS-4569 saylı öhdəliklərin ötürülməsi müqaviləsi imzalanmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə X2 və X1 arasında və sonradan xx.xx.2022-ci il tarixdə X1 ilə Cavabdeh arasında öhdəliklərin ötürülməsi müqaviləsi imzalanmışdır. xx.xx.2021-ci il tarixli MAS-4569 saylı X5 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, X6 illik 24,5% hesablanmaqla 48 ay müddətinə hər ay 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu Azərmaş MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1945 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4569 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 212,46 manat əsas, 179,22 manat mükafat, 309,56 manat cərimə borcu olmaqla, cəmi 701,24 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Azərmaş MMC tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən Lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; . lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi flə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ‘Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 18 iyun 2022-ci il tarixdə X6, X2 və İddiaçı MMC arasında MAS-4569 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri D.Salahov öz üzərinə götürmüşdür. 20 iyun 2022-ci il tarixdə X2, X1 və “Azərmaş" MMC arasında MAS-4569 saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Əliyev öz üzərinə götürmüşdür. 06 iyul 2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-4569 saylı “Öhdəliklerin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 oktyabr 2021-ci il tarixli MAS- 4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 iyun 2023cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1729,52 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 iyun 2023-cü il tarixə ümumilikdə 701,24 manat məbləğində gecikmə borcu yaranmışdır.Cavabdeh 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 iyun 2023-cü il tarixə 212,46 manat gecikdirilmiş əsas, 179,22 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1729,52 manat olmaqla, ümumilikdə 1908,74 manat borc və ödənilmiş 44,31 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 oktyabr 2021-ci il tarixli MAS-4569 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 iyun 2023-cü il tarixə 212,46 manat gecikdirilmiş əsas, 179,22 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1729,52 manat, ümumilikdə 1908,74 (bir min doqquz yüz səkkiz manat 74 qəpik) manat manat borc və ödənilmiş 44,31 (qırx dörd manat 31 qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsində təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar