Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4206/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 2160 m3 qaz sərfiyyəti və bununla bağlı hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mənzilə (ünvan 1) yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının dəyişdirilməsindən xəbəri olmamışdır. İddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərqaz” İstehsalat Birliyinin 09 iyun 2021-ci il tarixli MSK-29/1710-01867-1 nömrəli akt, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli akt, həmçinin “dəymiş ziyanın bərpasına dair” 30 iyun 2022-ci il tarixli tələbnamə göndərilmişdir. “Dəymiş ziyanın bərpasına dair” 30 iyun 2021-ci il tarixli akta görə guya sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-01867-1 №-li aktına əsasən dəyişdirilmiş G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlıqlarda əzik, cızıq var. Buna görə də onun tərəfindən dəymiş ziyan hesanlanmaqla, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. İtirilmiş qazın həcminin 2160 m3 olması müəyyən edilmişdir. Qeyd olunanlara görə guya iddiaçı tərəfindən qanunsuz sərf olunmuş qaza görə 216 manat ödəməli olduğu ona bildirilmişdir. Qaz sayğacı Azəriqaz İB-nin əməkdaşları tərəfindən dəyişdirilərkən, onun hətta iştirakı təmin edilməməsinə baxmayaraq, bununla bağlı tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* N-li aktda onun adını yazmışlar, lakin həmin aktda onun tərəfindən imza edilməmişdir. Digər tərəfdən sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlıqlarda əzik cızıq ilə bağlı qeyd edə bilər ki, sayğac qaz idarəsinin əməkdaşları tərəfindən qoyulmuş və özləri də plomb vurmuşlar. Belə çıxır ki, elə özləri də sayğaca həmin ziyanı vurublar. Köhnə sayğac 4 il işləyib və həmin müddət ərzində onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, tərəfindən istifadə olunan və sayğacda qeyd olunan məbləğ vaxtı vaxtında ödənilmişdir. Digər tərəfdən də, nə qaz sayğacı dəyişdirilərkən ona məlumat verilməmiş, nə də sayğacda hər hansı zədə olması barədə bildirilməmiş və yeni sayğacı quraşdırldıqdan sonra da sərf etdiyi qazın pulunu ödəmişdir, lakin ona yenə də bu barədə qaz idarəsinin işçisi tərəfindən heç nə bildirilməmişdir. Qaz sayğacının dəyişdirilməsindən 4-5 ay keçdikdən sonra, qeyd etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərqaz” İstehsalat Birliyinin 09 iyun 2021-ci il tarixli MSK-29/1710-01867-1 №li aktı və həmin aktda əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №li akt, həmçinin “Dəymiş ziyanın bərpasına dair” 30 iyun 2022-ci il tarixli tələbnamə göndərilmişdir. Onun iştirakı olmadan dəyişdirilmiş sayğacda hesablama mexanizminin qoruyucu qapağının yan tərəfin əzilməsi və daxili qulaqcıqlıqlarda əzik cızıqların haradan yaranması və ümumiyyətlə, həmin zədələrin olub-olmaması ona məlum olmamışdır. Ona görə də etmədiyi əmələ görə haqsız yerə cərimə edilməsi nəzərə alınaraq, ona əsassız olaraq hesablanmış borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən mənzil iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MSK-29/1710-01867-1 saylı aktda köhnə qaz sayğacına müdaxilə edildiyi göstərilmış və iddiaçıya 216 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Halbuki, sayğac çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus (Abonent kodu: **********00020) ünvan 1 ünvanına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Cavabdeh “Azəriqaz İB”-dən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4206/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4206/2022
01.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver