Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4211/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin Konti İ (D) blokunun 7-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan 3 və 4 nömrəli mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 01 mart 2018-ci il tarixli, KX/2018/419 №li müqavilə üzrə 2021-ci il ilin iyun ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 5432,00 (beş min dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) məbləğində bank komissiyası haqqının Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia əizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağın iclasnın 01.03.2017-ci il tarixli protokolundan görünür ki, binanın idarə edilmə üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC binanın idarəedici təşkilatı təyin edilmişdir. İş materiallarında olan Cavabdeh oğlu ilə İddiaçı MMC arasında bağlanmış 01 mart 2018-ci il tarixli KX/2018/419 №-li müqaviləyə əsasən müəyyən olunur ki, icraçı (İddiaçı MMC) qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətlər göstərməyi, sifarişçi (Cavabdeh oğlu) isə müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öhdəsinə götürür. İş materiallarında olan 01 mart 2018-ci il tarixli KX/2018/419 №-li müqaviləyə 1 №-li əlavəyə əsasən müəyyən olunur ki, sifarişçi binadakı ona məxsus obyektlərin hər kvadrat metri üçün icraçıya ƏDV daxil 0,70 manat (yetmiş qəpik) , 01.09.2018-ci il tarixindən etibarən isə 1(bir) manat aylıq xidmət haqqı və binadakı ona məxsus obyektlərdə təmir işlərinə başlandığı tarixdən hər ay xidmət haqqına əlavə olaraq hər bir obyekt üçün ƏDV daxil 30 (otuz) manat ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçiyə məxsus obyektlər səhəsi 133,40 kvadrat metr olan 3 saylı və sahəsi 94,10 kv.metr olan 4 saylı mənzillərdir. İş materiallarında olan 16.04.2019-cu il tarixli avtoduracaq sahəsindən istifadə haqqında müqavildən görünür olunur ki, İddiaçı MMC ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin yeraltı ümumi avtoduracaq sahəsindən istifadəçiyə və ya ona xidmət göstərən 3-cü şəxsə məxsus minik avtonəqliyyat vasitəsinin müvəqqəti istifadəsi üçün icazə vermişdir. Avtoduracaqdan istifadəçi tərəfindən ödənişsiz aylıq və yaxud ardıcıl gələn istifadə rejiminin ümumi dayanma müddəti 15 (on beş) saat müəyyən olunur və 15 saatdan artıq olduqda istifadəçi istifadəyə verənə ƏDV daxil 150 (bir yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh oğlu arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 01 mart 2018-ci il tarixli KX/2018/419 №-li müqavilə üzrə qalıq borc haqqında cədvələ əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 3438 manat ödəniş edilmiş və cavabdehin 5896,12 manat borcu qalmışdır. İş materiallarında olan 13.12.2019-cu il tarixli bildirişdən və 20.02.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.09.2018-ci il tarixli 047570 №-li kassa mədaxil orderlərinə əsasən müəyyən olunur ki, Cavabdeh oğlu tərəfindən İddiaçı MMC-yə 1046 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinə müvafiq olaraq "xxxx" MTK-nın qərarına əsasən ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinində binanın idarəedicisi təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı göstərilən xidmətlərə görə çəkilən xərclərə müvafiq olaraq müqavilələrdə nəzərdə tutulduğu qaydada ödənişlərin həyata keçirilməsi barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin Konti İ (D) blokunun 7-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan 3 və 4 nömrəli mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 01 mart 2018-ci il tarixli, KX/2018/419 №li müqavilə üzrə 2021-ci il ilin iyun ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 5432,00 (beş min dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) məbləğində bank komissiyası haqqı Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin maddənin 2-ci bəndinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, mənziltikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2-ci maddəyə əsasən çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin Konti İ (D) blokunun 7-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan 3 və 4 nömrəli mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 01 mart 2018-ci il tarixli, KX/2018/419 №li müqavilə üzrə 2021-ci il ilin iyun ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 5432,00 (beş min dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) məbləğində bank komissiyası haqqı Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4211/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4211/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver