Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4216/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü tarixədək əsassız olaraq hesablanmış 1119 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi arasında bağlanılmış xx.xx.2001-ci tarixli, 11100015 nömrəli, abonent kodu **********510 olan müqaviləyə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə iddiaçı tərəfindən bu günədək "xxxx" Nərimanov rayon Sukanal İdarəsinə vaxtlı-vaxtında xidmət haqqı ödənilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC NOCİ SCKL tərəfindən iddiaçının mənzilinə aid suölçən cihaza yoxlama keçirilərkən guya həmin suölçən cihazın kipliyinin pozulması aşkar olunmuş və suölçən cihazın tənzimləyici araqat hissəsinin korroziyaya uğraması halları aşkar edilmişdir. Suölçən cihaza iddiaçı tərəfindən hər hansı bir kənar müdaxilə olunması faktı öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" ASC NOCİ SCKL-nin müdir müavini Orxan Mustafa oğlu tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 62718/0242902 nömrəli rəyə əsasən, suölçən cihaz nisbi xətanın təyini üçün yararlı deyil, müdaxilə aşkar edilmədi və istismara yararsızdır. Ərizəyə əlavə olunmuş su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixli abonent kartından da göründüyü kimi, Su İdarəsi tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü tarixədək iddiaçının əsassız olaraq 1119 manat borcunun yarandığı qeyd olunmuş və həmin tarixdən də su tam qanunsuz və əsassız olaraq dayandırılmışdır. İddiaçı tərəfindən məhkəməyə su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılmasının aradan qaldırılaraq həmin xidmətlərin bərpa olunmasına dair müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunaraq həmin xidmətlər bərpa olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, sayğac onun mənzilindən kənarda blokda yerləşir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus abonent kartından göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək 1292 m3 sərfiyyat, ondan suya görə 783,84 manat, çirkab suya görə 35,93 manat, cəmi 1119,77 manat borc hesablanmışdır. Cavabdeh həmin borcun hesablanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı 1119 manat borcun ona məxsus mənzilə aid sayğacın dəyişdirilməsindən sonra yazıldığını qeyd etmişdir. Lakin sayğacın yoxlanılmasına dair 62718/024902 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, sayğacın laborator yoxlanması zamanı ona müdaxilə olunması aşkar edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifələridir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə aid sayğac onun manzilində deyil, mənzilindən kənarda, pilləkan meydançasında yerləşir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının su sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edildiyindən, 31,19 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********510 saylı abonent koduna yazılmış 1119 (min yüz on doqquz) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 31,19 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4216/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4216/2023
16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver