Məhkəmə qərarları › İş №2(004)-4223/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4223/2025

03.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4223/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “475.90 manat borcun tələb edilməsinin qanunsuz hesab edilməsi və **********010 saylı abonent kodunun İddiaçı adına keçirərək yeni müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “475.90 manat borcun tələb edilməsinin qanunsuz hesab edilməsi və **********010 saylı abonent kodunun İddiaçı adına keçirərək yeni müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X2 ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanını almışdır. Həmin mənzil hazırda iddiaçının mülkiyyətindədir. Həmin mənzildə təxminən 10 il əvvəl yanğın hadisəsi (ölümlə nəticələnən) baş vermiş, kommunal xəttlər yanmış, sayğaclar məhv olmuşdur. İddiaçıya məlum olmuşdur ki, mənzilə dair xx.xx.2002-ci il tarixə dair mənzilin əvvəlki sahiblərindən olmuş X1 adına 475,90 manat borc olmuşdur. Həmin borcun iddiaçıya hər hansı aidiyyəti yoxdur. Lakin, sözügedən borca görə iddiaçıya məxsus olan həmin mənzilin suyu cavabdeh qurum tərəfindən tez-tez məhdudlaşdırılır. Həmin borcun silinməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Həmçinin, cavabdeh qurum tərəfindən iddiaçı ilə mənzildə suyun istifadəsinə dair müqavilə bağlanmır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı onun müraciətinə cavab olaraq ünvanlanmış məktubuna əsasən (4-cü abzas) müəyyən olunur ki, sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 475,90 manat məbləğ qanuna müvafiq olaraq ailə tərkibinə görə hesablanmış real borcdur. Həmin məktubun 2-ci abzasına əsasən qeyd edilir ki, sözügedən ünvana xx.xx.1998-ci il tarixdə 13638343 nömrəli müqavilə bağlanaraq **********010 saylı abonent kodu açılmışdır.... Sözügedən ünvanın hesabatının daha dəqiq aparılması məqsədilə ilə mənzilin su xətti üzərinə sayğac quraşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə ünvanın su xətti üzərinə ..... mexaniki tipli sayğac quraşdırılaraq istifadəyə verilmişdir. İş materiallarında olan Hesab-fakturaya əsasən müəyyən edilir ki, sözügedən ünvan üzrə Səlimbəyov Rüfət adlı şəxslə 13638343 nömrəli müqavilə bağlanaraq mənzilə **********010 saylı abonent kodu açılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası 551.2.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisə (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüxsəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş zərərin ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirlmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən STKM ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək və bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin İddiaçı onun müraciətinə cavab olaraq ünvanlanmış məktubuna əsasən (4-cü abzas), sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 475,90 manat məbləğ qanuna müvafiq olaraq ailə tərkibinə görə hesablanmış real borcdur. Həmin məktubun 2-ci abzasına əsasən qeyd edilir ki, sözügedən ünvana xx.xx.1998-ci il tarixdə 13638343 nömrəli müqavilə bağlanaraq **********010 saylı abonent kodu açılmışdır.... Sözügedən ünvanın hesabatının daha dəqiq aparılması məqsədilə ilə mənzilin su xətti üzərinə sayğac quraşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə ünvanın su xətti üzərinə ..... mexaniki tipli sayğac quraşdırılaraq istifadəyə verilmişdir. Hesab-fakturaya əsasən, sözügedən ünvan üzrə Səlimbəyov Rüfət adlı şəxslə 13638343 nömrəli müqavilə bağlanaraq mənzilə **********010 saylı abonent kodu açılmışdır. Yəni, həmin mənzil iddiaçının mülkiyyətinə keçdikdən 4 gün sonra mənzilə sayğac quraşdırılsa da, həmin mənzilə dair yeni mülkiyyətçi (iddiaçı) ilə müqavilə bağlamaqdan cavabdeh tərəfindən əsassız imtina edilir. Nəzərə alınmalıdır ki, keçmiş illərə dair həmin öhdəlik mənzilin mülkiyyətçisi yeni İddiaçı deyil, müqavilə əsasında sudan istifadə etmiş və cavabdeh "xxxx" ASC ilə müqavilə münasibətlərində olmaqla müqavilə öhdəliklərini icra etməmiş şəxsdən tələb edilə bilər (müəyyən edilir ki, müqavilə tərəfi olmuş X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir). Mənzilin yeni mülkiyyətçisinin isə istifadə etmədiyi suya, öhdəlik daşımadığı hallara, uzun illər öncəyə aid borca görə hər hansı məhdudiyyətə məruz qalması əsaslı və qanuni deyildir. Əgər ödənilməmiş borc varsa da, həmin borcun ödənilməsinin təmin edilməsi ilə bağlı mənzilə dair süni maneənin (abonent adının dəyişdirilməsinin təmin edilməməsi, borcun hesabda saxlanılması ilə yeni müqavilənin bağlanmasına maneələrin yaradılması) yaradılması və mülkiyyətçini faktiki məcbur etməklə borcun ödənilməsinin təmin edilməsi qanuni deyildir. Keçmiş borca görə mənzilə dair sudan istifadənin məhdudlaşdırılması əsassızdır. İcra edilməmiş öhdəlik varsa, öhdəlik sahibinə dair iddia ilə məhkəməyə müraciət edilə bilər (müqavilə tərəfi vəfat etmişdirsə, vərəsələrinə qarşı). Məsələyə dair iddia müddətinin tətbiqi xüsusatına qanunla müəyyən edilmiş qaydada baxıla bilər. Əgər borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdirsə, həmin borcun hesabda saxlanılmasının məqsədə müvafiqliyi, qarşıya qoyulan məqsədlər çatmaqda vasitəçi olmasının əsaslılığı cavabdeh tərəfindən əsaslandırılmamışdır. Hazırda sözügedən sahədə hakimiyyət xarakterli inhisarçılıq fəaliyyəti "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X9 tərəfindən həyata keçirilir. Lakin, publik xarakterli səlahiyyətlərə malik olan qeyd olunan orqan (əvvəlki "xxxx" ASC) abonentə qarşı uzun illər ərzində iddia irəli sürməmiş, borcun ödənilməsinin təmin edilməsi istiqamətində qanuni əsaslarla prosessual fəaliyyət həyata keçirtməmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır. Səlahiyyətli orqanın öz vəzifələrini icra etməməsi və hüquqlarından istifadə etməməsi nəticəsində uzun illərdən qalmış borcun vətəndaşın abonent saldosunda saxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla qanuni hesab edilə bilməz. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdehin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəf ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X9 tərəfindən İddiaçı 475.90 manat borcun tələb edilməsi qanunsuz hesab edilməli, **********010 saylı abonent kodunun İddiaçı adına keçirərək yeni müqavilə bağlanılması vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “475.90 manat borcun tələb edilməsinin qanunsuz hesab edilməsi və **********010 saylı abonent kodunun İddiaçı adına keçirərək yeni müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X9 tərəfindən İddiaçı 475.90 manat borcun tələb edilməsi qanunsuz hesab edilsin. **********010 saylı abonent kodunun İddiaçı adına keçirərək yeni müqavilə bağlanılması vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 üzərinə qoyulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar