Məhkəmə qərarları › İş №2(004)-4233/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4233/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4233/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb olunmaqla Cavabdeh qarşı "mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə 11.06.2021-ci il tarixdə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə inşa olunmuş 16 mərtəbəli yaşayış binasının, 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 182 m2 olan, 3 otaqlı, 68 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 09.09.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 izahatında bildirmişdir ki, İddiaçı əri X4 arvadının adına fiziki şəxs X5 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının, 2-ci blokunun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 182 kv.m olan, 3 otaqlı 68 nömrəli mənzili, 07 sentyabr 2005-ci il tarixdə 56.426 manat pul ödəyərək almışdır. Mənzil iddiaçı tərəfindən 07 sentyabr 2005-ci il tarixdə alınarkən tikintinin "xxxx" MTK tərəfindən aparıldığı deyildiyi üçün müqavilədə icraçı kimi fiziki şəxs Şakir Hüseynovun adının qeyd olunmasının fərqinə belə varmamışdır. 07 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən X10 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə tikdiyi yüksək mərtəbəli yaşayış binasının, 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 182 kv.m olan, 3 otaqlı 68 nömrəli mənzili 1 il 6 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Sonradan fiziki şəxs Şakir Hüseynov azadlıqdan məhrum edildiyi üçün tikinti işləri tam dayandırılmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Şakir Hüseynov Azərbaycan Respublikası CM- nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CKnın 1(103)-227/l 1 saylı 16 mart 2011-ci il tarixli qərarı ilə Şakir Hüseynovun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçının çox saylı müraciətlərindən sonra, 2019-cu ilin may ayında MTK- nın rəhbərliyi iddiaçıdan mənzilə seyf qapı quraşdırmasına razılıq verdiyi üçün iddiaçı mənzilə seyf qapı qoydurmuşdur. Lakin, bir neçə gün sonra mənzilə getdikdə görmüşdür ki, mənzilin qapısı yerindən çıxarılaraq yerində başqa dəmir qapı qoyulubdur. Özünü şirkətin hüquqşünası kimi təqdim edən Nürəddin adlı şəxs isə bildirmişdir ki, mənzilin başqa sahibi var və həmin şəxs mənzilin qapısını dəyişibdir. Göstərilən səbəblərdən iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon prokurorluğuna müraciət etmişdir. 28 fevral 2020-ci il tarixdə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işi istintaq edilməsi üçün 04 mart 2020-ci il tarixində Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. 12 avqust 2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1 ci maddəsinin tələblərinə əsasən dayandırılmış və həmin tarixdə cinayət işi ərazi aidiyyatı üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. 24 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Xosrov Şükürovun icraatına verilmişdir. X7 10 mart 2021 -ci il tarixli qərarı ilə X5 barəsində olan ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahat verərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 07.08.2005-ci il tarixli müqavilə saxta yolla hazırlanmışdır. Həmin müqavilənin sürəti üzərində düzəldilmiş möhür və imza izləri birbaşa icra olunmamış, çap qurğusunda şəkil kimi çap edilib. Həmin sənədin eynisi Yasamal Rayon Pİ-nə təqdim olunub. Mübahisə ilə bağlı cinayət işi başlanmış və imza ilə bağlı ekspertiza təyin edilmişdir. Lakin skan edilmiş sənədlə bağlı rəy vermək mümkün olmamışdır. İddianın rədd olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəf münasibətin üzərindən 15 il vaxt keçməsinə baxmayaraq, illər ərzində harada olduqları barədə onun yanına gələrkən verdiyi suala xəstə olmağını əsas gətirmişdir. Onun xəstə olduğu halda digər qohumlarının gəlib niyə maraqlanmadığı sualına isə cavab verməmiş və ona 10 min manat pul təklif etmişdir. Pulu qapı qoymaq müqabilində təklif etmiş, o isə həmin mənzil Fikrət adlı şəxsə məxsus olduğunu izah etmişdir. Bu söhbətdən sonra hazırki iddiaçının yoldaşı ondan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə şikayət etmişdir. Həmin bölmədə şikayət rədd olunmuşdur. Sonra ondan Yasamal Rayon Polis İdarəsinə, eyni zamanda məhkəməyə də müraciət etmişlər. O, skan olunmuş sənədin bir nüsxəsini məhkəməyə, birini də istintaqa verdikdən sobra bundan xəbər tutmuş, sonradan bununla bağlı şikayət yazmışdır. Daha sonra həm polis tərəfindən, həmdə məhkəmə tərəfindən verilən iddia və şikayət rədd olunmuşdur. Bütün bunlardan sonra yenə də ona pul təklif etmiş, sonra isə Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişlər. Nərimanov rayon polis idarəsində istintaq zamanı imza ilə bağlı məsələdə iddiaçının həyat yoldaşı cavab verə bilməmişdir. Orada da işə xitam verilmişdir. O, hüquqi vərəsədir və 2016-cı ildən fəaliyyət göstərir. O, yalnız qanunauyğun sənədlər əsasında mənzilləri təhvil-təslim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin baş müstəntiqi C.Kərimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26.01.2020-ci il tarixli qərarının sürətindən müəyyən olunur ki, X4 şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki "xxxx" MTK-nin Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti 3166-cı məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən 68 saylı 182 kv.m sahəsi olan mənzili 07.09.2005-ci il tarixli müqavilə ilə 56420 manata arvadı İddiaçı adına almışdır. Bina şirkət tərəfindən tamamlanıb təhvil verilmədiyinə görə o, aldığı mənzildə təmir işləri apara bilməmişdir. 2019-cu iliı əvvəllərində aldığı mənzildə təmir işlərinə icazə almaq üçün müraciət dəndə ona bildirilmişdir ki, həmin mənzil 29.11.2004-cü ildə Şahid1 satılmışdır.Cavabdeh izahatında göstərmişdir ki, X10 atasıdır. Atası Bakı şəhərində və Sumqayıt şəhərində fiziki şəxs kimi çoxmənzilli binaların tikintisi ilə məşğul oimuşdur. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə 4 bloklu 16 mərtəbəli yaşayış binası istismara verilməmişdir. Atası 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. 2016-cı ildə cəza çəkdiyi müəssisədə vəfat etmişdir. Bundan sonra binadan mənzil almış sakinlərin narazılığı başlamışdır. 0, 2016-cı ildə tikintisi yarımçıq qalmış binalarda atasının hüquqi varisi kimi tamamlama işləri aparmağa başlamışdır. Bu işləri görmək üçün "xxxx" MTK-nı təssis etmişdir. Həmin bina problemli bina kimi prezident aparatında qeydiyyatdadır. X1 şikayət ərizəsi ilə bağlı onu deyə bilər ki, hazırda onun ofisi Nərimanov rayonu, Həsənoğlu küçəsi 850-ci məhəllədə inşası yarımçıq qalmış binada yerləşir. Təxminən 2019-cu ilin aprel-may aylarında Şaban adlı şəxs onun ofısinə gəlib demişdir ki, 14 il bundan əvvəl atası Şakirdən mənzil alıbdır və mənzildə təmir işləri aparmaq istəyir. O,Şabandan mənzilin sənədlərini istəyəndə Şaban ona 2005-ci il tarixdə bağlanılmış müqavilənin surətini təqdim etmişdir. O,dəqiqləşdirmə apanb bilmişdir ki, həmin mənzil 29.11.2004-cii ildə atası Şakir tərəfindən müqavilə ilə Şahid1 72.800 manata satılmışdır. Bu barədə Şabana məlumat vermiş və məhkəməyə müraciət etməsini bildirmişdir. Şaban mənzilə görə pulun ödənişi ilə bağlı maliyyə arayışı və müqaviləsi olduğunu desə də, ona heç bir sənədin əslini təqdim etməmişdir.Material izrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18.11.2019-cu il tarixli 26303/26304 nömrəli rəyində göstərilmişdir: 1. Əksləri ekspertizaya təqdim edilmiş.İddiaçı adına olan 07.09.2005-ci il tarixli müqavilənin kserosurətindəki əlyazmalar, “lcraçı” və “Ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar, Şahid1 adına olan 29.11.2004-cü il tarixli müqavilənin kserosurətində ( “Payçı” qrafasında “Şahid1” yazılarından başqa) və tarixsiz maliyyə arayışının kserosurətində olan əlyazmalar Cavabdeh tərəfindən icra olunmuşdur. 1.2. Əksi ekspertizaya təqdim edilmiş.İddiaçı adına olan 07.09.2005-ci il tarixli müqavilənin kserosurətində “Payçı” qrafasında olan imza X4 tərəfındən icra olunmuşdur. 1.3. Əksi ekspertizaya təqdim edilmiş.Şahid1 adına 29.11.2004-cü il tarixli müqavilənin kserosurətində “Payçı” qrafasında olan imza“Şahid1” yazıları, “Ödəyənin imzası” qrafasında olan imzalar ( 04 ədəd) Şahid1 tərəfındən icra olunmuşdur. 2. Əksi ekspertizaya təqdim edilmiş, Şahid1 adına 29.11.2004-cü il tarixli müqavilənin kserosurətində “lcraçı” qrafasındakı və “Ödəmə qəbul edənin imzası” qrafasındakı (04 ədəd) imzalar, tarixsiz maliyyə arayışının kserosurətində “Hüseynov Ş.H” qrafasındakı imza- X10 tərəfindən yox, başqa şəxs tərəfındən icra olunmuşdur. 3. Əksi ekspertizaya təqdim edilmiş, Äbdullayev Fikrət Əbülfəz oğlunun adına 29.11.2004-cü il tarixli müqavilənin kserosurətində “İcraçı” qrafasındakı və “Ödəməni qəbul edənin imzası” qrafasındakı ( 04 ədəd) imzaların, tarixsiz malliyyə arayışının kserosurətində “Hüseynov Ş.H.” qrafasındakı imzanın- Cavabdeh tərəfindən, X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilmiş səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 4. Sənədlərin texniki ekspertizası üzrə: Rəyin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim olunmuş müqavilənin və maliyyə arayışının tərtib olunma tarixini müəyyən etmək mümkün oimamışdır. Ekspertiza rəyi ilə bağlı Cavabdeh əlavə izahatı alınarkən göstərmişdir ki, həmin müqavilələri və maliyə arayışını tərtib etməmiş və imzalamamışdır. Həmin dövrdə, yəni 2004 və 2005-ci illərdə atası sağ olmuş, özü öz işlərini görmüşdur. Həmin vaxtlarda o, azyaşlı olmuşdur. Atasının familiyası ilə onun familyası eyni olduğundan ola bilsin ki, “H” hərflərini də eyni qaydada yazırlar. Materialda olan müqavilələr həmin sənədlərin əsl deyil, surətləridir. Şaban və Fikrət izahatlarında göstəriblər ki, müqaviləni Şakir Hüseynovun özü ilə ofisində şəxsən bağlamışlar. Belə olan halda həmin müqaviləni o necə imzalaya və ya tərtib edə bilərdi. Ola bilsin ki, Şaban Hüşənov həmin müqavilələrin üzərində saxtalaşdırma edibdir. Şaban Hüşənov həmin mənzillə bağlı Yasamal Rayon Məhkəməsinə də, müqavilənin skaner olunmuş surətini əsli kimi təqdim etmişdir. Hakim həmin sənədin skanerdən çıxma olduğunu aşkarlayıb, ondan müqavilənin əslini təqdim etməsini tələb etdikdə, o əvvəl demişdir ki, təqdim etdiyi sənəd müqaviiənin əslidir. Onun vəkili müqavilə ilə tanış olub əsli yox, skaner olunmuş bir sənəd olmasını təkidlə dedikdən sonra Şaban bildirmişdir ki, müqavilənin əslini Yasamal RPİ-nin İŞ-nə təqdim etmişdir.Hansı ki, müqavilənin əslini istintaqa da, təqdim etməmişdir. Araşdırma müddətində tərəflər eyni ünvanda yerləşən mübahisəli mənzilə aid sənədlərin əslini təqdim etmədiklərindən və müqavilələrdə saxtalaşdırmanın hansı tarixdə aparılmasını ekspertiza rəyi ilə müəyyən etmək mümkün olmadığından toplanmış materialda Azərbaycan Respublikast CM-nin 178 və 320-ci maddələrin tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün ofmamışdır. Materiala əlavə olunmuş X5 və qeyrilərinin barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 25.06.2009-cu il tarixli hökmündən görünür ki, həmin hökmdə Yasamal rayonu, Tiblisi prospekti, 3166-cı məhəllədə 4 bloklu 16 mərtəbəli yaşaytş binasından bəzi mənzillərin bir neçə şəxslərə satılması, zərərçəkmiş şəxslərin adları və şikayətlərinin məzmunu göstərilsə də, X1 adı və onun aldığı mənzil barədə heç bir iddia tələbi yoxdur. Toplanmış materiallardan görünür ki, X1 Yasamal rayonu, Tiblisi prospekti, 3166-ct məhəllədə 4 bloklu 16 mərtəbəli yaşayış binasından aldığı 3 otaqlı mənzilə aid sənədin əslini istintaqa təqdim edə bilməmişdir. Həmin mənzil onun təqdim etdiyi sənədlə 2005-cİ iidə alındığı halda, yalnız 14 ildən sonra mənzilin başqasına satılması barədə şikayət ərizəst ilə müraciət etmişdir. Ekspert araşdırmaları sənədlərin əksi əsasında aparılmış və sənədlərin hansı tarixdə saxtalaşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda qanuna muvafiq olaraq təqdim olunmuş sənədləri rəsmi sənəd hesab etmək mümkün deyildir. Eyni zamanda həmin sənədlərin əsli təqdim olunmadığından saxtalaşdırma olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, toplanmış materialda cinayət tərkibinin olması sübuta yetmədiyindən cinayət işinin başlanması rədd edilmiş, şikayətçi X2 qərarla razılaşmadığı halda Yasamal rayon prokurorluğuna və rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı həyat yoldaşı X3 bildirmişdir ki, 2005-ci ildə həmin mənzili 56 min manat pul verərək almış, bunun əsasında isə ona müqavilə verilmişdir. Mənzilə görə pulu kimə verdiyini bilmir. Həmin vaxtı yoldaşı ofisdə olmamış, müqaviləni özü imzalamışdır. Maliyyə arayışı verilməmişdir. O, həmin evə qapı qoydurmuş, həmin qapı isə sonradan sökülmüş, evə isə müntəzəm olaraq gedibgəlmişdir. Sənədləşmə işi ilə məşğul olan Sadəgül adlı xanım olmuşdur. Sadəgül xanıma sayğacla bağlı pul vermişdir. Sadəgül ona evin ona məxsus olduğunu bildirmişdir. 2011-ci ildə qəzaya düşərək, 5 il komada olmuşdur. Məhkəmə iclasına şahid qismində çağrılmış Şahid2 ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə mərhum Şakir Hüseynovun tikdirdiyi dörd bloklu yaşayış binasında qeyri-rəsmi olaraq komendant kimi işləmiş və hazırda "xxxx" MTK-da komendant vəzifəsində işləyir. O, həmin ünvanda yaşayan və mənzil sahibi olan şəxslərin hamısını tanıyır, lakin İddiaçı adlı sakin və ya adam tanımamışdır. Hazırki iş üzrə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci blokda yerləşən 68 saylı mənzilin İddiaçı məxsus olması yalandır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları odur ki, iddiaçı cavabdehlə aralarında mənzilin alğı-satqısı barədə müqavilə bağlandığını bildirərək həmin müqaviləyə əsasən Bakı şəhər, Yasamal Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən, 3 otaqlı, 68 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadəsinə maneələrin aradan qaldırılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair təqdim etdiyi müqavilə sənədin əsli olmadığından iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü tələbi sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanmış 07.09.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə inşa olunmuş 16 mərtəbəli yaşayış binası, 2-ci blok, 12-ci mərtəbədə yerləşən 66 ünvanında yerləşən ümumi sahəsi 182 m2 olan üç otaqlı, 68 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 357-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanmış 07.09.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə inşa olunmuş 16 mərtəbəli yaşayış binası, 2-ci blok, 12-ci mərtəbədə yerləşən 66 ünvanında yerləşən ümumi sahəsi 182 m2 olan üç otaqlı, 68 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar