Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-424/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1940-cı ildə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1940-cı ildə anadan olmuş X5 Ərizəçi anasıdır. Ərizəçi onun oğludur. X13 həmişə onun himayəsində, onun evində yaşamış və hazırda da yaşayır. Ona ərizəçi qulluq edir, müalicə və müayinələrini o edir. Anasının yaddaşı tez- tez gedir, onları, hətta özünün kim olmasını unudur, sonra yenidən halı özünə gəlir. Bu hal onda mütəmadi olaraq istənilən anda baş verir. Özünü idarəetməni itirərkən istənilən sənədə imza ata bilər. Heç nəyin fərqində deyil. Bu da bir övlad kimi ərizəçini narahat edir. Belə ki, onun bu vəziyyətindən istifadə edərək, hüquqi sənədlərə imza etdirə bilərlər. Çünki, bəzi hallarda oğlunun evdə olmamağından istifadə edərək, o, evdən özbaşına çıxır, gedib nəzarətsiz qala bilər. Onun xəstə olması tibbi sənədlərlə də təsdiq edilir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X10 Şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X14 2 nömrəli Şəhər Poliklinikasının 18-1-1-30/2-1122024 saylı, 27 avqust 2024-cü il tarixli məktubundan görünür ki, anası xəstədir, özünü ifadə və idarə edə bilmir. Vaxtı ikən ərizəçinin anası poliklinikaya müraciət edərək, yaddaşının tez- tez itməsini və buna görə də müalicə edilməsində köməklik edilməsini xahiş etmişdir. Lakin iradəsi tamamlanmamışdır. Belə olan halda, ərizəçi hesab edir ki, anasına qəyyum təyin edilməlidir. O özü anasına baxır. Ana oğlu-Ərizəçi himayəsində olduğu üçün onun üzərində özünün qəyyum təyin edilməsini istəyir. Bununla əlaqədar olaraq o Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsinə müraciət etmişdir. Lakin maraqlı şəxs onun ərizəsinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu VVAQ tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş AZЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. X4, anası X3r. İş materiallarında olan Bakı Sağlamlıq (həkim Harunova Turan) tərəfindən aparılmış pasient xx.xx.1940-cı il təvəllüdlü X1 12 iyun 2024-cü il tarixli “Kranio-serebral Mrt” müayinəsinin nəticəsinə əsasən müayinə bazal ganglionar nahiyyədə-sağ internal kapsuladan korona radiataya uzanan işemik ocaq, hər iki serebral hemisferin subkortikal və dərin ağ maddəsində xroniki qlioz ocaqları (Mikroangiopatik ensefalopatiya) müəyyən edilmişdir. İş materiallarında olan X12 Center (həkim Qarayev Fərhad) tərəfindən aparılmış xx.xx.1940-cı il təvəllüdlü xəstə Əsədova Laçının xx.xx.2019-cu il tarixli “Onurğanın boyun nahiyəsinin MRT müayinəsi standart sekvensiyalar”-ın nəticəsinə əsasən Th3 fəqərə cisminin hündürlüyü azalması, onurğa sütünunun boyun hissəsində disklərin degenerativ dəyişiklikləri, C5-C6 diskin arxa qabarması müəyyən edilmişdir. İş materiallarında olan X12 Center (həkim Məmmədova Kəmalə) tərəfindən aparılmış xx.xx.1940-cı il təvəllüdlü xəstə Əsədova Laçının xx.xx.2019-cu il tarixli müayinəsinin nəticəsinə əsasən grade İİ hepatosteatoz, İV seqment və periportal yağlanmadan qorunmuş hipoexogen sahənin qeyd olunduğu, Vİ seqmentdə ölçüsü 4 mm olan kalsifikat qeyd olunduğu, öd kisədə millimertrik konkrementlər, sağ böyrək nefroptoz, bilateral KLS duplikasiyası qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarında olan X12 Center tərəfindən verilmiş 1940-cı il təvəllüdlü xəstə Əsədova Laçının xx.xx.2019-cu il tarixli müayinəsinin nəticəsinə əsasən grade İİ hepatosteatoz, İV seqment və periportal yağlanmadan qorunmuş hipoexogen sahə qeyd olunduğu, Vİ seqmentdə ölçüsü 4 mm olan kalsifikat qeyd olunduğu, öd kisədə sludge kütləsi, sağ böyrək nefroptoz, bilateral KLS duplikasiyası qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarında olan X12 Center (həkim Kərimova Günel) tərəfindən aparılmış xx.xx.1940-cı il təvəllüdlü Əsədova Laçının xx.xx.2019-cu il tarixli elektrokardioqram (EKQ) nəticəsinə əsasən sinus ritmi ÜEO-sola meyilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14inin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2287 saylı rəyinə əsasən X5 ilə X6 arasında xx.xx.2019-cu il tarixli, 4Ə-644 nömrəli bağışlama müqaviləsi bağlanan zaman xx.xx.1940-cı il tarixdə anadan olmuş X2 vaskulyar demensiya (ağıl zəifliyi) xəstəliyinin olması istisna edilmir. X5 ilə X6 arasında xx.xx.2019-cu il tarixli, 4Ə-644 nömrəli bağışlama müqaviləsi bağlanan zaman xx.xx.1940-cı il tarixdə anadan olmuş X5 onda müəyyən edillən vaskulyar demensiya (ağıl zəifliyi) ilə əlaqədar olaraq öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, mənasını başa düşmək, onları idarə etmək iqtidarında olmaması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14inin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3701 saylı rəyinə X2 Ağır dərəcəli vaskulyar demensiya müəyyən edilir. X1 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 müəyyən edilən Ağır dərəcəli vaskulyar demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X10 Şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X14 2 nömrəli Şəhər Poliklinikasının 18-1-1-30/2- 124/2024 saylı, 27 avqust 2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X1 xx.xx.2012-cü ildə qeydiyyata alınmış ambulator kartasında aşağıdakı yazı və müayinələr qeydiyyatı aparılmışdır. Qısa epikriz: 2000-ci ildən poliklinikaya KRX, bronxit, sol tərəfli bronxopnevmaniya, yayılmış osteoxondroz, vertebrobazilyar çatmamzlıq, hipertoniya xəstəliyi İİ mərhələ, Lumboişalgiya, ÜİX, aterosklerotik kardioskleroz, OU- başlanğıc katarakta , şəkərli diabet İİ tip diaqnozları ilə müraciət edib, 2012-ci ildə tibbi müayinə ilə əhatə olunub. Diabeton MR qəbul edir. Respublika Endokrinoloji Mərkəzde konsultasiya - xx.xx.2012-ci il Diaqnoz: Şəkərli diabet 2 tip 2 aydir ki xestədir. Qanda şəkər 199 mg %-dir. Qalxanavari vəz əllənmir A/T 140/80 mmc.s Ürək tonları karlaşıb. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir qara ciyər və dalaq əllənmir. Nevropatoloq- Norma. Okulist OU - başlanğıc katarakta , Müalicəvi və əmək məsləhət məsləhətləri biquanidlər və sulfanilamidlər qəbul edir Müalicə həkimi Məmmədova Lalə. xx.xx.2012 - fluroqrafiya. Ağciyərlər norma. 26.Xİ.12 Respublika Endokrinoloji Mərkəz. İ qanda şəkər 108 (5,9 q/l) , İİ qanda şəkər 260 (14, 4 q/l İ saat sonra), İİİ qanda şəkər 199 (11.0 q/l İİ saat sonra). Qanın analizi xx.xx.2012 Hb-56% - 9,3 q/l. Leykositlər- 5,4 -10, Laxtalanma 6-7 dəq, protrombin indeksi 92% , EÇS -23 ml/saat. Sidiyin ümumi analizi xx.xx.2012, nisbi sıxlığı 1016, reaksiyası turş, şəffaflığı bulanıq, zülal- izləri öd turşusu -, epitel: yastı 5-6 görmə sahəsində q/s keçid, 3-4 görmə sahəsində, leykositlər 14, 16 görmə sahəsində. Duzlar-urat duzları əhəmiyyətli dərəcədə. EKQ - xx.xx.2014 : miokardın düffuz dəyişməsi . Sol mədəciyin ön nahiyyəsində cüzi Hipoksiya. xx.xx.2014- terapevtin qəbulu : Şikayətləri - baş ağrı, baş gicələnmə, yaddaş zəifliyi, ürəkdöyünmə, əsəbililik, yuxusuzluq ətraflarda keyləşmədəndır. Diaqnoz: ÜİX, ateroskerotik kardioskleroz beyin damarlarının sklerozu. xx.xx.2014 Terapevtin qəbulu Şikayətləri: baş ağrı, baş gicəllənmə, ürək nahiyəsində ağrıların sol qola, kürəyə vurması, sağ qabırğalarda ağrı, yaddaşın pisləşməsindəndir. Obyektiv : tr 36.6 , nəbz tezləşib, 1 dəqiqədə 90-dır. Ağciyərlərdə vezikulyar tənəffüs hiss olunub. A/t 130/90 Öd kisəsi ağrılı, qaraciyər bir barmaq böyüyüb. Stul diurez normal Diaqnoz: ÜİX, Ateroskerotik kardiosklerozş. Beyin damarlarının sklerozu, mübadilə poliartriti xx.xx.2016 endokrinoloji kabinetə müraciət etməyib. Həkim- E.Kazımova. xx.xx.2017 evdə aktiv. Xəstə başqa ünvanda yaşayır. Həkim Z.Pirverdiyeva. O vaxtdan bəri ambulator kartada xəstənin poliklinikaya müraciəti qeydə alınmayıb. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1940-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-424/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-424/2025
18.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver