Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4257/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi X7, ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili X14, maraqlı şəxs X17 nümayəndəsi və eyni zamanda vəkili X5 iştirakı ilə, Ərizəçi X27, X28 və 22 saylı Mənzil İstismar Sahəsinin maraqlı şəxslər qismində cəlb edilmiş öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qubatova X12 Minay Vaqif qızı, X28 və 22 saylı Mənzil İstismar Sahəsinin maraqlı şəxslər qismində cəlb edilmiş öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı X8 öhdəsində olmağı barədə dəfələrlə yazılı və şifahi qaydada 22 saylı MKİS-ə müraciət etsə də, ona yazılı qaydada cavab verməkdən imtina olunmuşdur. O, Yasamal rayon Kommunal Müəssisələr Kombinatının hüquq şöbəsinə müraciət etmiş, ona bildirilmişdir ki, onlar bu barədə məlumat verə bilməzlər. Rəsmi qaydada cavab istəsə də ona belə bir cavab verilməmişdir. O, ünvan 1 ünvanda yaşayır. Beş ildir ki, pensiyaçıdır, xəstədir, uzun müddət müalicə olunmuş, hal-hazırda da müalicələri davam edir. X2 11 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdiyi günə qədər ona hər cür köməklik göstərmişdir. Dolanışıq xərcləri, müalicə xərcləri onun tərəfindən həyata keçirilmişdir. Qardaşı xeyli müddət Rusiya Federasiyasında yaşamışdır. Orada olduğu müddətdə ona pul göndərirdi. İşə əlavə etdiyi 19.06.2015, 14.03.2019 tarixli qəbzlərdən də görünür ki, qardaşı tərəfindən birinci qəbzlə 2600 ABŞ dollar, ikinci qəbzdə 5000 ABŞ dolları pul göndərmişdir. İşə əlavə etdiyi Azərbaycan Beynəlxalq Bankın kartına vaxtaşırı ona ödənişlər göndərdiyi açıq-aydın görünür. Beləliklə işə əlavə etdiyi sənədlərdən də görünür ki, o qardaşının himayəsində yaşamışdır. Onun köməkliyi olmadan dolanışıq onun üçün çox çətin olardı. O, vəfat etdikdən sonra çox çətinlik çəkir. Qardaşından yaşayış evi, avtomobil və digər daşınar və daşınmaz əmlaklar miras qalmışdır. O, qardaşının öhdəsində yaşayan şəxs kimi həmin əmlaklardan pay almaq istəyir. Bunun üçün onun öhdəsində olması faktı təsdiq olunmalıdır. O pensiyaçıdır, xəstədir, əmək qabiliyyətinə malik olmayan şəxsdir. O, Bakı şəhərində yaşayır. Ərizədə qeyd etdiyi ünvanda ona məxsus mülkiyyətində yaşayış evi vardır, qardaşı Bakıda olduğu müddətdə onun evində yaşamışdır. Göstərilənlərə əsasən onun qardaşı X8 öhdəsində olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili X25 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası MMnin 1161-ci maddəsinə əsasən əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər. Ərizəçi əmək qabiliyyəti olmayan şəxsdir. Əriəzçinin qardaşı rəhmətə getmiş və onun Rusiya Federasiyasında miras əmlakı vardır. Ərizəçinin məqsədi həmin mirasdan təminat almaqdır. Belə ki, X18 daima ərizəçinin maddi ehtiyaclarını qarşılamış və sonuncu X9 himayəsində olmuşdur. Himayədə olması faktı da, MKİS-nin və ya icra nümayəndəsinin arayışı ilə təsdiq edilə bilər. Lakin həmin orqanlar tərəfindən müvafiq arayış verilmədiyi üçün məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X19 ərizəni müdafiə edərək bildirdi ki, ərizə heç zaman ailə qurmamışdır. X2 Rusiya vətəndaşı olduğu üçün əriəzçi onun yanında yaşamışdır. Qardaşı 1998-ci il tarixdə ailə qurmuş və 1999-cu il tarixdə ailə qurduqdan sonra həmin tarixdən təzə doğulmuş uşağına baxmaq üçün ərizəçini yanına aparmış və 2005-ci il tarixədək Moskvada qarşısının yanında yaşamışdır. Daha sonra qardaşı 2012-ci il tarixdə boşanmışdır. 2020-ci ilin fevralında qardaşı Azərbaycana gəlmiş və həmin tarixdən İsmayıllıda yerləşən ərizəçiyə məxsus evdə bacısı ilə birlikdə yaşamışdır. O və digər bacı qardaşları ərizəçiyə daim qulluq etmiş, ona yardımlar etmiş və qayğısına qalmışlar. Onun və bacılarının maddi vəziyyəti aşağı olduğu üçün ərizəçiyə daima köməklik göstərə bilməmişlər. Qardaşının qızı universitetə hazırlıq dövründə onlar həmin qıza da köməklik göstərmişlər. Vaqif ailəsindən ayrı düşdüyü üçün onlar qardaşını məcbur edərək ailəsinə köməklik göstərməsinə nail olmuşlar. Qardaşının qaynatası onların tanışlarına Vaqifdən qalan mirası ələ keçirəcəyini, ərizəçiyə və onun ailəsinə heç bir əmlakı əldə etməyə imkan verməyəcəyini bildirmişdir. Əriəzçinin məqsədi mərhum qardaşının mirasından pay almaqdır. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X17 nümayəndəsi və eyni zamanda vəkili X15 ərizəyə etiraz edərək bildirdi ki, ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1161-ci maddəsinə görə əgər miras qoyanın himayəsində olmuş və üzvlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı tələb edə bilərlər. Maddənin mahiyyətindən göründüyü kimi, miras qoyanın vəsiyyətnaməsinin olması mütləq haldır, lakin mərhum ata vəsiyyətnamə qoymamışdır. Bildirir ki, Ərizəçi hüquqlarını müdafiə etdiyi şəxsin bibisidir, ailə qurmamış, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən ata evində yaşayır. Mərhum X1 Minay Vaqif qızının doğma atasıdır. O, əksər vaxtı Rusiya Federasiyasında yaşayıb çalışmışdır. X17 atası vəfat edəndən sonra birinci növbəli iki vərəsəsi qalmışdır, X27 və qardaşı X28. Məlumat üçün bildirir ki, X17 atası Vaqif Qubadov və anası Təranə Qubadova 2012-ci ildə boşanmışlar. Nikah pozulandan sonra məhkəmənin qərarı ilə təyin edimiş alimenti atası Rusiyadan bibisi Ərizəçi ata evində yaşadığından onun bank kartlarına köçürtmüşdür. 2016-cı ildə o, ali məktəbə qəbul olunmaq üçün bibisiylə bir yerdə qalmaqla hazıırlıqlara başlamış, həmin hazırlıqların pulunu da atası bibisinin kartlarına göndərmişdir. 2017-ci ildə instituta qəbul olunduqdan sonra təhsil aldığı mğddət ərzində bibisinin Bakı şəhəri, Yasamal rayonunda yerləşən evində yaşamışdır. Təhsil haqqını da, ödəmək üçün atası imkan olduqca yenə bibisi Ərizəçi göndərmişdir. Atasına məxsus əmlakın sənədlərinin bibisində olmasının səbəbi odur ki, mərhum atası Rusiya Federasiyasında yaşayıb çalışmış, anasından boşandığından ata evində qalmış və əmlakların sənədləri də təbii ki, həmin evdə olurdu. Bibisi də həmin evdə yaşadığından sənədləri ələ keçirmiş və bügün onlara verməkdən imtina edir. Onuda əlavə etmək istəyir ki, bibisi Ərizəçi ara bir müalicə alsa da tam sağlamdır, həm Bakı şəhərində həm də İsmayıllı rayonun Qubaxəlilli kəndindəki ata evində yaşayır. Kənddə mağaza işlədir. Onun maddi köməkliyə heç bir ehtiyyacı yoxdur. Əksinə maddi cəhətdən bibisi Ərizəçi tam təminatlıdır ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən evinin ikinci mərtəbəsini əlavə tikməklə təmir işlərini aparır. O, yəni ərizəçi X17 atasının himayəsində olmamışdır. Ərizəçinin yeganə məqsədi ərizədə qeyd etdiyi kimi bu yolla X17 atasından miras qalan əmlakdan pay almaqdır. Qeyd edilənlərə əsasən ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər X20 qanuni nümayəndəsi və 22 saylı Mənzil İstismar Sahəsi məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər maraqlı şəxs qismində cəlb edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, o, Qubatovlar ailəsini uzun müddətdir ki, tanıyır. Onlar İsmayıllı rayonu, Qubaxəlilli kəndində yaşayırlar. Ərizəçi hazırda da, həmin kəndə yaşayır. Vaqif daima həm maddi, həm də mənəvi cəhətdən bacısına köməklik göstərmişdir. Onun müalicəsi üçün daima onu həkimlərə aparmış, hətta Rusiya Federasiyasına da aparmışdır. Vaqif Qubadovun iki uşağı vardır. O, həmişə rayona gələrkən daima onlara və digər ailə üzvlərinə hədiyyələr alıb gətirmişdir. Daha sonra şahid ona verilən suallar acavb laraq Vaqifin Rusiyadan gələrkən bacısı ilə birlikdə Qubaxəlilli kəndində yerləşən atasına məxsus evdə yaşamasını, Vaqifin Qubaxəlilli kəndində başqa evinin olmamasını, Sevilin həmin kənddə başqa bir bacısının da, yaşamasını və ərizəçiyə onun bütün qohumlarının köməklik göstərirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o İsmayıllı rayonunda tibb bacısı vəzifəsində işləyir. İş üzrə tərəfləri çoxdan tanıyır. Ərizəçi daima X2 ilə birlikdə yaşamışdır. Ərizəçi hətta bir müddət Vaqifin uşağına baxmaq üçün Moskva şəhərində də yaşamışdır. Minayı, Sevil qardaşının köməkliyi ilə məşğələlərə qoymuşdur. Vaqif rəhmətə gedərkən də, Sevil və Minay da, orada olmuşdur. Ailəni maddi cəhətdən X18 təmin eləsə də, bütün işləri ərizəçi görmüşdür. Pandemiya başlayandan Vaqif xəstələnmişdir və son gününə kimi qardaşına Sevil qulluq etmişdir. Hər dəfə Vaqif Moskva şəhərindən gələrkən hamıya pay gətirirdi. Vaqif Rusiyadan gələrkən Qubaxəlil kəndində yerləşən atasına məxsus evdə yaşamışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-311/2012-ci il tarixli, 13.08.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X21 cavabdeh X11 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X29 ilə X18 arasında 28.10.1998-ci il tarixdə bağlanmış və İsmayıllı rayon VVADQ şöbəsində 60 sayla qeydə alınmış nikah pozulmuş; tərəflərin birgə nikahdan doğulmuş 25.08.1999-cu il təvəllüdlü X27 və 13.04.2005-ci il təvəllüdlü X23 anası X21 himayəsində saxlanılması; 25.08.1999cu il təvəllüdlü X27 və 13.04.2005-ci il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03.07.2012-ci il tarixdən başlayaraq hər ay X6 hər uşağa 60 manat olmaqla cəmi 120 manat məbləğində alimentin tutularaq X24 ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından olan 25.08.1999-cu il təvəllüdlü X27 yetkinlik yaşına çatmış və hazırda Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisasında təhsil alır. X18 07.01.2021-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində vəfat etmişdir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, Ərizəçi yaşa görə 259.78 manat məbləğində pensiya alır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qardaşı X8 öhdəsində olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini qardaşının ona daima müxtəlif vaxtlarda Rusiya Federasiyasından pul vəsaitlərinin göndərilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, ərizəçi həmin pul vəsaitlərinin məhz özünün saxlanılması üçün yolladığını bildirsə də, bu halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin sübut qismində istinad etdiyi pulun göndərilməsinə dair qəbzlər yəni, mərhum Vaqif Qubadovun ərizəçiyə müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitinin göndəriməsi hələ, onun Vaqif Qubadovun himayəsində oması faktına dəlalət etmir. Belə ki, iş materialları ilə X18 tərəfindən Ərizəçi adına 05.04.2010-cu il tarixdə 1050 ABŞ dolları, 19.06.2015-ci il tarixdə 2600 ABŞ dolları, 14.03.2019-cu il tarixdə 5000 ABŞ dolları göndərilməsi müəyyən edilsə də, həmin göndərişləriş təyinatı müəyyən edilməməklə, həmin pul vəsaitlərinin uzun illər aralıqlarla ərizəçiyə göndərilməsi müəyyən edilmişdir. Məhkəm iclasında maraqlı şəxsin nümayəndəsi isə ərizəyə etiraz edərək sözü gedən pul vəsaitlərinin Vaqif Qubadov tərəfindən uşaqların saxlanılması üçün, keçmiş həyat yoldaşı ilə münasibəti olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin onun keçmiş həyat yoldaşına çatdarılması məqsədi ilə, həmçinin qızının hazırlıq və universitet təhsil haqqı üzrə ödənişlərinin həyata keçirilməsi üçün ərizəçiyə göndərildiyini bildirmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə şahid ifadələrinə də qiymət verərək qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə hesab edir ki, şahid ifadələrinin məzmunu iddia tələblərinin mahiyyəti baxımından iş üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizəçinin iddia etdiyi hallar işin halları ilə sübuta yetirilmədiyindən, Ərizəçi öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4257/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4257/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver