Məhkəmə qərarları › İş №2(004)-4268/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4268/2022

31.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4268/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1956-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1981-ci ildə Ermənistan, Dilican rayonunda anadan olmuşdur, hal-hazırda müvəqqəti anası X4 qulluq etmək üçün onun qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu,11-ci Xrebtovı küçəsi, ev 115-də yaşayır. Hal-hazırda müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.1993-cü ildən ümumi –hər iki gözündən kor xəstəliyindən əziyyət çəkən və daim kənar şəxslərin qulluğuna ehtiyacı olan 1-ci qrup əlil olan anası xx.xx.1956-cı il təvəllüdlü X4 baxır. Anası özünü tam sərbəst idarə edə bilmir və daim kənar şəxslərin köməyinə ehtiyacı olur. Hal-hazırda bütün bu səbəblərdən də ərizəçi müvəqqəti anasının yanında qalır və bütün təlabatlarını ailəsi ilə birlikdə ödəyir. Lakin onun adından bəzi sənədlərin alınması və digər işlərin görülməsində sərbəst olmadığı üçün himayəsinə götürmək məcburiyyətindədir. Odur ki, 20 noyabr 1956-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı 07213935 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı ildə Ermənistan, Dilican rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Ermənistan, Dilican rayonunda anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Dilican rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİİ-СЛ seriyalı 366955 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X5r. İş materiallarında olan 122770 nömrəli vesiqənin surətindən görünür ki, X6 birinci qrup ömürlük əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 2524 saylı rəyindən görünür ki, 20 noyabr 1956-cı il təvəllüdlü X3 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. 20 noyabr 1956-cı il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Beləliklə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin ekspert rəyini əsas götürərək məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına əsas olmadığından, ərizəçinin ərizəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Göründüyü kimi şəxsin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin əsasları qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 20 noyabr 1956-cı il təvəllüdlü anası X3 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. 20 noyabr 1956-cı il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Ona görə də, Ərizəçi ərizəsi əsassız olduğundan təmin olunmamalı, ərizə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar