Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-428/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12 və Cavabdeh13 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “payın naturada real bölgüsünün aparılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı payın naturada real bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən faktiki sahəsi 0.03072 ha olan torpaq sahənin və üzərində inşa edilmiş 18830 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, iddiaçılar İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28 kv. metr olmaqla ümumilikdə 120 kv.metr torpaq sahəsinin və 75,7 kv.metr tikilinin, İddiaçı2 80 kv.metr torpaq sahəsi və 119/288 hissədən 49.8 kv. metrə uyğun hissəsinə paylarının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçılarn nümayəndəsi və vəkilinin vəsatətinə əsasən, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12 və Cavabdeh13 məhkəmə tərəfindən cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 evi iddiaçılara ata və babalarından miras kimi qalmışdır. Belə ki, ataları X1 miras qalmış əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mirası kimi qəbul etmişlər. Hazırda ünvan 1 evin iddiaçılardan İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv. metr və İddiaçı2 isə 119/288 hissədən 49.8 kv. metr hissəsi mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən mülkün yerləşdiyi istifadədə olan faktiki sahə 0.03072 ha. torpaq sahəsində yerləşən və mülkiyyətdə olan 188.30 kv. metr tikililərindən ibarətdir. İddiaçı1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi mülkiyyətdə olan 188.30 kv. metr tikilinin və istifadədə olan torpaq sahəsinin ölçüsü faktiki 0.03072 ha göstərilmişdir, (Daşınmaz Əmlakın Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19 sentyabr 2022-ci il) ünvan 1 evin xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri 8 ( səkkiz) payçıdan ibarətdir: Cavabdeh8 24/288 hissə, Cavabdeh11 24/288 hissə, X12 8/288 hissə, Cavabdeh14 8/288 hissə, Cavabdeh12 8/288 hissə, Cavabdeh13 24/288 hissə, İddiaçı2 119/288 hissədən 49.8 kv. metr, İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv. metr. ünvan 1 ev həmin şəxslərin payları müəyyən edilməklə adlarına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərində olması məlum olmuşdur. Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə vəkil sorğusuna cavab verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 oktyabr 2022-ci il tarixli **********86 nömrəli məktubunda yazılmışdır ki, “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq məlumatıan verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlat Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilkin xx.xx.1957-ci il tarixlərdə X2 adına qeydiyyata alınmışdır. Sözügedən ünvanın 24/288 hissəsi X5, 24/288 hissəsi Cavabdeh11, 8/288 hissəsi X7, 8/288 hissəsi Cavabdeh14, 24/288 hissəsi Cavabdeh13, 8/288 hissəsi Cavabdeh12, 73/288 hissəsi ve 119/288 hissədən 28.0 kv.metr İddiaçı1 və 119/288 hissədən 49.8 kv.metr İddiaçı2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.” Bu günədək mülkün iddiaçılara düşən hissəsinə paylarının naturada real bölgüsü aparılmamışdır. Lakin mülkiyyətçilərin hamısı eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkin naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Buda bir çox hallarda çətinlik yaradır, beləki alqı-satqı, ipoteka, girov qoyulması və sair. Mülki qanunvericilik onlara paylı mülkiyyətin mülkiyyətçisi olaraq payının ayrılmasını tələb etmək imkanı verir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, evin naturada bölgüsünün mümkün olması ekspert rəyinə əsasən də müəyyən edilmişdir. Ekspertiza rəyinə uyğun olaraq yaşayış evinin və torpaq sahəsinin bölünməsinə etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 188,3 kv.m olan əmlak xüsusi mülkiyyət kimi 24/288 hissədə Cavabdeh8, 8/288 hissədə X7, 8/288 hissədə Cavabdeh14, 8/288 hissədə Cavabdeh12, 24/288 hissədə Cavabdeh13, 119/288 hissədən 49.8 kv. metr İddiaçı2, 73/288 hissə və 119/288 hissədən 28.0 kv. metr. İddiaçı1 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilkin xx.xx.1957- ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sözügedən ünvanın 24/288 hissəsi Cavabdeh8, 24/288 hissəsi Cavabdeh11, 8/288 hissəsi X7, 8/288 hissəsi Cavabdeh14, 24/288 hissəsi Cavabdeh13, 8/288 hissəsi Cavabdeh12, 73/288 hissəsi və 119/288 hissədən 28.0 kv.m. İddiaçı1 və 119/288 hissədən 49.8 kv.m İddiaçı2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan məhkəmə-tikinti-texniki ekspertizasının 09 yanvar 2023-cü il tarixli 242 nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payının və İddiaçı2 119/288 hissədən 49.8 kv.metr payının naturada ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələblərinə və “Məhkəmə Tikinti-X6 Metodları”-na uyğundur. Təklif olunan bölgü variantı aşağıdakı kimidir: a) İddiaçı - İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1, 2 və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi ayrılmalıdır; b) İddiaçı - İddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1, 2, 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8m2 olan tikililərin yerləşdiyi 0.008466ha torpaq sahəsi ayrılmalıdır; c) Cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh12 və X4 ümumi birgə 96/288 hissədən payına istifadələrində olan “B” literli tikilinin 2 və 3 saylı, “D” literli tikilinin 1 saylı və “V” literli tikili və ümumi sahəsi 62.7663m2 olan tikililərin yerləşdiyi 0.0102321 ha torpaq sahəsi ayrılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və altındakı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh8, X8, Cavabdeh14, Cavabdeh12 və Cavabdeh13 məxsusdur, tərəflər paylı mülkiyyətdə olan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər. İş üzrə aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının nəticələrinə görə mübahisəli evin və torpaq sahəsinin, paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 35 nömrəli ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evi və torpaq sahəsinə dair payları naturada ayrılmalıdır. Belə ki, ekspertiza rəyi ilə müəyyən olunur ki, iddiaçı - İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1, 2 və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsinin; iddiaçı - İddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1, 2, 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466ha torpaq sahəsinin ayrılması mümkündür. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili ekspertiza rəyinə uyğun olaraq yaşayış evinin və torpaq sahəsinin bölünməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinə dair iddiaçıların payı ekspertiza rəyinə uyğun olaraq naturada ayrılmalıdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçıların payına uyğun ayrılan ümumi mülkiyyətdə olan əmlakın yerləşdiyi topaq sahəsinin həcmi ekspert rəyinə uyğun müəyyən edilməli və iddia həmin hissədə qismən təmin edilməklə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 qarşı aid hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi üzərindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 payı mövcud deyildir. Ona görə də, əmlakın naturada bölünməsi barədə hazırki tələb onlara qarşı yönələ bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ64AİİB400900C**********208) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 35 nömrəli evdən İddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ64AİİB400900C**********208) köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-428/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-428/2023
14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver