Məhkəmə qərarları › İş №2(004)-4285/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4285/2021

27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4285/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh2 ilə aralarında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanılmış 13.01.2018-ci il tarixli, 3M-51 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə yazılı vəsatət verərək mülki işin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, eyni predmet üzrə İddiaçı qarşı Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi 2(007)-2551/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmiş, hazırlıq iclası keçirilmiş və hal-hazırda məhkəmə baxış iclası 27.07.2021-ci il tarixdə saat 11:20-yə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı və cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən vəsatətə İddiaçı və cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 çıxışını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və hazırki mülki iş iddiaçı Hacı-zadə Toğrui Rafiq oğlunun cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə birgə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə icraatında İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(007)-2551/2021 saylı mülki iş vardır. Həmin iş 21.05.2021ci il tarixdə icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(004)-4385/2021 saylı mülki iş iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(007)-2551/2021 saylı mülki işlə birgə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar