Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4297/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X8 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 02.12.2020-ci il tarixli, 010-1/20 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən daxili lizinq müqaviləsinə əsasən 08.06.2021-cı il tarixə olan 8641,17 manat əsas borc, 9069.67 manat faiz borcu, 2618,08 manat dəbbə pulu olmaqla, cəmi 20328.92 manat borcun, avtomobilə quraşdırılmış GPS naviqator aparatına görə 155 manat və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, cəmi 1155 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 09.07.2020-ci il tarixli 010/20 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqalanın sifarişi ilə 2015-ci il buraxılışlı, "Mercedes Benz G63 AMG minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, WDB4632721X236881 ban nömrəli, ağ rəngli avtomobil 178500 manat məbləğinə lizinqverənin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X3 və Cavabdeh ilə aralarında bağlanmış 02.12.2020-ci il tarixli 010-1/20 saylı öhdəliklərin verilməsi haqqında üçtərəfli müqaviləyə əsasən lizinq predmeti olan avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24% hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 4486,52 manat, ümumilikdə isə 215352,28 manat məbləğində pulu MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 215352,28 manatın 137615,30 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10.03.2021- ci il tarixdə 2500 manat məbləğində olmuşdur. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil 30.05.2021 ci il tarixdə MMC-nin müvəqqəti dayanacağına yerləşdirlmişdir. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cii bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, lizinq ödənişlərinə lizinq ödənişləri cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11.1-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.5 % hesanlanmaqla cərimə ödəyir. Müqavilənin 21-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Lizinq alan lizinq obyektinin qaytarılması zamanı təftiş etdirməyə haqlıdır, əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan, yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) Lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini lizinq alandan tələb edə bilər. Daxili lizinq müqaviləsinin 15-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağıdılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar Lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəmələr cədvəlinə uyğun ödənişlər edəcək. Lizinq obyektinin monitorinqini həyata keçirmək məqsədilə avtomobilə GPS naviqator avadanlığı quraşdırılmış və 008650 saylı plombla möhürlənmişdir. Lizinq alan tərəfindən lizinq obyektinə quraşdırılmış GPS naviqator lizinq verənin yazılı razılığı olmadan sökülərsə və ya naviqatora hər hansı zədə yetirilərsə, lizinq alan tərəfindən 1000 manat məbləğində cərimə və GPS naviqatorun dəyəri lizinq verənə ödənilir. "xxxx" MMC-nin 30.05.2021-ci il tarixli 19/21 saylı qüsur aktına əsasən GPS avadanlığının söküldüyü aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci, 747 və 748-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 09.07.2020-ci il tarixli 010/20 saylı daxili lizinq müqaviləsinə əsasən "Mercedes Benz G63 AMG minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, WDB4632721X236881 ban nömrəli, ağ rəngli avtomobil 178500manat məbləğində lizinq verənin mülkiyyətinə alınmış və sifarişçi X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı MMC ilə X3 və Cavabdeh arasında bağlanmış 02.12.2020ci il tarixli 010-1/20 saylı öhdəliklərin verilməsi haqqında üçtərəfli müqaviləyə əsasən lizinq predmeti olan avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilə ilə lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24% hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 4486,52 manat, ümumilikdə isə 215352,28 manat məbləğində pulu MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 10.03.2021- ci il tarixdə 2500 manat məbləğində olmuşdur. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil 30.05.2021-ci il tarixdə MMC-nin müvəqqəti dayanacağına yerləşdirlmişdir. Daxili lizinq müqaviləsinin 15-ci bəndinə əsasən, lizinq verən lizinq obyektinin monitorinqini həyata keçirmək məqsədilə avtomobilə GPS naviqator avadanlığı quraşdırmış və 008650 saylı plombla möhürləmişdir. Lizinq alan tərəfindən lizinq obyektinə quraşdırılmış GPS naviqator lizinq verənin yazılı razılığı olmadan sökülərsə və ya naviqatora hər hansı zədə yetirilərsə, lizinq alan tərəfindən 1000 manat məbləğində cərimə və GPS naviqatorun dəyəri lizinq verənə ödənilir. "xxxx" MMC-nin 30.05.2021-ci il tarixli 19/21 saylı qüsur aktına əsasən GPS avadanlığının söküldüyü aşkar edilmişdir. Nəticə etibarilə, lizinq alanın lizinq verənə 20328.92 manat borcu yaranmış və 1155 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, Lizinq verənin hüquqları pozulduğundan, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, tərəflər arasında bağlanmış 02.12.2020-ci il tarixli, 010-1/20 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 02.12.2020-ci il tarixli, 010-1/20 saylı daxili lizinq müqaviləsi üzrə 08.06.2021-cı il tarixə olan 8641,17 manat əsas borc, 9069,67 manat faiz borcu, 800 manat dəbbə pulu olmaqla, cəmi 18 510,84 manat borc, avtomobilə quraşdırılmış GPS naviqator aparatına görə 155 manat və həmin aparatın sökülməsinə görə 20 manat cərimə olmaqla, cəmi 175 manat, ümumilikdə 18 685,84 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, tələbdəki dəbbə pulu tənasübsüz surətdə yüksək tələb edildiyindən məhkəmə Mülki Məcəllənin 467-ci maddəsi ilə tənzimlənən səlahiyyətindən istifadə etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2020-ci il tarixli, 010-1/20 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 02.12.2020-ci il tarixli, 010-1/20 saylı daxili lizinq müqaviləsi üzrə 08.06.2021-cı il tarixə olan 8641,17 manat əsas borc, 9069,67 manat faiz borcu, 800 manat dəbbə pulu olmaqla, cəmi 18510,84 manat borc, avtomobilə quraşdırılmış GPS naviqator aparatına görə 155 manat və həmin aparatın sökülməsinə görə 20 manat cərimə olmaqla, cəmi 175 manat, ümumilikdə 18685,84 (on səkkiz min altı yüz səksən beş manat 84 qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4297/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4297/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver