Məhkəmə qərarları › İş №2(004)-4297/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4297/2022

14.09.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4297/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və Cavabdeh3 MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğvi, mobil nömrənin bərpası, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 MMC və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğvi, mobil nömrənin bərpası, mənəvi zərərin ödənilməsi” məhkəməyə müraciət edərək, xx.xx.2021 tarixli. 8İ-5602 saylı icra qeydinin ləğv edilməsi, ***-***-**-** nömrəsi bərpa olunması, Cavabdeh2 MMC tərəfindən 300(üç yüz) manat mənəvi zərər ödənilməsi, sadə internet qiymətlərinin paket qiymətlərinə yaxın ağlabatan qiymətlərlə əvəz olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o 2004-cü ildən "xxxx" MMC-nin (sonralar Azərcel) fakturalı xətt abunəçisi olaraq ***-***-**-** nömrəsinin istifadəçisi olmuşdur. 2019-cu ilin dekabr ayının 19-da təsadüfən telefonun nasazlığı üzündən telefon ayarlarında olan mobil ayarlar aktivləşmiş və bunun nəticəsində də ona dekabr ayında 69 (altmış doqquz) manat, 2020-ci ilin yanvar ayında isə 49 (qırx doqquz) manat internet ödənişi hesablanmışdır. İddiaçı operatorlara zəng vurub etirazını bildirsə də nəticə olmamışdır. Əvvəllər də bu cür hadisələr olmuşdur və onun maddi imkanı yol verdiyi üçün və nömrənin bağlanmaması xatirinə iddiaçı ödəmək məcburiyyətində qalmışdır. İndi isə iddiaçının həm maddi imkanının olmaması, həm də bu cür ədalətsizliyə son qoyulması üçün məhkəməyə müraciət etmişdir. Azərcelin adi internetinin qiyməti 1 Mbayt üçün 0.4 qəpik müəyyən edilib. Bu qiymətin nə qədər ədalətsiz olduğunu bildirmək istəyir. Bu qiymət Paketlər arasında hər Mbaytının qiyməti ən bahalı olan 1.0 AZN-lik paketdən 24 dəfə, 3.0 AZN-lik paketdən isə 66.6 dəfə bahadır. Yəni belə görsənir ki. iddiaçıya hesablanan 118 (yüz on səkkiz) manat vəsait 295 Mbayt internet istifadəsi üçün hesablanmışdır. Halbuki, 3.0 AZN-lik paket müqabilində 500 Mbayt internet verilir. Belə hesab eləmək olar ki, onun 3.0 AZN-ə əldə edə biləcəyi internetdən hələ 205 Mbayt-da az internet istifadəsinə (bunun ondan asılı olmayan səbəbdən) iddiaçıya 118 (yüz on səkkiz) manat vəsait hesablanmışdır. Bu səbəbdən də ona hesablanmış məbləğ, heç olmasa, ən bahalı interneti olan 1.0 AZN-lik internet paketi qiyməti ilə hesablanmalı idi. Yəni 60.0 Mbaytı 1.0 AZN qiymətilə. Bundan əlavə həm “Azəbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin, həm də Cavabdeh3 MMC-nin Əsasnamələrinin vəzifələri hissəsində qeyd 1-ci belə hadisədən sonra iddiaçı operatorlara zəng vuraraq adi internetin bağlanmasını xahiş etmişdir və adi internet bağlanmışdır. O, ancaq 49.99 (qırx doqquz manat doxsan doqquz) manat-lik paket istifadə edirdi. Sonralar paket istifadəsini də dayandırdıqdan sonra məlum oldu ki, adi internet yenə də açıqdır və iddiaçının razılığı olmadan açılıb. Halbu ki, iddiaçı adi internet istifadəsindən imtina etmişdir. Bundan başqa iddiaçı Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 müraciət edərək icra qeydinin əsassız olduğunu, qarşı tərəfi dəvət etmədən və araşdırmadan qərar verildiyini bildirsə də onların araşdırma səlahiyyətlərinin olmadığını və bu tələbin elektron formada onlara daxil olduğunu, onların da heç bir araşdırma aparmadan icraya yönəltdiklərini bildirmişdilər. İddia üzrə cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 01 mart 2004-cü ildə tərəflər arasında fakturalı xətt nömrəsinin istismarı üzrə abunə müqaviləsi bağlanmış (müvafiq abunə müqaviləsi və fakturalı xəttə keçid forması məhkəməyə təqdim edilmişdir) və ********* nömrəsi fakturalı xəttə keçirilmişdir. xx.xx.2019-cu il tarixli faktura üzrə abunəçinin borcu (faktura məbləği) 101,09 (yüz bir manat doqquz qəpik) manat, avans və ödənişlər nəzərə alınmaqla ödənilməmiş qalan borc məbləği 99,55 (doxsan doqquz manat əlli beş qəpik) manat təşkil etmişdir. Faktura məbləğinin 3 (üç) manat hissəsi “Bizimkilər” tarif paketinə görə aylıq haqq, 29,96 (iyirmi doqquz manat doxsan altı qəpik) manat hissəsi zənglər, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat hissəsi isə paketsiz internet istifadəsi (1 Mb – 0,40 manat tarifilə cəmi 170.332 Mb) ilə bağlı yaranmışdır. xx.xx.2020-ci il tarixli faktura üzrə ödənilməmiş borc məbləği 61,01 (altmış bir manat bir qəpik) manat təşkil etmişdir. Faktura məbləğinin 3 (üç) manat hissəsi “Bizimkilər” tarif paketinə görə aylıq haqq, 9,10 (doqquz manat on qəpik) manat hissəsi zənglər, 48,91 (qırx səkkiz manat doxsan bir qəpik) manat – paketsiz internet istifadəsi (1 Mb – 0,40 manat tarifilə cəmi 122.271 Mb) ilə bağlı yaranmışdır. xx.xx.2020-ci il tarixli faktura məbləği 3 (üç) manat təşkil etmiş və həmin faktura dövründə nömrə ikitərəfli bağlandığı üçün xidmətlərdən istifadə baş verməmişdir. İddiaçının cəmi borcu 163,56 (yüz altmış üç manat əlli altı qəpik) manat (habelə 18 manat dövlət rüsumu) təşkil etmişdir. ********* nömrəsində xx.xx.2019-cu il tarixində saat 22:08:10-dən xx.xx.2020-ci il saat 13:53:38 tarixədək nömrədə mütəmadi internet istifadəsi baş vermişdir. Mütəmadi istifadə, habelə əvvəlki dövrlərdə də internet istifadəsinin olması (məsələn, 25 iyun 2019-cu il tarixli faktura, 25 may 2018-ci il tarixli faktura, 25 aprel 2018ci il tarixli faktura, 25 dekabr 2017-ci il tarixli faktura və s) öz növbəsində telefonun ayarlarındakı nasazlığın olması versiyasını istisna edir. İddiaçı internetdən istifadə etdiyini bilmişdir. Abunə Müqaviləsinin 4.3 və 4.4-cü maddələrinə uyğun olaraq, abunəçi Azercellin göstərdiyi xidmətlərdən istifadə etmək və ya onlardan imtina etmək hüququna malikdir. Lakin internet xidmətinin göstərilməsindən imtina ilə bağlı hər hansı ərizə Azercellə daxil olmamışdır. Cavabdeh2 MMC tərəfindən təqdim edilən xidmətlərdən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Abunəçilərin nömrənin cari vəziyyəti barədə məlumatı 650 (həmçinin online müştəri xidmətləri; “Kabinetim” mobil tətbiqi; Mobil İnternet Xidməti çərçivəsində isə balans barədə məlumat 2525 qısa nömrəsinə BALANS sözünü yazıb göndərməklə - xidmət haqqı 0,01 manat) xidməti vasitəsi ilə əldə etməsi mümkündür. Mobil İnternet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Bundan başqa, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkildə idarə edə bilərlər. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmaq, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmaq, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Cavabdeh2 MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (X8 aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir X8 aktiv olmadığı halda hər 1 MB üçün - 0,40 manat, ƏDV daxil) xidmət haqqı hesablanır. Faktura borcları ödənilmədiyindən ********* nömrəsi xx.xx.2020-ci il tarixdə birtərəfli bağlanmış, xx.xx.2020-ci il tarixdə ikitərəfli bağlanmış, xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Bu hüquq da operatora “Telekommunikasiya haqqında” qanunla verilmişdir. Həmin qanunun 32.1.5-ci maddəsinə uyğun olaraq, operator onunla abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıra bilər. Həmin qanunun 34.2.4-cü maddəsinə uyğun olaraq, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. İddiaçının qaldırdığı telekommunikasiya xidmətlərinin tariflərinin müəyyən edilməsi məsələsinə gəldikdə isə, bu məsələ “Telekommunikasiya haqqında” qanunla tənzimlənir. Həmin qanunun 32.1.3-cü maddəsinə uyğun olaraq, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən operatorun hüququdur. Həmin qanunun 10.1.-ci maddəsinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli Fərmanına (məhkəməyə təqdim edilmişdir) uyğun olaraq bəzi telekommunikasiya xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, Cavabdeh3 MMC tərəfindən deyil, Tarif Şurası tərəfindən müəyyən edilir. Bəs hansı mal və xidmətlərin dəyəri Tarif Şurası tərəfindən müəyyən edilir? Bu siyahı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmişdir. Həmin siyahının 13-cü bəndinə uyğun olaraq “rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.)” dövlət, yəni Tarif Şurası tərəfindən müəyyən edilir (02 dekabr 2013-cü il tarixli 4-11 saylı qərarlar). Tarif Şurasının qərarı (02 dekabr 2013-cü il tarixli 06 saylı qərar; məhkəməyə təqdim edilmişdir) ilə tarifi müəyyən edilmiş mobil operatorun göstərdiyi yeganə xidmət beynəlxalq zənglərdir. Beynəlxalq zəngin bir dəqiqəsi bütün mobil və sabit şəbəkə operatorları üçün eynidir. İnternetin bir Mb-nın dəyəri Tarif Şurasının qərarı ilə müəyyən edilməmişdir və bazardakı rəqabət və dövriyyə adətlərinə uyğun formalaşır. Eyni zamanda, “Telekommunikasiya haqqında” qanunun 40-cı maddəsində abunəçi ilə bağlanan müqavilədə xidmətlərin tariflərinin qeyd edilməsi vəzifəsi müəyyən edilməmişdir. Buna görə də, mobil operatorlar tariflərlə bağlı məlumatları öz vebsaytları, sms vasitəsilə, KİVdə elan verməklə, müştəri xidmətlərində paylanan reklam materialları, zəng mərkəzinə edilən zənglər və s üsullarla çatdırırlar. Məsələn, Azercell vebsaytının 28 noyabr 2019-cu il tarixli versiyasına baxdıqda, görərik ki, abunəçinin istifadəsində olan “Bizimkilər” tarif paketində 1 MBın dəyəri 40 qəpik kimi qeyd edilmişdir. Həmin tarixdə digər tarif paketi “Dövlətcell” tarif paketinin şərtlərindən görünür ki, həmin paketdə də internetin 1 MB-ı 40 qəpikdir. Eyni dövr üçün Bakcellin saytına girib baxsaq görərik ki, onlarda internetin paketsiz standart qiyməti 1 MB üçün 35 qəpik olmuşdur. Eyni dövr üçün Narmobile-da internetin paketsiz standart qiymətinə baxıldıqda görünür ki, 1 Mb 29 qəpik kimi müəyyən edilmişdir. Eyni zamanda, hər bir operatorun müxtəlif həcmli internet paketləri mövcuddur və həmin internet paketlərində internet topdan, yəni daha ucuz satılır. Hər bir abunəçi onun ehtiyaclarına uyğun müvafiq internet paketini seçə, internet xidmətindən imtina etmək üçün ərizə verə və ya internetdən paketsiz istifadə edə bilər. Seçim abunəçinindir.İddiaçının mənəvi zərərlə bağlı tələbinə gəldikdə isə, iddiaçıya hansı mənəvi zərərin vurulduğu aydın deyildir və o vurulmuş mənəvi zərəri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia üzrə Cavabdeh3 MMC iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. İnternet tariflərini müəyyən etmək “Aztelekom MMC”-nin səlahiyyətinə aid olan məsələ deyil. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. İddiaçının istifadəsində olmuş mobil nömrənin verilməsi də Cavabdeh3 MMC-nin səlahiyyətinə aid deyil. Cavabdeh3 MMC respublikanın bütün regionlarında (Bakı şəhəri və Naxçıvan MR istisna) əhalini stasionar və CDMA (X7 Access) simsiz telefon rabitəsi xidməti ilə təmin edir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin Cavabdeh3 MMC-yə aid olan hissədə təmin edilməməsinə dair qətnamə qəbul etməyinizi məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə məhkəmədən xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri 3 saylı Notariat Kontorunun 8İ-5602 saylı, xx.xx.2021 -ci il tarixli icra qeydinin surətindən görünür ki, ********** nömrəli müqaviləyə osasən müddət üçün vaxtında ödənilməmiş 163,56 (altmış üç manat əlli altı qəpik) İddiaçı alınaraq Cavabdeh2 MMC -nin xeyrinə ödənilməlidir, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi cavabdehdən 183,56 (yüz səksən üç manat əlli altı qəpik) manat alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən Sumqayıt şəhəri 3 saylı notariat ofisinə yazılmış ərizənin məzmunundan görünür ki, iddiaçı ona hesablanmış məbləğin əsassız olduğundan icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1209 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanan məktubda qeyd olunur ki, Cavabdeh2 MMC tərəfindən ofisinə ”Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə daxil otmuş notariat icra qeydi haqqında ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 8İ-5602 reyestrlə icra qeydi təsdiq edilmişdir. ”Azercell Telekom” MMC tərəfindən göndərilmiş notariat icra qeydi haqqında ərizədə 163,56 (altmış üç manat əlli altı qəpik) manat əsas borc, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 183,56(yüz səksən üç manat əlli altı qəpik) manat borc olduğu göstərilir. Həmin icra qeydi məhkəməyə yönəldiyi üçün ancaq məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarına əlavə edilmiş mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqında müqavilədən görünür ki, Azərfon Abunəçiyə ********* saylı nömrə açıq rabitə xətti ayırır və onu rabitə xidmətləri ilə təmin edir, abunəçi isə xidmətlərə görə müqavilə qaydalar və tarif planına əsasən ödəniş həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesab arayışından görünür ki, abunəçinin ********** mobil nömrəsi üzrə cari tarixə şirkətə ödənilməmiş faktura məbləği 163,55 (altmış üç manat əlli beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, abunəçinin ********** mobil nömrəsi üzrə cari tarixə şirkətə ödənilməmiş borcu 163,56 (altmış üç manat əlli altı qəpik) manat təşkil edir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununun 7-ci maddəsinin birinci hissəsinə əsasən müəssisələr, birliklər və təşkilatlar respublika qanunvericiliyi ilə müəyyən edilən təsərrüfat müstəqilliyinə, Azərbaycan Respublikasının və başqa dövlətlərin istənilən hüquqi şəxsləri və vətəndaşları ilə müqavilə münasibətləri yaratmaq, filiallar təsis etmək, payçılıq əsasında birgə müəssisələr açmaq hüququna malikdirlər. İstehsal-təsərrüfat fəaliyyəti sərbəst bazar münasibətlərinə əsaslanır. Həmin maddənin ikinci hissəsinə əsasən xalq təsərrüfatı kompleksi bazar mühitində, istehlak malları, əhaliyə xidmət, istehsal vasitələri, kapital, iş qüvvəsi, valyuta və qiymətli kağız bazarlarının mövcudluğu şəraitində inkişaf edir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Sahibkarlıq fəaliyyəti haqqında Qanunun 6.1-ci maddəsinə əsasən sahibkar öz fəaliyyətini həyata keçirmək üçün təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək hüququna malikdir. İstehsal-təsərrüfat fəaliyyəti zamanı, o cümlədən təqdim edilən xidmətlər, onların xüsusiyyətləri, təqdim edilməsi qaydası və şərtləri müəyyən edilərkən sahibkarlıq subyektlərinin azad sahibkarlıq fəaliyyətini öz imkanları, qabiliyyəti və əmlakını müstəqil olaraq səfərbər etməsi mülki dövriyyənin və sərbəst bazar iqtisadiyyatının təməl prinsipidir. Tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənən və abunəçinin öz seçimindən asılı olan məsələnin dövlət orqanları və ya məhkəmə tərəfindən məhdudlaşdırılmasını tələb etmək bazarda fəaliyyət göstərilən operatorların azad sahibkarlıq hüquqlarını məhdudlaşdırmaq deməkdir ki, bu da yolverilməzdir və mülki qanunvericiliyin ruhuna ziddir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla üməyyən olundu ki, iddiaçının ********** mobil nömrəsi üzrə Cavabdeh2 MMC-nə ödənilməmiş borcu 163,56 (altmış üç manat əlli altı qəpik) manat təşkil edir. İcra qeydinin ləğv edilməsi üçün əsas yoxdur. Həmin hissədə iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin “sadə internet qiymətlərinin paket qiymətlərinə yaxın ağlabatan qiymətlərlə əvəz olunması barədə təklif və ya qərarın verilməsinin "xxxx" MMCyə həvalə olunması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilə bilməz. Belə ki, “Telekommunikasiya haqqında” qanunun 32.1.3-cü maddəsinə uyğun olaraq, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən operatorun hüququdur. Həmin qanunun 10.1.-ci maddəsinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli Fərmanına uyğun olaraq bəzi telekommunikasiya xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, Cavabdeh3 MMC tərəfindən deyil, Tarif Şurası tərəfindən müəyyən edilir. 28 sentyabr 2005-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 13-cü bəndinə uyğun olaraq “rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, 3 \ 4 şəhərdaxili və rayon telefon rabitəsi və s.)” dövlət, yəni Tarif Şurası tərəfindən müəyyən edilir.(02 dekabr 2013-cü il tarixli 4-11 saylı qərarlar). Məhkəmə hesab edir ki, mobil İnternet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Bundan başqa, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarını müstəqil şəkildə idarə edə bilərlər. “Telekommunikasiya haqqında” qanunun 32.1.5-ci maddəsinə uyğun olaraq, operator onunla abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıra bilər. Həmin qanunun 34.2.4-cü maddəsinə uyğun olaraq, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. Odur ki, faktura borcları ödənilmədiyindən ********* nömrəsi xx.xx.2020-ci il tarixdə birtərəfli bağlanmış, xx.xx.2020-ci il tarixdə ikitərəfli bağlanmış, xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Odur ki, iddia tələbi mobil nömrənin bərpası hissəsində də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “Azercell Telecom" MMC tərəfindən 300 manat mənəvi zərərin İddiaçı ödənilməsi hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı “Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 qəbul eldiyi xx.xx.2021 tarixli, 8İ-5602 saylı İcra qeydinin ləğv edilməsi, İddiaçı məxsus olmuş ***-***-**-** nömrəsinin bərpa olunması, İddiaçı “Azercell Telecom" MMC tərəfindən 300 manat mənəvi zərər ödənilməsi, sadə internet qiymətlərinin paket qiymətlərinə yaxın ağlabatan qiymətlərlə əvəz olunması barədə təklif və ya qərarın verilməsinin "xxxx" MMC-yə həvalə olunması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar