Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-43/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevnanın nümayəndəsi və vəkili, İddiaçı4 vəkili Nümayəndə, Cavabdeh Zeynalova X9 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 cavabdehlər Zeynalova X11 və Cavabdeh3 qarşı 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlətşəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya mərkəzi publik hüquqi şəxsi cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna, İddiaçı2, İddiaçı4 cavabdehlər Zeynalova X10 və X3 və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlətşəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya mərkəzi publik hüquqi şəxsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Zeynalova X9 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Zeynalova X9 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsinə və cavabdeh Zeynalova X9 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış split kondisionerlərin 8 ədəd mühərriklərinin ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının üzərindən, yəni İddiaçı3 mülkiyyətində olan və həmin binanın sonuncu 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin damından götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə 11 iyul 2024-cü ilş tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh3 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh3 və Zeynalova X9 mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsi (demontaj edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək ona dair hissədə iddiadan imtina etdiyini bildirmiş və icraata ona aid olan hissədə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-43/2024 saylı qərardadına əsasən İddiaçı2 iddiadan imtinası qəbul olunaraq iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna, İddiaçı2 və İddiaçı4 cavabdehlər Zeynalova X11 və Cavabdeh3 qarşı 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlətşəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya mərkəzi publik hüquqi şəxsi cəlb edilməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə İddiaçı2 dair hissədə icraata İddiaçı2 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 3 ünvanında yerləşən yaşayış kompleksində qeyri-yaşayış və mənzil sahələrinin mülkiyyətçiləridirlər. ünvan 2 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, sahəsi 996,7 kv metr olan, təxminən 250- 300 nəfərlik tutumu olan “GALLİARD” adlı restoran fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi (restoran) cavabdeh Zeynalova X9 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsini cavabdeh – fərdi sahibkar X3 icarə əsasında restoran kimi işlədir və onun istifadəsindədir. Bu ilin yanvar ayının ortalarında binanın 2-ci mərtəbəsində yerləşən həmin qeyri-yaşayış sahəsində - “GALLİARD” restoranın havalandırma sistemində böyük miqyaslı yanğın baş vermişdir. Bu yaxınlarda həmin qeyri-yaşayış sahəsində (“GALLİARD” adlı restoranda) təmir-tikinti və quraşdırma işləri aparılmışdır. Həmin təmir-tikinti və quraşdırma işləri artıq yekunlaşmışdır və nəticədə məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsində (restoranda) havalandırma sistemi və tüstü bacası heç bir norma və qaydalara uyğun olmayaraq, obyektin daxilindən binanın Bəsti Bağırova küçəsinə baxan istiqamətdə fasada doğru çəkilmişdir. Qeyd etmək istəyir ki, həmin qeyri-yaşayış sahəsini (restoranı) idarə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilmişdir ki, restoranın havalandırma sistemini və tüstü bacasını həmin yerdən çəkməsinlər. Belə ki, havalandırma sistemi və mətbəxdəki avadanlıqların tüstübacası həmin yerdən çəkildiyi üçün həm binanın, həm də şəhərin mərkəzi hissələrindən biri olan “statistika dairəsi” deyilən ərazinin görüşünə xələl gətirir, tüstü bacasının binanın əsas küçəyə baxan fasadından çıxması həm küçənin, həm də binanın bütün mənzillərinin və obyektlərin tüstüyə qərq olması, his, qoxu və zərərli qazlarla bürünməsi, ən əsası isə yanğın təhlükəsi ilə üz-üzə qoyur. Hətta bu barədə həmin binanın sakinləri və sahə mülkiyyətçiləri tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edilmiş, FHN-nin əməkdaşları tərəfindən yerində müayinə aparılmış və müvafiq akt tərtib edilmişdir. Yoxlama vaxtı qeyd olunan tüstü-bacasından istifadə edilmədiyi üçün və həmin vaxt tüstübacanın quraşdırılması tam yekunlaşmadığı üçün hər hansı tədbir görülməmişdir. Bu xoşagəlməz və təhlükəli vəziyyət çoxmərtəbəli yaşayış binasının sakinlərini və obyekt sahiblərini çox narahat edir. Cavabdehlər tərəfindən həmin qanunsuz quraşdırılmış tüstübacadan istifadə hələ də davam etdirilir. Ərizəyə əlavə edilmiş fotoşəkillərlə, eləcə də məhkəməyə təqdim edəcəyi video görüntülərlə də sübut olunur ki, cavabdeh tərəfindən heç bir tikinti və təhlükəsizlik, yanğın, sanitar-gigiyenik və digər norma və qaydalara riayət olunmadan qanunsuz olaraq havalandırma və tüstü-bacası quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevnanın nümayəndəsi və vəkili, İddiaçı4 vəkili Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zeynalova X9 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 996.7 kv.m olan qeyri-yaşayış sahəsi Zeynalova X9 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Sözügedən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 336.2 kv.m olan qeyri-yaşayış sahəsi X7 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə xx.xx.2022-ci il tarixdən İddiaçı3, ½ hissə üzrə xx.xx.2022-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2A, mənzil 5 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla xx.xx.2022-ci il tarixdən İddiaçı1 Georgiyevnanın adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla xx.xx.2021-ci il tarixdən İddiaçı4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan EL-66/2022 saylı 08 fevral 2022-ci il tarixli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirməsini həyata keçirməyə icazə verir. “Yasamal-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 01/19 nömrəli 27 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən Galliard restoranının havalandırmasının binanın şaxtasına çıxışı layihədə nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən restoranının havalandırma sisteminin yerinin dəyişdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olaraq dam hissəsindən 70 sm hündürlükdə quraşdırılmasına riayət olunması şərti ilə etiraz edilmir. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 05 mart 2024-cü il tarixli məktubundan görünür ki, Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı qida obyektinin Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsinə baxan istiqamətdə yerləşən havalandırma borusunun söküldüyü və yeni havalandırma borusunun Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi istiqamətində yerləşdirildiyi müəyyən edilmişdir. “Galliard” restoranına keçirilən baxış zamanı qida obyektinin mətbəx sahəsində, qida qəbulu zalında yerləşdirilən havalandırma sisteminin və mətbəxdə yerləşən sorucu ventilyasiya qurğularının normativ hüquqi aktların tələblərinə uyğun olaraq quraşdırıldığı və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. “Galliard” restoranında quraşdırılmış havalandırma və tüstü-bacasının tam işlək vəziyyətdə olarkən səs-küy səviyyəsinin norma daxilində olması, havalandırma və tüstü-bacasından çıxan tüstü və qoxuların qeyd olunan ünvanda yerləşən iddiaçılara məxsus əmlakdan istifadə etməsinə təsir etməsi halları Agentliyin fəaliyyət istiqamətinə məxsus olmadığından bu barədə rəy bildirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə tam payla xx.xx.2024-cü il tarixdən Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli sanitariya müayinəsi aktından görünür ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin nümayəndələri Ə.Kərimov, P.Abdullayevanın iştirakları ilə məhkəmənin qərardadının icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılan havalandırma sisteminin iş prinsipini təyin etmək üçün İddiaçı3 və iddiaçıların nümayəndə və vəkili Nümayəndə iştirakı ilə həmin obyektin mətbəxində laborator müayinəsinin aparılmasına obyektin nümayəndələri tərəfindən şərait yaradılmamışdır. Aktı öz imzaları ilə təsdiq edirlər. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2412 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma və tüstü bacasının dam hissədən 70 sm hündürlükdə quraşdırıldığı, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən Zeynalova X9 mülkiyyətində olan qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tüstü-bacasının AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örütüyündən 2m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tustüs bacasının mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Beləliklə, hazırkı mülki mübahisə üzrə işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024cü il tarixdən Cavabdeh3 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. Hazırda iddiaçılar Zeynalova X9 mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsini məhkəmədən xahiş edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla və ekspert rəyindən müəyyən edilmişdir ki, cavabdeh Zeynalova X9 mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının dam hissədən 70 sm hündürlükdə quraşdırıldığı müəyyən edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə havalandırma və tüstü bacasının çıxışı pəncərənin üzərində quraşdırıldığını, həmin havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması., layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq, qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2412 saylı ekspert rəyinə əsasən Zeynalova X9 mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması., layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq, qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığından iddia tələbi əsaslı olmaqla təmin edilməli və ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsi Cavabdeh3 üzərinə qoyulmalıdır. Həmçinin iddia tələbinin cavabdeh Zeynalova X10 qarşı olan hissədə məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətində olduğundan cavabdeh Zeynalova X10 qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə iüəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində _ öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və yaşəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı" yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin ş tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən ən azı 2 m hündürlükdə atılması. Tüstü çıxışının kənarından ən azı 2 m məsafədə dam örtüyünün yanmayan materiallarla qorunması ilə, daha az hündürlükdə tüstünün atılmasına yol verilir. Təbii sorma olduqda şaxtaların üzərində deflektorların qoyulması nəzərdə tutulmalıdır. Mexaniki sistemlərdə borulardan tüstünün atılması zontlar olmadan nəzərdə tutulmalıdır. “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinə əsasən, mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsi Cavabdeh3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-43/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-43/2024
25.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver