Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4320/2023 12.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC və Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində kəsilən hesabfakturaya əsasən sudan istifadəyə və çirkab sularının axıdılmasına görə yaranan 131 manat məbləğində borcun silinməsi və **********370 abonent kodu üzrə Cavabdeh ASC ilə onun arasında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə yeni müqavilə bağlanması hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Nərimanov rayonu Sukanal İdarəsi ilə ünvan 1 ünvanında yaşayan X6 arasında “Sudan istifadə haqqında” xx.xx.2012-ci il tarixli 11585905 saylı müqavilə bağlanıb (Abonent kodu: **********370). B.İbrahimovun ölümü ilə ünvan 1 ünvanında 3 otaqlı mənzil vərəsəlik hüququ əsasında B.İbrahimovun arvadı X2 mülkiyyətinə keçsə də, B.İbrahimovla Cavabdeh ASC arasında bağlanmış “Sudan istifadə haqqında” müqaviləyə xitam verilməmişdir. xx.xx.2022-ci il tarixində 23 saylı Notariat ofisində ünvan 1 ünvanındakı 3 otaqlı mənzilin mükiyyətçisi Şərafət İbrahimova ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən mənzilin yeni mülkiyyətçisi xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyata alınmışdır. Şərafət İbrahimova ilə ünvan 2 ünvanındakı 3 otaqlı mənzilin satışına dair alqı-satqı müqaviləsi bağlamadan əvvəl Cavabdeh ASC-nin “Elektron su” portalı vasitəsilə mənzilin sudan istifadə və çirkab sularının axıdılmasına dair borcun olub-olmamasını yoxlamışdır. xx.xx.2022-ci il tarixində **********370 abonent kodu üzrə ünvan 1 ünvanındakı 3 otaqlı mənzilin Cavabdeh ASC Nərimanov rayonu Sukanal İdarəsinə su və çirkab suların tullantısı üzrə borcu olmayıb. Sözügedən ünvanda təmir apardığı müddətdə sudan istifadəyə və çirkab suların axıdılmasına dair Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən cəmi iki dəfə xx.xx.2023-cü il tarixində 21 manat və xx.xx.2023-cü il tarixində 2,69 manat məbləğində hesab-faktura kəsilmişdir. Cavabdeh ASC-yə sudan istifadəyə və çirkab sularının axıdılmasına görə **********370 abonent kodu üçün X4 müqaviləsinə xitam verib onunla yeni müqavilə bağlanması üçün müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixində kəsilən hesab-fakturada isə sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Cavabdeh ASC-yə 131 manat borcun olduğu qeyd olunub. Cavabdeh ASC onunla müqaviləni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” na müvafiq olaraq 131 manat məbləğində olan borc ödənildikdən sonra bağlaya biləcəyini bildirib. Cavabdehə xx.xx.2023-cü il tarixində 131 manat borcun hansı tarixdə yaranması, hansı səbəblə mövcud borca dair xx.xx.2023-cü il tarixinə qədər hesab-faktura kəsilməməsini və **********370 abonent kodu üzrə borcun Cavabdeh ASC-nin “Elektron su” portalında, yaxud da “Hökümət ödəniş” portalında görünməməsi barədə müraciətinə əsaslı cavab verilməmişdir. **********370 abonent kodu üzrə Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi xx.xx.2022-ci il tarixindən bu günədək cəmi 3 hesab-faktura təqdim edilmişdir. Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi verilən suyun və axıdılan tullantı sularının həcmini əks etdirən hesabı təqdim etməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. **********370 abonent kodu üzrə Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etməyərək üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən 131 manat borc məbləğinin hansı ay və neçə m3 su istifadəsinə görə yarandığından məlumatı olmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında evin alqı-satqısı olmuş, alqı-satqı olarkən elektron qaydada yoxlanılmış və evdə heç bir borc aşkar edilməmişdir. Bundan sonra həmin ev ipotekaya qoyulmuşdur. Bu müddətdən sonra hər ay Cavabdeh ASC-nin onlara göndərdiyi bildirişlərdə borc görünməyib, yalnız iyul ayında, yəni 7 aydan sonra onların Cavabdeh ASC-yə borcunun olması barədə bildiriş göndərilir. Bundan sonra o, Cavabdeh ASC-nin Nərimanov Rayon İdarəsinə müraciət edib, abonent kodunu alıb və özünün apardığı araşdırmaya əsasən borcun 2020-ci ildə yarandığını görmüşdür. Həmin vaxtı isə ev İbrahimova Şərafətin mülkiyyətində olmuşdur. Hansı ki, o, evi həmin şəxsdən almışdır. O bunun araşdırılması üçün Cavabdeh ASC-yə müraciət etsə də, ona borcu ödəməli olduğu bildirilmişdir. Həmin borcdan savayı, o, aylıq istifadə etdiyi suyun borcunu vaxtında ödəmişdir. O, borcun olub-olmamasını notariusda yoxlatdırmışdır və ona heç bir borcun olmaması bildirilmişdir. 131 manat borcun üzərinə əlavə olan aylıq borcu onun tərəfindən istifadə olunduğuna görə mütəmadi olaraq ödənilmişdir. Ondan əvvəl həmin evdə sayğac olub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir, abonent kartından da görünür ki, sayğac Bəylər İbrahimov adlı şəxsin adına olmuşdur. Bu şəxsin 2015-2017-ci illərdə şirkətə borcu olmuş və məhkəmə qətnaməsi çıxdıqdan sonra şəxs borcunu bağlamışdır. Güman edirlər ki, həmin borc o vaxtdan yaranmışdır. Lakin sudan istifadə haqqında qanuna əsasən şəxs mənzili alqı-satqı etdikdə borcun olmamasını əvvəlki mülkiyyətçi ilə araşdırmalı idi. Etiraf edirlər ki, borc Bəylər adlı şəxsin mülkiyyətçi olduğu dövrdə yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kartından görünür ki, Bəylər İbrahimovun **********370 nömrəli abonent kodu üzrə 11585901 nömrəli, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən yekun borcu 131 manat təşkil edir. İş materillarında olan xx.xx.2022-ci il tarixli, İPKB7173029A112 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, X5 Bakı şəhəri, Nərimano rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 16 mart 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı İddiaçı mülkiyyətinə verməyi, alıcı isə müqavilə ilə müəyyən olunmuş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən təqdim edilmiş xəbərdarlığa əsasən **********370 nömrəli abonent koduna əsasən borc məbləği 21 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, **********370 abonent kodu üzrə yekun ödəniləcək məbləğ 2,69 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, **********370 abonent kodu üzrə yekun ödəniləcək məbləğ 131 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, abunəçi 13 manat məbləğində ödəniş edilmiş, yekun ödəniləcək məbləğ 144 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, **********370 nömrəli abonent kodu üzrə yekun ödəniləcək məbləğ 144 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 756/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X1 təchizatı və kanalizasiya xidmətləri üzrə 196,45 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 216,45 manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən olunmudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 15-ci maddəsinə əsasən su təchizatı müəssisələri tərəfindən su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab olunan müqavilə şərtlərinə əsasən təmin edilir. Həmin qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, İPKB7173029A112 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, X5 (satıcı) Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 16 mart 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı İddiaçı (alıcı) mülkiyyətinə verməyi, alıcı isə müqavilə ilə müəyyən olunmuş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimano rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Şərafət İbrahimova ilə ünvan 2 ünvanındakı 3 otaqlı mənzilin satışına dair alqı-satqı müqaviləsi bağlamadan əvvəl Cavabdeh ASC-nin “Elektron su” portalı vasitəsilə mənzilin sudan istifadə və çirkab sularının axıdılmasına dair borcun olub-olmamasını yoxlamışdır. xx.xx.2022-ci il tarixində **********370 abonent kodu üzrə ünvan 1 ünvanındakı 3 otaqlı mənzilin Cavabdeh ASC Nərimanov rayonu Sukanal İdarəsinə su və çirkab suların tullantısı üzrə borcu olmayıb. Sözügedən ünvanda iddiaçının yaşadığı müddətdə sudan istifadəyə və çirkab suların axıdılmasına dair Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən cəmi iki dəfə xx.xx.2023-cü il tarixində 21 manat və xx.xx.2023-cü il tarixində 2,69 manat məbləğində hesab-faktura kəsilmişdir. Cavabdeh ASC-yə sudan istifadəyə və çirkab sularının axıdılmasına görə **********370 abonent kodu üçün X4 (əvvəlki mülkiyyətçi) müqaviləsinə xitam verib onunla yeni müqavilə bağlanması üçün müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixində kəsilən hesab-fakturada isə sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Cavabdeh ASC-yə 131 manat borcun olduğu qeyd olunub. Hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC və Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində kəsilən hesab-fakturaya əsasən sudan istifadəyə və çirkab sularının axıdılmasına görə yaranan 131 manat məbləğində borcun silinməsi və **********370 abonent kodu üzrə Cavabdeh ASC ilə onun arasında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə yeni müqavilə bağlanması hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan sübutlardan tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da müəyyən olunur ki, İddiaçı mənzili aldıqda sözügedən mənzilin sudan istifadə və çirkab sularının axıdılmasına dair borcu olmamışdır. sudan istifadəyə və çirkab suların axıdılmasına dair Cavabdeh ASC Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən cəmi iki dəfə xx.xx.2023-cü il tarixində 21 manat və xx.xx.2023-cü il tarixində 2,69 manat məbləğində hesab-faktura kəsilmişdir. Həmin tarixlərdə verilən hesab fakturalarda 131 manat borc məbləği öz əksini tapmamış, yalnız xx.xx.2023-cü il tarixində kəsilən hesabfakturada 131 manat öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin borc məbləğinin necə yaranmasına dair fikrini əsaslandıra bilməmişdir. Habelə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının “Təbii inhisarlar haqqında” Qanununun 5-ci maddəsinin 1.9-cu maddəsinə əsasən baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı təbii inhisar subyektlərinin fəaliyyət sahələrindəndir. Həmin qanunun 10-cu maddəsinin 3-cü bəndinə əsasən təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Belə ki, Cavabdeh ASC, baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı sahəsində təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 7, mənzil 37 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi İddiaçı ilə abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməsi, Cavabdeh ASCnin üzərinə İddiaçı ilə ünvan 6 ünvanında yerləşən mənzilə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi qoyulmalı, ünvan 6 ünvanında yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 131 (yüz otuz bir) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ASC-nin üzərinə İddiaçı ilə ünvan 6 ünvanında yerləşən mənzilə su təchizatı üçün alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi qoyulsun. ünvan 6 ünvanında yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 131 (yüz otuz bir) manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4320/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4320/2023
12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver