Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4328/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ********* saylı, xx.xx.2019-cu il tarixli müddətli Nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 565 manat əsas borc, 169 manat cərimə borcu, ********* saylı, xx.xx.2019-cu il tarixli müddətli Nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 599 manat əsas borc, 179 manat cərimə borcu ümumilikdə isə 1512 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli nisyə satış müqaviləsinə əsasən, satıcı (“xxxxxxxxxxxxxxxx” MMC) həmin müqaviləyə 1 saylı əlavədə göstərilmiş əşyanı alıcı Cavabdeh verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcunu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh aldığı “Samsung A505 Black” markalı mobil telefon üçün ilkin 0,6 manat olmaqla, 12 ay müddətinə aylıq 55 manat ödəməyi öz öhdəsinə götürmüş, müqavilə üzrə qalan borc 658,3 manat təşkil etmişdir. “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2019-cu tarixli müddətli nisyə satış müqaviləsinə əsasən, satıcı (“xxxxxxxxxxxxxxxx” MMC) həmin müqaviləyə 1 saylı əlavədə göstərilmiş əşyanı alıcı Cavabdeh verməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi, habelə borcunu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 010486800 saylı, xx.xx.2019-cu tarixli müddətli nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh aldığı “Xiomi Mi A3” markalı mobil telefon üçün ilkin ödənişsiz, 12 ay müddətinə aylıq 50 manat ödəməyi öz öhdəsinə götürmüş, müqavilə üzrə qalan borc 599 manat təşkil etmişdir. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışa əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 565 manat əsas borc, 169 manat cərimə borcu, ümumilikdə isə 734 manat borcu vardır. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışa əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 599 manat əsas borc, 179 manat cərimə borcu, ümumilikdə isə 778 manat borcu vardır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MülkiMəcəllənin 600.4 və 600.5-cimaddələrinəəsasən,əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə 565 manat əsas borc, 169 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə 599 manat əsas borc, 179 manat cərimə borcu, cəmi 1512 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə 565 manat əsas borc, 169 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müddətli nisyə satış müqaviləsi üzrə 599 manat əsas borc, 179 manat cərimə borcu, cəmi 1512 (bir min beş yüz on iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4328/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4328/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver