Məhkəmə qərarları › İş №2(004)-4333/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4333/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4333/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********37373 Xiaomi Redmi 9A markalı telefon üçün 125 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu olmaqla, 162 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********53334 olan Hoffmann LED TV üçün 210 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, 273 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə iPhone 11 Pro markalı telefon üçün 2106 manat ödənilməmiş hissə, 631 manat dəbbə pulu olmaqla, 2737 manat, ümumilikdə 3172 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ABC Telecom” MMC ilə bağlanmış 26.08.2020-ci il və 28.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********37373 və **********53334 olan Xiaomi Redmi 9A və iPhone 11 Pro markalı telefon, Hoffmann LED TV almış və nəticədə 3172 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 897,30 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, Cavabdeh, "xxxx" MMC ilə bağladığı 26.08.2020-ci il və 28.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********37373 və **********53334 olan Xiaomi Redmi 9A və iPhone 11 Pro markalı telefon, Hoffmann LED TV almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 26.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********37373 Xiaomi Redmi 9A markalı telefon üçün 125 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu olmaqla, 162 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********53334 olan iPhone 11 Pro markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, 273 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə Hoffmann LED TV üçün 2106 manat ödənilməmiş hissə, 631 manat dəbbə pulu olmaqla, 2737 manat, ümumilikdə 3172 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 26.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********37373 Xiaomi Redmi 9A markalı telefon üçün 125 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, 135 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********53334 olan iPhone 11 Pro markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, 230 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə Hoffmann LED TV üçün 2106 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, 2206 manat, ümumilikdə 2571 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********37373 Xiaomi Redmi 9A markalı telefon üçün 125 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, 135 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********53334 olan Hoffmann LED TV üçün 210 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, 230 manat, 28.08.2020-ci il tarixli müqavilə üzrə iPhone 11 Pro markalı telefon üçün 2106 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, 2206 manat, ümumilikdə 2571 (iki min beş yüz yetmiş bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar