Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4357/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verdiyi 07 mart 2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh1 ilə 07 mart 2020-ci il tarixdə bağladığı Bakı şəhəri 12 saylı notariat ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun illərdir Rusiya Federasiyasının Moskva şəhərində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur.Onun bu fəaliyyətlə məşğul olduğu zaman İlqar adlı şəriki var imiş, onlar bir yerdə işləyirmişlər. Moskvada kənd təsərrüfatı məhsullarını Eldar adlı şəxsdən alırmışlar. İddiaçının şəriki İlqar, Eldar adlı şəxsdən aldıqları malların satışından əldə olunmuş vəsaiti götürərək İspaniyaya getmiş və oradan geri qayıtmamışdır. Bu səbəbdən də Eldardan aldıqları məhsulların əvəzinin ödənilməsi iddiaçının üzərində qalmışdır. Eldar ondan borcu istədiyində, iddiaçı ona həmin borcu verə bilmədiyini, lakin imkanı olduğu zaman qaytaracağını bildirmişdir. Eldar isə ona bildirmişdir ki, o zaman razılaşar ki, bu sözü təsdiq edəcək təminat olsun. Bundan sonra iddiaçı Kürdəmir rayonunda yerləşən obyektini (restoran) onda girov saxlamağını təklif etmişlər. Bunun üçün o həmin Everest restoranında olur. Bir halda ki, alqısatqı müqaviləsi 07 mart 2020-ci ildə 12 saylı notariat ofisində bağlanması nəzərdə tutulmuşdursa, əgər iddiaçının niyyəti obyekti satmaq idisə, onu birbaşa 12 saylı notariat ofisinə dəvət edə bilərdilər. Başqa notariusa gedib etibarnamə verməyək və bunun ardınca baş tutacaq alqı-satqı üçün vaxt itkisinə səbəb olmazdı. Çünki bu işdən belə nəticəyə gəlmək olur ki, alqı-satqının olunması cavabdehlər üçün təcili baş verməli idi. Cavabdeh2 iddiaçının ona verdiyi etibarnamədən istifadə etməklə, iddiaçıya məxsus olmuş əmlakı özü əldə etmək niyyəti ilə əmisi oğluna satmışdır. Çünki iddiaçı nə iş üzrə Cavabdeh1, nə də ki, Cavabdeh2 tanımamışdır, o Cavabdeh2 həmin əmlakı satmağı tapşırmamışdır, o Cavabdeh2 yalnız ona etibarnamə verdiyi gün görmüşdür. Cavabdeh2 da onunla borclu olduğu Eldar tanış etmiş və etibarnaməni onun adına verməyi bildirmişdir. Bu baxımdan da qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçıya məxsus olmuş əmlaka dair alqı-satqının nəticələri qanunsuz və əsassızdır. Daha sonra Eldar Rövşən adlı tanışını iddiaçıya təqdim etmiş və etibarnaməni onun adına verməyini bildirmişdir. İddiaçı Rövşən adlı şəxsin adına etibarnamə vermişdir. Lakin bir həftə əvvəl iddiaçıya məlum olmuşdur ki, ona məxsus həmin əmlak 12 saylı notariat ofisində satılmışdır. Bununla bağlı alqı-satqı əməliyyatı aparılmış Bakı şəhəri 12 saylı notariat ofisinə vəkil sorğusu verilərək notariat işinin təsdiq olunmuş surətlərini götürdükdə məlum olmuşdur ki, ona məxsus əmlakı Cavabdeh2 verdiyi etibarnamə əsasında əmisi oğlu Cavabdeh1 satmışdır.Cavabdeh2 həmin əmlak iddiaçının mülkiyyətində qalmasın deyə öz qohumu ilə alqı-satqı müqaviləsi bağlamış və dolayısıyla əmlakı özü üçün əldə etmişdir. Halbuki, iddiaçı etibarnaməni ona müvəqqəti vermişdir. Bu barədə Eldar ilə onun arasında razılaşma olmuş, bu günə kimi də obyekt iddiaçının istifadəsindədir. 07 mart 2020-ci ildə olunmuş alqı-satqı nəzərə alsaq, əgər obyekt Cavabdeh2 aiddirsə o bu günə qədər əmlakı iddiaçıdan tələb etməli imiş. Lakin bununla bağlı məhkəməyə və ya digər orqana müraciət daxil olmamışdır. Hal hazırda obyekt iddiaçının istifadəsindədir və hər hansı etirazla rastlaşmamışdır. Etibarnamə Cavabdeh2 iddiaçının Eldara olan borcuna dair girov təminatı qismində verilmişdir. Etibarnamə verdiyi şəxs iddiaçının adından çıxış edərək ona verdiyi etibarnamə əsasında obyekti öz qohumuna satmışdır. Bu cür alqı-satqı isə qanunvericiliyə ziddir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı Eldar adlı şəxslə müəyyən biznes qurmuşdur. Bir müddət sonra onların biznesində iddiaçının şəriki olan İlqar adlı şəxs iddiaçının aldadaraq qaçmışdır. Həmin şəxs hələ də axtarışdadır. Nəticədə iddiaçının Eldara borcu yaranmışdır və bu məsələnin həlli kimi Eldar iddiaçıdan təminat istəmişdir. Onların arasında söhbət olmuş və Eldarda iddiaçıya münasibətdə borcun qaytarılacağına dair güvənin yaranması üçün Kürdəmirdə yerləşən obyektin etibarnaməsi Eldara təqdim olunmuşdur. Həmin etibarnaməni verməkdə iddiaçının məqsədi borcu qaytara bilmədiyi halda, Eldar adlı şəxs həmin obyekti sataraq borc öhdəliyinin əvəzini alacaqdı. İddiaçı bu təklifi edən zaman başqa şəxslər də buna şahid olmuşdular. İddiaçı etibarnaməni vermiş, hətta Eldarda etibarnamənin İddiaçı tərəfindən ləğv edilməyəcəyinə dair etibarın yaranması üçün iddiaçının yoldaşının da razılığı alınmışdır. Eldar adlı şəxs iddiaçıya etibarnamənin Cavabdeh2 adlı neytral bir şəxsə verilməsini təklif etmiş, borc qaytarılmadığı halda əmlakın satılaraq borcun ödəniləcəyini bildirmişdir. Lakin etibarnamə verildikdən bir saat on dəqiqə sonra 3-5 kilometr uzaqda başqa bir notariusda Cavabdeh2 tərəfindən alqı-satqı həyata keçirilmiş, satışdan əldə olunan vəsait iddiaçıya qaytarılmamışdır. Satışın kimin göstərişi ilə olması, bir saat içərisində alıcının tapılması, bütün bu məsələlər şübhə doğurur və onu qeyd etməyə əsas verir ki, bütün bu əməllər Eldarla Rövşənin planlı hərəkətləri nəticəsində olmuşdur. İddiaçı əmlakın satışından xəbərsiz olmuş, Eldarın belə bir addım atacağını gözləməmişdir. Eyni zamanda obyekti də özü işlətdiyindən onda əmlakın satılmasına dair şübhə yaranmamışdır. 27-28 iyul tarixlərində iddiaçı vəkillə məsləhətləşdikdən və notariusa sorğu göndərildikdən sonra onun əmlakı barəsində alqı-satqı həyata keçirilməsi barəsində məlumatı olmuşdur. İddiaçı bu yolla aldadıldığını bildikdən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanda alqı-satqı qiyməti də mülkiyyətçi ilə müəyyənləşdirilməmişdir. Əmlak öz dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. Alqı-satqı qiymətinin necə müəyyənləşdirilməsindən, alqı-satqıdan əldə olunan vəsaitin kimə ünvanlandığından, alqı-satqının onun göstərişi olmadan necə həyata keçirildiyindən iddiaçının xəbəri olmamışdır. Ona görə də iddianın tam əsaslı olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, əqdin etibarsızlığı ilə bağlı iddia tamamilə əsassızdır. Çünki iddaçı qeyd edir ki, etibarnamənin məzmunu ona aydın idi, etibarnamədə etibar olunan hərəkətlər və hüquqi nəticələr ona aydın idi, iddiaçının yoldaşının razılığı olmuşdur. Heç kəsin iradəsindən kənar hərəkət olmamışdır. Eyni zamanda Kürdəmir rayon Polis şöbəsinə obyektin hazırki icarəçisi tərəfindən obyektdəki əmlakların iddiaçı tərəfindən aparılması ilə bağlı müraciət olunmuşdur. Eyni zamanda əgər tərəflər arasında inam və etibardan kənar hər hansı addım atılırdısa, etibarnamə hansı səbəbdən hələ də ləğv olunmamışdır və ya razılıq ərizəsi geri götürülməmişdir. İddiaçı özü özünü təkzib edəb ifadələr işlədir. Eyni zamanda iddiaçının işə əlavə etdiyi "xxxx" MMC-ni rəyi dostluq münasibətləri çərçivəsində alınan qeyri-obyektiv bir rəydir. Kürdəmir rayonunun ərazisində 600.000 (altı yüz min) manatlıq obyekt yoxdur. Bununla yanaşı, ona məlum olduğu qədərilə iddiaçının bu iddianı qaldırmaqda məqsədi onun digər şəxslərə münasibətdə xeyli borcları olması və həmin obyektin qaytarılaraq həmin borcların təminatı kimi görünməsidir. Həmçinin qeydiyyat vəsiqəsi də həmin etibarnamənin təsdiq olunduğu notariusda təsdiq olunmuşdur. Əgər obyekt satılmaq üçün etibarnamə verilmiş olmasaydı, qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunması və notariat işinə daxil edilməsi zəruri olmazdı. Eyni zamanda etibarnamədə də birbaşa satılmasına dair səlahiyyət göstərilmişdir. Aydın olur ki, atılan bütün addımlar həmin əmlakın satılması üçün olmuşdur. Eyni zamanda bu iddia ərizəsi ilə iddiaçı Eldara olan borcunu etiraf etmişdir. İddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu tərəfindən xx.xx.2022ci il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddiaçı iddia müddətini ötürərək məhkəmədə iddia qaldırmışdır. İddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. İddiaçı ilə Eldar Moskvada tanış olmuşlar. Aralarındakı münasibətlər son zamanlar pisləşmişdir. Buna səbəb isə iddiaçının Eldardan mal alması və bunun nəticəsində ona borclu qalmasıdır. Eldar bəylə onlar 5-6 aydır ki, iddiaçının Eldara olan borcu ilə bağlı oturub söhbət ediblər. O, bununla bağlı iddiaçıya təklif etmişdir ki, Eldar Vəliyevə etibarnamə versin və aralarında borcun qayıdacağına dair inam yaransın. Bu söhbət iki ilə yaxındır olmuşdur və bu zaman Rövşən yanlarında olmamışdır. Eyni zamanda qiymət də müzakirə olunmamışdır. Hərçənd etibarnamədə satılması göstərilib, mülkiyyətçiyə xəbər verilmədən onun əmlakının satılması düzgün deyil. Eyni zamanda satış üçün etibarnamənin verilməsini deməmişdir. Borc məbləğinin nə qədər olduğunu bilmir. Etibarnamə verilən zaman orada olmamışdır. Etibarnamə üzrə obyektin başqa şəxsə satılması barəsində sonra xəbəri olmuşdur. Etibarnamənin məzmunundan isə iddia tələbi qaldırıldıqdan sonra xəbəri olmuşdur. Etibarnamə verildikdən sonra da Eldar Vəliyevlə danışığı olmamışdır. Eldarla axrıncı danışığı iddia tələbi irəli sürülməzdən əvvəl olmuşdur. Satılmış obyekt onun bildiyi qədərilə bağlanmışdır. Etibarnamənin nə zaman verilməsi ilə bağlı məlumatı yoxdur, ancaq etibarnamənin üç il müddətinə verildiyini bilir, ona bu barədə məlumatı qardaşı vermişdir. İddiaçının başqa əmlakı olmadığından həmin obyektə dair etibarnamə verildi. Qeyd edir ki, obyektin satışı etibarnamədən kənar addımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçını çoxdan tanıyır. Onlar Moskva şəhərində bizneslə məşğul olarkən tanış olmuşlar. Cavabdeh2 yerlisi kimi tanıyır, Cavabdeh1 isə tanımır. İddiaçı Eldar Vəliyevdən mal almışdır, nəticədə ona pul borcu yaranmışdı. Eldar öz borcunu ala bilmək üçün xeyli müddət iddiaçı ilə danışıqlar aparmışdır. İddiaçı obyekti borcunun əvəzində Eldar Vəliyevə vermişdir və bunun nəticəsində mövcud borc bağlanmışdır. Eldarın işləri çox olduğundan və o Azərbaycan Respublikasında yaşamadığından onun istəyilə etibarnamə Cavabdeh2 verilmişdir. Həmin etibarnamə alqı-satqı üçün verilmişdir. Ramizin özünün obyektində də dəfələrlə onun borcu ilə bağlı görüşüb söhbət etmişlər. Etibarnamə verilən zaman orada olmuşdur. Onunla birlikdə Eldar Vəliyev, Cavabdeh2, İddiaçı və onun yoldaşı orada olmuşlar. Həmin vaxt iddiaçı etibarnamənin Cavabdeh2 verilməsi ilə bağlı heç bir narazıçılıq etməmişdir. Etibarnamə verilən zaman və ondan sonra da onlar obyektin əvəzində borcun bağlanması ilə bağlı hesablaşdıqlarını bildirmişlər. İddiaçı ilə Eldar arasında nə üçün alqı-satqı edilmədiyini ancaq etibarnamə verildiyini bilmir, ancaq Ramizin də buna hər hansı bir etirazı olmamışdır. Etibarnamə verilməmişdən öncə borcun verilməsini iddiaçı uzadırdı. Ancaq o hesab edir ki, danışıqlar zamanı obyektin satılıb borcun bağlanacağı iddiaçıya aydın idi. Uğur Uğurovla olan görüşdə o olmamışdır. Etibarnamə verilən zaman Cavabdeh1 orda olub-olmamasını bilmir, çünki onu tanımır. Obyektin etibarnamə üzrə verildikdən sonra nə qədər müddətə satılacağı barədə məlumatı olmamışdır. Notariusda Cavabdeh2 obyekti Cavabdeh1 satması ilə bağlı söhbət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının ona Rusiya Federasiyasında 140.000 dollar civarında borcu olmuşdur. O iddiaçıdan dəfələrlə, 2018-ci ilin yanvarından başlayaraq 2020-ci ilədək borcu tələb etmişdir. 2020-ci ilin avqustun 27-sindən dekabrın 27-sinə qədər Bakıda olmuşdur, ancaq iddiaçı borcunu qaytarmaq üçün hər hansı cəhd etməmişdir. İmkanı olmadığından qaytara bilmədiyini demişdir. Ona borcun əvəzində Qəbələdə torpaq sahəsi, Bakı şəhərində Mətbuat prospektində ev təklif etmişdir. Axrıncı dəfə razılaşmışlar ki, Kürdəmirdəki obyektini sataraq borcu ödəyəcək. Daha sonra Azər və digərlərinin iştirakı ilə razılaşaraq iddiaçı bildirdi ki, obyekti borc əvəzinə verir və satıb pulunu götürməyini bildirmişdir. Notariusda etibarnamə verilən ilk gün düzgün tərtib olunmadığından, ikinci dəfə getməli olmuşlar. İddiaçı ilk dəfə obyektin satılmasına, ikinci dəfə torpağın satılmasına razılıq vermişdir. İddiaçı pulun əvəzində obyekti vermiş, bununla da ona borcunun olmadığını bildirmişdir. O, Rusiya Vətəndaşı olduğu üçün, onun təklifi və iddiaçının da razılığı ilə etibarnamə Cavabdeh2 verilmişdir. İddiaçı dəfələrlə onu borcu ödəyəcəyi barədə vədlər edərək, Bakıya gətirmişdir. Lakin borcu ödəməmişdir. İddiaçı etibarnamənin həmin obyekti satıb, öz borcunu ödəmək üçün olduğunu bilərək vermişdir və aralarında etibarnamənin satış üçün verilməməsi kimi bir söhbət olmamışdır. İddiaçının həyat yoldaşı da etibarnamənin satış üçün verildiyini bilmişdir. Bununla yanaşı, hətta iddiaçı ona Kürdəmirdəki obyektin satılması halında əskik olan pul məbləğini ödəyəcəyini də bildirmiş, daha sonra bu fikrindən yayınmışdır. Etibarnamənin neçə il müddətinə verilməsi barəsində məlumatı yoxdur. Eyni zamanda, iddiaçı bildirmişdir ki, obyektin sənədi yoxdur və sata bilmir. Kürdəmir rayon Əmlak Komitəsinə birlikdə müraciət etmişlər və bu zaman sənədlər üçün o iddiaçıya 4000 manat da pul vermişdir, ancaq həmin pul indiyə qədər ona iddiaçı tərəfindən qaytarılmamışdır. 10-15 gündən sonra sənədlər hazır olmuşdur. Hal-hazırda iddiaçıya qarşı bir borc tələbi yoxdur. Lakin etibarnamə verildikdən sonra iddiaçı yenidən zəng edərək 50.000 manat pul borcu istəmiş, lakin o verməmişdir. Eldar pulunu Ramizdən tələb etdiyi vaxtdan Ramiz Cavabdeh2 tanıyırmış, Ramizin borcu olduğundan iddiaçı ilə qarşılıqlı razılıqları əsasında həmin obyektin satılması barədə etibarnəmin Rövşənə verilməsinə razılaşmışlar. Eldar Vəliyev burda yaşamadığı və Almaniyada müalicə aldığı üçün belə bir qərara gəlmişlər. İddiaçı etibarnaməni obyekti satmaq üçün vermişdir. Etibarnaməni alan vaxtı müştəri artıq tapılmışdır. Niyyət də etibarnaməni alıb əmlakı satmaq olmuşdur və bu niyyətdən və əmlakın neçəyə satılacağından da iddiaçının məlumatı olmuşdur. Əmlakın satışından əldə olunan 200.000 manat pulu X10 Lətifov vermişdir. İlkin ərizənin düzgün tərtib olunmaması notariusda aydınlaşdır və notariusa getdikdə məqsədləri həmin əmlakın satılması olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ ******* saylı, 07 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təstiqlənmiş surətindən görünür ki, İddiaçı Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən ümümi sahəsi 360 kv/m olan qeyri yaşayış sahəsini tam hissəsini 360 kv/m 200.000 (iki yüz min) manata Cavabdeh1 satmışdır, həmin müqavilə Bakı şəhər 12 saylı Notariat Kontorunda xx.xx.2020-cu il tarixdə reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 535 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Kürdəmir şəhəri, Bakı prospekti küçəsində yerləşən ümümi sahəsi 360 kv/m ,16 otaqdan ibarət olan 22A nömrəli qeyri-yaşayış binası Kürdəmir rayon Dövlət notariat kontorunun 13 yanvar 2006-cı il tarixli,4Ə-01-03 saylı alqı-satqı müqaviləsi əsasında vətəndaş X2 adına tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş bu barədə 01 saylı reyestr kitabının 268-ci səhifəsində 535 nömrə üzrə xx.xx.2006-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 2 kəndi ünvanında qeydiyyatda olan X7 notariat ofisinə təqdim etdiyi **********866 saylı ərizədə, əri İddiaçı məxsus olan Kürdəmir şəhəri, Bakı prospekti,22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq satılmasınına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 23 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 8İ-1866 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan RPA********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı Cavabdeh1 məxsus Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanlı əmlak "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi bir il müddətinə 100.000 manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan 07 mart 2020-ci il tarixli ƏN-İ seriyalı 668857 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Kürdəmir rayonu TİMHQİ tərəfindən xx.xx.2006cı il tarixli, 535 nömrəli reyestr iş qeydiyyat vəsiqəsinə əsasən Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq sahəsinə dair ƏMDKY DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmanı aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər hərəkətləri etməyi Cavabdeh2 3 (üç) il müddətinə, yəni 07 mart 2023-ci il tarixədək etibarnamə verilmişdir. Bu etibarnamə Bakı şəhər 23 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 7E-1972 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ünvan 4 ünvanladığı məktubun surətindən görünür ki, Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə ödənilməli olan 200000 (iki yüz min) manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra yaranmış 4128,38 (dörd min yüz iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat vergi öhdəliklərini (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə daşınmaz əmlakın satış dəyərindən çıxdıqdan sonra qalan 195871,62 (yüz doxsan beş min səkkiz yüz yetmiş bir manat altmış iki qəpik) manat Cavabdeh2 ödənilməsi üçün bankda olan VÖEN **********; AZ68GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan 07 mart 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki Cavabdeh1 200.000(iki yüz min) manat daxil etmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh1 notariat ofisinə təqdim etdiyi **********739 saylı ərizədə, xx.xx.2020-ci il tarixində bağlanmış 4Ə-508 reyestr nömrəi ilə rəsmiləşdirilmiş bağışlama müqaviləsi üzrə əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının 3(üç) gün müddətində qeydə alınması məqsədi ilə ərizəsinin və alqı-satqı müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində elektron gaydada göndərilməsini təmin edilməsini, həmin ərizə Bakı şəhər 12 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə reyestrdə 8İ-1739 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan X5 MMC-nin xx.xx.2022-ci il tarixli,035/22 nömrəli qiymətləndirilmə hesabatının nəticəsindən görünür ki, Kürdəmir şəhəri,Bakı prospekti,22A nömrəli qeyri-yaşayış binasının 2020-ci ilin marty ayına olan orta bazar qiyməti 570.000(beş yüz yetmiş min) manat təşkil edir. Hazırkı dövrdə olan orta bazar qiyməti 600.000(altı yüz min) manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı tərəfindən 07 mart 2020-ci il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov)qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmalını aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün diğər hərəkətləri etməyi Cavabdeh2 etibar edilmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Sözügedən etibarnaməni İddiaçı 23 saylı notariat ofisində şəxsən özü imzalamışdır. Həmin etibarnamə əsasında cavabdeh Lətifov X1 şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsini 07 mart 2020-ci il tarixdə bağladığı Bakı şəhəri 12 saylı notariat ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 200 000 manata satmışdır. Qeyri-yaşayış binası və torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsini Cavabdeh2 imzalayarkən səlahiyyətli olmuşdur. Alıcı Cavabdeh1 qeyri-yaşayış binası və torpaq sahəsinin razılaşdırılmış dəyərini 200.000 manat pulu xx.xx.2020-ci il tarixli mədaxil orderinə əsasən 12 saylı notariat ofisinin notariusu X4 "xxxx" ASC-dəki depozit hesabına ödəmişdir. Satıcı İddiaçı arvadı X7 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə İddiaçı məxsus Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binası və 0.0285 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” Cavabdeh2 verdiyi 07 mart 2020ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh1 ilə 07 mart 2020-ci il tarixdə bağladığı Bakı şəhəri 12 saylı notariat ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adna Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə baxışında, eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 07 mart 2020-ci il tarixdə Kürdəmir şəhəri, Bakı prospekti, 22A ünvanında yerləşən 360 kv/m olan qeyri yaşayış binasını və 0.0285 ha torpaq sahəsinə dair ƏMDKY DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmanı aparmağı, ceki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər hərəkətləri etməyi Cavabdeh2 3(üç) il müddətinə etibar etmişdir. Sözügedən etibarnaməni İddiaçı 23 saylı notariat ofisində şəxsən özü imzalamışdır. Eyni zamanda, notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində ona ətraflı izah olunmuşdur. Məhkəmə iclası zamanı İddiaçı tərəfindən də bu hal təsdiq edildi. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında Eldar adlı şəxsə borcu olduğu üçün, borcu ödəyəcəyini və buna Eldarda etimad yaratmaq məqsədilə, satmaq üçün yox, sadəcə girov kimi Cavabdeh2 etibarnamə verdiyini bildirsə də, məhkəmə araşdırmasında iddiaçı tərəfindən bu hal sübuta yetirilə bilmədi. Məhkəmə iclasında iştirak edən şahid X6 iddiaçının borc əvəzinə obyektin satışına icazə vərməsi barədə əvvəlcədən razılığın olması, bütün bu məsələlərdən iddiaçının özünün xəbərinin olmasını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, torpaq sahəsini dəyərini ödəməklə əldə etmiş, qeyri-yaşayış binası və torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və qeyri-yaşayış binası və torpaq sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsaslandırılmadığından, eyni zamanda iddiaçının iddia tələbləri əsassız olduğundan rədd edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə “alqı-satqı müqaviləsinin etibarsızlığı, onun hüquqi nəticəsi olan çıxarışın ləğv edilməsi barədə tələblərin əsaslılığı sübuta yetmədiyindən, iddianı əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı Cavabdeh2 verdiyi 07 mart 2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 ilə 07 mart 2020-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4357/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4357/2022
26.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver