Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-436/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə X1 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədlərin məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri XDSİK-in 9 fevral 1990-cı il tarixli, 15/595 nömrəli qərarını və bu qərar əsasında verilmiş 110 saylı kooperativ bağ sahəsi üzrə orderin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDSİK-ni (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 09 fevral 1990-cü il tarixli, 15/595 nömrəli qərarı ilə ərizəçiyə, Nardaran massivindəki 119 nömrəli BTK tərkibində bağ sahəsi ayrılmışdır. Bu qərar əsasında onun adına həmin bağa dair order yazılmışdır. Bağ sahəsinə dair həmin sənədlərdə atasının adı “Yasim” əvəzinə səhvən “Yasin” yazılmışdır. Bu səbəbdən bağ sahəsini onun adına qeydiyatdan keçirilməsindən imtina edilmişdir. Ona görə həmin sənədlərin ərizəçiyə məxsusluğunun məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X5 xx.xx.1961-ci ildə Xanlar şəhərində doğulmuşdur və Bakı şəhəri, H.ünvan 1 ünvanlanmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən arxiv çıxarışından görünür ki, Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 9 fevral 1990-cı il tarixli, 15/595 nömrəli qərarına əsasən X4 Nardaran massivindəki 119 nömrəli bag tikinti kooperativi tərkibində bağ sahəsinin ayrılmasına icazə verilmişdir. Həmin qərar əsasında Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdən görünür ki, Nardaran bağlar sahəsindəki 119 nömrəli kooperativ tərəfindən X4 Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3 saylı bağ ayrılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinin 06 avqust 2021-ci il tarixli məktubundan görünür ki, qərar və orderdə ərizəçinin ata adında hərf səhvi mövcud oldugundan onun Nardaran bağ massivində yerləşən 3 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 9 fevral 1990-cı il tarixli, 15/595 nömrəli qərarı və bu qərar əsasında verilmiş 3 saylı bağ sahəsi üzrə orderdə X1 adının qeyd olunması, lakin həmin orqan tərəfindən ərizəçinin ata adında hərf səhvinə yol verilərək Yasin yazılması, bunun nəticəsində ərizəçinin həmin bağ sahəsi üzrə hüquqlarının dövlət qeydiyyata alınmasından imtina edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 9 fevral 1990-cı il tarixli, 15/595 nömrəli qərarı və bu qərar əsasında verilmiş 3 saylı bağ sahəsi üzrə orderin X3 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri XDSİK-in 9 fevral 1990-cı il tarixli, 15/595 nömrəli qərarı və bu qərar əsasında Nardaran massivindəki 119 nömrəli bag tikinti kooperativi tərəfindən verilmiş 119 nömrəli bag tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsi olan 3 saylı bağ sahəsinin ayrılmasına dair orderin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-436/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-436/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver