Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4379/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mobil telefonun geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mobil telefonun geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ Kodu **********77101 olan “iPhone 8" markalı telefonun geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə onun arasında bağlanmış 00462003 saylı, 08.01.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ona “iPhone 8 markalı telefon satılmışdir. O, 00462003 saylı, 08.01.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 08.01.2019-cu il tarixli ödəniş cədvəli ilə "iPhone 8" markalı telefonun dəyəri olan 2319 manatı hər ay 164 manat olmaqla 12 ay ərzində ödəməli idi. O, kredit borcunu vaxtlı vaxtında ödəyirdi. O, iPhone 8 markalı telefona görə 877 manat ödəmişdir. Sonradan iqtisadi vəziyyət ilə əlaqədar ödənişləri etməkdə çətinlik çəkmiş, ödənişləri etməkdə çətinlik çəkdiyi və oğlunun əsgər getdiyi üçün 15 avqust 2019-cu il tarixdə İMEİ kodu **********77101 olan "iPhone 8" markalı telefonu ünvan 1 ünvanında yerləşən Link servise təhvil vermişdir. Servisdə telefona baxış keçirib qəbul etdikdən sonra bir həftə ərzində əlaqə saxlanılanacağı bildirilmişdir. Bundan sonra dəfələrlə servisə yaxınlaşaraq telefonu qaytarmasını tələb etsə də, ona heç bir məlumat verilməmişdir. Telefonları alarkən ona qızıl zəmanət kartlar təqdim edilmişdir. Həmin kartlara əsasən İPhone 8" markalı telefonun qiyməti 1450 manat olmuşdur “iPhone 8" markalı telefonun 15.08.2019-cu il tarixdə "xxxx" MMC-nin “Link servisin”ə qaytarılması barədə arayış vardır. Mənim “iPhone 8” markalı telefonunun qaytarılması barədə "xxxx" MMC-nə dəfələrlə müraciəti cavabsız qalmışdır. Bundan başqa, "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək 11.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78558 olan “Samsung Galaxy A6” markalı telefon üçün 508 manat ödənilməmiş hissə, 08.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün 1442 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1980 manatın məndən alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2141/2020 saylı, 17.09.2020-ci il tarixli qətnaməsi ilə '‘Samsung Galaxy A6” markalı telefon üçün 508 manat, İMEİ Kodu **********77101 olan “İphone 8” markalı telefon üçün 1442 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1980 manat pulun tutularaq “ABC-Telekom" MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-cl il tarixli, 2(060)-2141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)-2141/2020 saylı qətnaməsi ilə ondan İMEİ Kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün 1442 manat tutularaq "ABC Telekom” MMC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə ilə “İPhone” markalı telefon üçün 1442 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. O, “iPhone 8“ markalı telefonundan məhrum olmağına baxmayaraq, həmin markalı telefon üçün "xxxx" MMC-nə 1442 manat pul ödəməlidir. Bələ olan təqdirdə “İphone 8” markalı telefon "xxxx" MMC-dən alınaraq ona qaytarılmalıdır. Göstərilənlərə əsasən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun olaraq izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Telecom MMC arasında 00462003 nömrəli, 08.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilənin nəticəsi olaraq İMEİ kodu **********77101 olan “İphone 8 64GB” markalı telefon iddiaçıya verilmiş və o təhvil-təslim aktını imzalamış və telefona 2 il qızıl zəmanət verilmişdir. İddiaçı ödənişləri edə bilməyəcəyi səbəbindən 15 avqust 2019-cu il tarixdə İMEİ kodu **********77101 olan "iPhone 8" markalı telefonu ünvan 1 ünvanında yerləşən Link servisə təhvil vermiş və bununla bağlı Link servis tərəfindən qəbz verilmişdir. İş materiallarında olan 15.08.2019-cu il tarixli “Link Servis” mərkəzi tərəfindən tərtib olunmuş sifariş qəbzindən görünür ki, İddiaçı ödənişi ödəyə bilmədiyi üçün “İphone 8 64GB” markalı mobil telefonun qaytarmaq məqsədi ilə servisə təhvil vermişdir. Sifariş qəbzinin 7-ci bəndində göstərilmişdir ki, bu sifariş qəbzini təqdim edən istənilən yetkinlik yaşına çatmış şəxs cihazı servisdən təhvil ala bilər. Sifariş qəbzinin 8-ci bəndində göstərilmişdir ki, cihaz qaytarıldıqdan və ya dəyişdirildikdən sonra bu qəbz qüvvədən düşür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə müyyən olunur ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(060)- 2141/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən, eyni zamanda, görünür ki, iddiaçı "xxxx" Telecom MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh İddiaçı cəmi 1980 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" Telecom MMC-nə qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 00462003 saylı, 08.01.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı “iPhone 8” markalı telefon satılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı “İphone 8 64GB” markalı telefon 2319 manata satılmış. İddiaçı ödəniş cədvəlinə uyğun olaraq müxtəlif tarixlərdə cəmi 877 manat məbləğində ödənişlər etmiş, lakin daha sonra İddiaçı ödənişi ödəyə bilmədiyi üçün 15.08.2019-cu il tarixdə “İphone 8 64GB” markalı mobil telefonu “Link Servis” mərkəzinə təhvil vermiş və bununla bağlı Link servis tərəfindən qəbz verilmişdir. Servisdə telefonun hərraca çıxarılacağı, daha sonra pulunun qaytarılacağı bildirilmişdir. Lakin dəfələrlə iddiaçının müraciətinə baxmayaraq, telefon geri qaytarılmamışdır. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2141/2020 saylı, 17.09.2020-ci il tarixli qətnaməsi ilə İMEİ Kodu **********77101 olan “iPhone 8” markalı telefon üçün 1442 manat pulun tutularaq “ABC-Telekom" MMC-yə ödənilməsi qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hal-hazırda alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış və onun mülkiyyətinə verilmiş “İphone 8 64GB” markalı mobil telefon iş materiallarında olan 15.08.2019-cu il tarixli “Link Servis” mərkəzi tərəfindən verilmiş aktı sübuta yetirilmiş hal kimi qiymətləndirilərək, hazırda “İphone 8 64GB” markalı mobil telefonu cavabdehdə olduğundan İddiaçı məxsus İMEİ Kodu **********77101 olan “İphone 8 64GB” markalı telefon Cavabdeh MMC-dən alınaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə, sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya məxsus “İphone 8 64GB” markalı mobil telefon heç bir hüquqi əsas olmadan cavabdehin sahibliyində olduğundan, İMEİ Kodu **********77101 olan “İphone 8 64GB” markalı telefon Cavabdeh MMC-dən alınaraq İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İMEİ Kodu **********77101 olan “İphone 8” 64GB markalı telefon Cavabdeh MMCdən alınaraq İddiaçı geri qaytarılsın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4379/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4379/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver