Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-439/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Nüsrət qızının Cavabdeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər 19 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, payın düzgün şəkildə müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər 19 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 102, 41 saylı mənzilinə dair 19 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı və bu barədə verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum X3 məxsus olan sahəsi 29.20 kv. metrdən ibarət, 1 otaqlı mənzil miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, payın düzgün şəkildə müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 14.03.2019-cu il tarixdə ölmüş, mübahisəli mənzil ondan miras qalmış, miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş, notarius Cavabdeh3 Maxvaevnanı da atasının vərəsəsi kimi qəbul etmiş, halbuki atasının ölümündən əvvəl onunla L.Məhərrəməova arasında olan nikah pozulmuş, o miras əmlakda payların bölgüsündən narazı qaldığından notarius notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək notarius tərəfindən miras əmlakda payların düzgün müəyyən olunduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Yasamal rayon İcra Hakimiyyəti Başçısının 31.01.1996-cı il tarixli 173 saylı sərəncamına əsasən X3 verilmiş müvəqqəti sığınacağın əvəzinə mübahisəli mənzil verilmişdir. Həmin mənzilə dair İcra Hakimiyyəti tərəfindən iki nəfərdən ibarət ailə üzvü olaraq K.Həmidov və qızı Cavabdeh2 olmaqla 28.10.1998-ci il tarixli 029181 saylı order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventrtarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən K.Həmidovun həmin mənzil üzərində mülkiyyət hüququ 16.09.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bakı şəhər 19 saylı Notariat Ofisi tərəfindən açılmış vərəsəlik haqqında notariat işinin surətindən görünür ki, miras qoyan X2 vərəsələri övladları iddiaçı İddiaçı, cavabdeh Cavabdeh2 və arvadı Cavabdeh3dır. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Yuxarıda istinad olunan Yasamal rayon İcra Hakimiyyətinin sərəncamından müəyyən olunmuşdur ki, miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 102, 41 saylı mənzil dövlət mənzil fonduna məxsus olmuş, miras qoyan X2 xüsusi mülkiyyətinə əvəzsiz keçmişdir. Lakin notariat işindən göründlüyü kimi notarius həmin mənzili qanunsuz olaraq miras qoyan X4 ilə Cavabdeh3 birgə nikah dövründə əldə edilmiş birgə əmlakı kimi qəbul etmişdir. Halbuki Mülki Məcəllənin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İstinad olunan maddənin tələbinə əsasən ərlə arvadın birgə qazancı hesabına əldə edilmiş əmlak birgə əmlak hesab olunur. Mübahisəli miras mənzil isə əvəzsiz olaraq iddiaçının atasının mülkiyyətinə keçmişdir. Notarius mübahisəli mənzili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul etmiş, mənzilin 2/1 hissəni L.Maxbayevnanın əmlakı kimi qiymətləndirmişdir. Mənzilin 2/1 hissəsini isə miras qoyan X2 əmlakı kimi qəbul edərək mənzilin ½ hissəsini miras əmlak kimi bölmüş, həmin əmlakda üç vərəsənin paylarını bərabər bölərək, L.Maxbayevnanın öz payından qızı Cavabdeh2 xeyrinə imtina etməsini nəzərə alaraq Cavabdeh2 20 iyul 2021ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni 5/6 paya vermişdir. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mübahisəli mənzilin 5/6 hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetsrində 20.07.2020-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, həmin vərəsəlik haqqında şəhadətnamənin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edildiyindən və bununla da iddianın əsaslı olduğu təsdiq edildiyindən iddia təmin olunmalı 19 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydə alınmış reyestr qeydiyyatı və bu barədə verilmiş çıxarış etibarsız hesab edilməli, mərhum X3 məxsus olmuş mənzil tam olaraq miras əmlak kimi qəbul edilməli, həmin əmlakda onun birinci növbə vərəsələri övladları İddiaçı, Cavabdeh2 və arvadı Cavabdeh3 payları bərabər - hər birinin payı 1/3 hissədə müəyyən olunmalı, L.Maxbayevnanın qızının xeyrinə öz payından imtinası nəzərə alınaraq Cavabdeh2 payı 2/3 hissədə müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 102, 41 saylı mənzilə dair 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 verilmiş reyestrdə 2V-97 № ilə qeydə alınmış 20 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 102, 41 saylı mənzilin 5/6 hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair 30.07.2020-ci il tarixli ********** nömrəli reyestr qeydiyyatı və bu barədə verilmiş çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 102, 41 saylı mənzildə X1 birinci növbə vərəsələri - övladları İddiaçı, Cavabdeh2 və arvadı Cavabdeh3 payları bərabər hər birinin payı 1/3 hissədə müəyyən olunsun. Cavabdeh3 öz payından qızı Cavabdeh2 xeyrinə imtinası nəzərə alınaraq Cavabdeh2 payı 2/3 hissədə müəyyən olunsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20(iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-439/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-439/2021
24.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver