Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-961/2025 28.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğluna, Cavabdeh4 və maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “ümumi birgə mülkiyyətdən payların müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının tanınması”na dair mülki iş üzrə (Açar sözlər: ümumi birgə mülkiyyətdən payların müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi faktının tanınması tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlunun və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğluna, Cavabdeh4 və maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “ümumi birgə mülkiyyətdən payların müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğluna, Cavabdeh4 və maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 56; Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi üzərində payların müəyyən olunması və X1na aid hissədə payın onun tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının tanınması və həmin əmlaka mülkiyyət hüququnun tanınması üçün vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Zərdab Rayon Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda, 0.0530 ha torpaq sahəsində yerləşən 56 saylı ev onun xüsusi mülkiyyətindədir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bildirir ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətində olsa da, mənzilin yerləşdiyi 0.0530 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********41-10301 olan çıxarışdan da müəyyən olunur ki, sözü gedən ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi X3, onun və eləcə də digər şəxslərin ümumi mülkiyyətindədir. O, arvadı Xuraman Məmmədova vəfat etdikdən sonra onun payına düşən hissəyə faktiki olaraq sahiblənmişdir. Bununla bağlı Zərdab Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi ona 28 yanvar 2025-ci il tarixdə № 13 saylı məktub təqdim edərək vərəsələr arasında ixtilaflar olduğu səbəbi ilə ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, miras üzərində paylar müəyyən olunmalı və mirasın qəbul olunması faktı tanınmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda, 0.0530 ha torpaq sahəsində yerləşən 56 saylı ev onun xüsusi mülkiyyətindədir. X1 14 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətində olsa da, mənzilin yerləşdiyi 0.0530 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********41-10301 olan çıxarışdan da müəyyən olunur ki, sözü gedən ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi X3, onun və eləcə də övladlarının və gəlinin ümumi mülkiyyətindədir. Bildirir ki, Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlu onun övladları, Cavabdeh4 isə gəlinidir. O, arvadı Xuraman Məmmədova vəfat etdikdən sonra onun payına düşən hissəyə faktiki olaraq sahiblənmişdir. Bununla bağlı Zərdab Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi ona 28 yanvar 2025-ci il tarixdə № 13 saylı məktub təqdim edərək vərəsələr arasında ixtilaflar olduğu səbəbi ilə ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, miras üzərində paylar müəyyən olunmalı və mirasın faktiki olaraq qəbul olunması faktı müəyyən olunmalıdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlu və Cavabdeh4 eyni məzmunlu izahatlar verərək, iddianı qəbul etdiklərini və iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********41-10301 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, hazırkı İddiaçı, X10, Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlu və Cavabdeh4 ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətində Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 56; Yeni qaydalarla: ünvan 1 ünvanında 0,0530 ha torpaq sahəsi vardır. Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Zərdab RİHB Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 299 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra aşağıdakı tərkibdə ailə üzvləri vardır: əri-İddiaçı, oğlu- Məmmədov Kamı̇ l Əlövsət oğlu, oğlu- Cavabdeh3 və qızı- Cavabdeh1. Zərdab rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 13 nömrəli, 28 yanvar 2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Zərdab rayon notariat ofisinə təqdim edilmiş ərizəsinə baxılmış, vərəsəlik işinin aparılması zamanı tərəflərin iradə ifadəsi yoxlanılarkən miras şərikləri arasında ixtilaflar mövcud olduğu müəyyən edilmiş və buna görə də, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. 28 noyabr 1974-cü il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X11 arasında xx.xx.1974-cü il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 54 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İll-JQ 406078 nömrəli doğum haqqında şəhadətnamənin tədiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1975-ci ildə Zərdab şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X5r. V-JQ 290036 nömrəli doğum haqqında şəhadətnamənin tədiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx.xx.1978-ci ildə Zərdab şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X5r. Vİll-JQ 361153 nömrəli doğum haqqında şəhadətnamənin tədiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1982-ci ildə Zərdab şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X5r. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə əldə olunaraq iş materiallarına əlavə edilən qohumluq əlaqələrinə dair çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh4 xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 həyat yoldaşıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında iddiaçı və cavabdehlərin izahatları, tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi İddiaçı, X3, Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlunun və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. İddiaçının mərhum həyat yoldaşı X10 14 dekabr 2021-ci il tarixdə vəfat etmiş və ümumi mülkiyyətdə olan torpaq sahəsindən onun payına düşən hissə miras qalmışdır. İddiaçı mərhum həyat yoldaşına aid hissədə ümumi mülkiyyətdən qalan miras payı faktiki olaraq qəbul etmişdir. Miras qoyanın İddiaçı, Cavabdeh1, Məmmədov Kamı̇ l Əlövsət oğlu, Cavabdeh3 ibarət 04 nəfər vərəsəsi vardır. Vərəsələrdən İddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına yazılı ərizə ilə müracət etmişdir. Mirasın qəbulu ilə bağlı tərəflər arasında mübahisə olduğundan mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamış və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etmiş, ümumi mülkiyyətdə payların müəyyən edilməsinə və X2 qalan mirasdan payının iddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının tanınmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********41-10301 qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 0.0530 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri hüquqi rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, hüquq sahibləri İddiaçı, X10, Cavabdeh1, Cavabdeh3, Məmmədov Kamı̇ l Əlövsət oğlu və Cavabdeh4dır. Qeyd olunan daşınmaz əmlak üzrə ümumi birgə mülkiyyətin mülkiyyətçiləri cavabdeh qismində məhkəmədə izahat verərək torpaq sahəsində payların müəyyən olunmasına etiraz etmədiklərini və iddianı qəbul etdiklərini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi üzərində paylar bərabər olmaqla 1/6 (altıda bir) hissədə tərəflər arasında müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Zərdab şəhəri 20 Yanvar küçəsi, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 0.0530 ha torpaq sahəsi üzərində X2 1/6 hissədə miras qalan payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi halı mübahisələndirilmədiyindən həmin miras əmlakın iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı tanınmalı və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi Zərdab rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 56; Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0530 ha torpaq sahəsi üzərində X3 1/6 (altıda bir) hissədə, İddiaçı 1/6 (altıda bir) hissədə, Cavabdeh1 1/6 (altıda bir) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə, Cavabdeh3 1/6 (altıda bir) hissədə və X7 1/6 (altıda bir) hissədə payları müəyyən edilsin. 14 dekabr 2021-ci il tarixdə vəfat etmiş X3 Zərdab şəhəri, 20 Yanvar küçəsi, ev 56; Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0530 ha torpaq sahəsi üzərində müəyyən olunmuş 1/6 (altıda bir) hissədə payına münasibətdə İddiaçı mirası qəbul etməsi faktı tanınsın və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi Zərdab rayon Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-961/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-961/2025
28.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver