Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2274/2025 29.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Quba regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İşin mahiyyəti: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 18 avqust 1974-cü il tarixdə vəfat etmiş X10 miras qalmış, Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972- 1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X13 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, miras qoyan X20 onun atasıdır. X7 ilə anası Gəncəliyeva (Manafova) Firuzə Əsədulla qızı 05 iyul 1937-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Onların rəsmi nikahından xx xxxxxxxx 1937-ci ildə o anadan olmuşdur. X2 Quba rayonu, İqriq kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X20 18 avqust 1974-cü ildə vəfat etmişdir. X1 da 17 may 1991-ci il tarixdə vəfat etmişdir. X29 dəfn xəcrlərini özüm çəkmişdir. Atasının sağlığında və onun vəfatından sonra da ondan qalmış miras əmlakı gedib-gələrək, həmin əmlakla maraqlanaraq faktiki olaraq qəbul etmişdir. Atasının ondan başqa hər hansı vərəsəsi yoxdur. Lakin vaxtında qanunu bilməməzlikdən vərəsəliklə bağlı sənədlərin rəsmiləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etməmişdir. Hal-hazırda X10 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X34 Xidmət Mərkəzində notarif ofisinə müraciət etmişdir. Lakin həmin qurumdan ona imtina cavabı verilmişdir. Belə ki, notariat ofisi tərəfindən guya mirasın qəbulu müddətini ötürdüyü, mirasa faktiki sahiblik etməklə bağlı sübutlar təqdim etmədiyi əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Halbuki o notariat orqanına mirasın qəbulu və atasının yeganə vərəsəsi olmağı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının arayışını təqdim etmişdir. Qeyd edilənlərə baxmayaraq notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi miras əmlakı faktiki olaraq o qəbul etdiyi, atasının ondan başqa hər hansı vərəsəsinin olmamasına görə onun vərəsəlik hüququ tanınmalı, miras əmlakdan tam pay müəyyən edilməlidir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Quba Regioanl “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxs Quba Regioanl “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan : -X23 xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, X20 ilə X4 05 iyul 1937-ci ildə rəsmi nikah əsasında evlənmişlər. -ИЖ 216319 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1937-ci il tarixə anadan olmuşdur. X7 anası isə X6r. -AZ-İİ № 461251 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. -AZ-İİ № 461252 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli, aktdan görünür ki, X20 xx.xx.1974-cü il tarixdə İqriq kəndində və kənd caamatın iştirakı ilə İqriq kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn zamanı dəfn xərclərini qızı X14 çəkmişdir. X18, X9, X16, X5 iştirakları ilə tərtib olunaraq imzalanmış, aktın doğruluğunu Timiryazev–Alekseyevka bələdiyyəsi təsdiq etmişdir. -Azərbaycan Respublikası X31 filialının 14 aprel 2025-ci il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972-1974-cü illərə aid İqrıq kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında X20 563 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evinin və xüsusi istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. -Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972-1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabından görünür ki, X13 adına 0,16 ha torpaq sahəsinin olması göstərilmişdir. -X34 Xidmət Mərkəzində Notariat Ofisinin 28 iyun 2025-ci il tarixli 3702 №li məktubundan görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürdüyündən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnmaənin verilməsi, həmçinin, digər vərəsələrin olub-olmamasını barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməy müraciə etməsi tövsiyyə olunmuşdur. -Quba RİHB-nın Alekseyevka kəndi İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 224 saylı arayışından görünür ki, İddiaçı mərhum X7 xx.xx.2025-ci il tarixli, AZ-İİ 461251 saylı ölüm haqqında şəhadətnmaəyə əsasən xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabına əsasən mərhum X13 hazırda nümayəndəlik ərazisində adları qeyd edilmiş ailə üzvləri (vərəsələri) var. Qızı İddiaçı. Başqa ailə üzvləri (vərəslələri) barədə Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında məlumat yoxdur. -Azərbaycan Respublikası X31 filalının 02 may 2025-ci il tarixli arxiv arayışından görünür ki, Quab rayonu VVAQ şöbəsinin 1929-cu ildən əvvəlki dövr üzrə doğum qeydinin aktları kitabları X31 filialına təhvil verilməmişdir. -Quba Regional “ASAN Xidmət” X8 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-467/2025 saylı Quba Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemində axtarış aparılarkən Abdulayeva (Manafova) Tamara Nizam qızının bacı və ya qardaşlarına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə müəyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə təhqiqatı zamanı X10 miras qalan Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972-1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X13 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan İddiaçı tam pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1- ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2- ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1- ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2- ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1134.3- maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. -ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1- ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2- maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3- cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə tədqiqi zamanı sübüt olunmuşdur ki, İddiaçı ailənin yeganə övladı olmuş, yəni atasının 1ci dərəcəli digər vərəsəsi (Tamaranın bacı və ya qardaş) olmamışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahında adları şəkilən sənədlər hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Göründüyü kimi X10 miras qalmış, Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972- 1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X13 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsi mövcuddur. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 avqust 1974-cü il tarixdə vəfat etmiş X10 miras qalmış, Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972- 1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X13 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və miras əmlaka tam pay üzrə mülkiyyət hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 18 avqust 1974-cü il tarixdə vəfat etmiş X10 miras qalmış, Quba rayonu, Alekseyevka kənd X12 İcraiyyə Komitəsinin 1972- 1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X13 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınsın və miras əmlaka tam pay üzrə mülkiyyət hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2274/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2274/2025
29.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver