Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2374/2025 14.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakdan tam vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İ İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 30312078 nömrəli şəhadətnamə əsasında Quba rayonu, Afurca kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış hissəsinə və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarış əsasında Quba rayonu, Afurca kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlaklardan vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, miras qoyan X10 onun babasıdır. X2 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarış əsasında Quba rayonu, Afurca kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və vərəsəsi olduğum nənəsi X11 ilə birgə mülkiyyətdə Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 30312078 nömrəli şəhadətnamə əsasında Quba rayonu, Afurca kəndi ərazisində 0,15 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X10 02 avqust 1940-cı il tarixdə anadan olmuş, anası X7, atası X6 olmuşdur. X23 nənəsi Rəcəbova (Gülməmmədova) Şahzada Qüdrət qızı ilə 16 may 1963-cü ildə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Onların birgə nikahından xx xxx 1964-cü ildə iş üzrə Cavabdeh4, 17 noyabr 1967-ci ildə atası X14, 25 sentyabr 1969-cu ildə X12 və xx xxxxxxxx 1971-ci ildə X13 adlı övladları anadan olmuşdur. Miras qoyan X23un İ növbəli vərəsələrindən olan anası X7 xx.xx.1971-ci ildə, arvadı X11 xx.xx.2010-cu il tarixdə,əmi X12 08 iyun 1981-ci ildə 12 yaşında vəfat etmişdir. Digər İ növbəli vərəsə olan atası X14 isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (i Qarabağ müharibəsi zamanı) itkin düşmüş və sonradan ölmüş elan edilərək şəhid statusu verilmişdir. X26 da ondan başqa iş üzrə cavabdeh olan xx.xx.1991- ci il təvəllüdlü qardaşı Cavabdeh2 adlı vərəsəsi qalmışdır. Miras qoyan babası X10 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. O babası birlikdə yaşayaraq və miras qalmış əmlakları faktiki şəkildə idarə etməklə miras əmlakları qəbul etmiş və bununla bağlı icra nümayəndəliyi tərəfindən ona arayış da verilmişdir. Hal-hazırda babası X2 qalmış miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin həmin qurumdan ona əsassız şəkildə imtina cavabı verilmişdir. Belə ki, Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisi babası X2 miras qalmış əmlaklarla bağlı qeyd etmişdir ki, vərəsələrin dairəsi barədə axtarış həyata keçirilən zaman mərhumun atası X1 olduğu, sonuncu tərəfindən mirasdan imtina olunması ilə bağlı qanunvericilikdə müəyyən olunmuş müddətdə ərizə rəsmiləşdirilmədiyi, mərhumun atası X1 vəfat etdiyi bildirilsə də, tərəfindən bunu təsdiq edən ölüm aktı təqdim edilmədiyi, habelə elektron notariat informasiya sistemində də bu barədə məlumat əldə edilmədiyi əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Notariusun ondan tələb etdiyi babasının atasına dair ölüm haqqında şəhadətnamənin alınması onun imkanları xaricindədir. Belə ki, rəsmi sənədlərdən də göründüyü kimi miras qoyanın öz doğum tarixi 1940-cı ildir. Onun valideyninin bu günə kimi sağ qalması inandırıcı olmamaqla yanaşı, mümkünsüz bir haldır. Babasının atası X6 onlarda olan məlumata əsasən İİ Dünya müharibəsi zamanı müharibəyə getmiş və geri qayıtmamışdır. Həmin şəxsin nə doğum haqında şəhadətnaməsi, nə məzar yeri ona məlum deyildir ki, o, bununla bağlı ölüm faktının müəyyən edilməsi və ya ölmüş elan etmə tələbinə dair məhkəməyə müraciət edib. Hesab edir ki, notarius məndən bu günə kimi sağ qalması mümkün olmayan insanlarla bağlı ölüm haqqında məlumatları tələb etməkdə haqlı olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi miras əmlakı faktiki olaraq mən qəbul etdiyim üçün mənim vərəsəlik hüququm tanınmalı, miras əmlakdan tam pay müəyyən edilməlidir. İş üzrə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan digər cavabdehlər də məhkəməyə gələrək miras əmlakla bağlı öz fikirlərini məhkəmədə bildirə bilərlər. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Digər cavabdehlər X18 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddianın təmin edilməsinə hər hansı bir etirazlarının olmadıqlarını bildirmişlər. Cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. İİİ. İşin faktiki halları: 434698 saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. Onun atası-X14, anası isə X3r. Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2002-ci il tarixli, 2V-100 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X8, İddiaçı, Cavabdeh2, X10 və X11 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X9 qanun üzrə vərəsələridir. Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2025-ci il tarixli, V-589 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən mərhum X5 və mərhum Gülməmİnədova Şahzadə Qüdrət qızının birgə nigah dövründə Quba rayonunun Afurca kəndində olan təsərrüfat və əmlaklarını onlar vəfat etdikdən sonra nəvəsi İddiaçı idarə edir. Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.1940-cı ildə Qonaqkənd rayonunun Ruçuq kəndində anadan olmuş,Quba rayonunun Afurca kəndində yaşamış,xx.xx.2024-cü il tarixdə Quba rayonunun Afurca kəndində vəfat etmişdir.Nümayəndəlikdə olan məlumata görə X5 vəfatından sonra aşağıda adları qeyd olunan şəxslər onun vərəsələridir. arvadı X22 1935 (xx.xx.2010-cu ildə vəfat edib), Cavabdeh4 1964, X25 1967 (2002-ci ildə ölmüş elan edilib), X21 1969 (1981-ci ildə vəfat edib), X27 1971. Güləzi kənd İƏD üzrə nümayəndəlikdə X5 digər vərəsələrinin olub-olmaması barədə məlumat yoxdur. Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədər düşmüş hesab edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrir icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 və 1146-cı maddələrinə əsasən mirar İ fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyl gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Göründüyü kimi, miras qoyan X10 xx.xx.2024-cü il t tarixdə vəfat etdiyindən vərəsəlik münasibətlərinə sözügedən qərar tətbiq edilməlidir. Qeyd edirik ki, vərəsə dairəsi barədə axtarış həyata keçirilən zaman mərhumun atasının X6 olduğu, sonuncu tərəfindən mirasdan imtina edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətdə ərizə rəsmləşdirilmədiyi müəyyən edilmişdir. Tərəfinizdən verilən məlumatda mərhumun atası X1 vəfat etdiyi qeyd edilsə də, tərəfinizdən bunu təsdiq edən ölüm aktı təqdim olunmamış, habelə “Elekton notariat” informasiya sistemində də bu barədə məlumat əldə edilməmişdir. Bununla əlaqədar sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Afurca kəndində yerləşən 0.15 ha torpaq sahəsi tam pay hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AZ-İİ 467512 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. İİ-ЖГ 286282 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. AZ-144491 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. AZ-İ 401464 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. AZ-İİ 420865 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində X1 ölümünün qeydə alınması tərəfimizdən mümkün deyil. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Qeyd edilməlidir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının babası xx.xx.2024-cü il tarixdə X10 vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti xx.xx.2024-cü ildə X5 ölümü ilə yarandığından “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarından sonra formalaşmış hüquqi mövqe rəhbər tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, X5 qanun üzrə vərəsəsi sırasına daxildir. Məhkəmə iclasında iştirak edən digər vərəsələr Nurbaba Gülməmmədova məxsus Quba rayonu, Afurca kəndində yerləşən 0.15 ha həyətyanı sahənin tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasına etiraz etməmişlər. Lakin Quba regional X28 Notariat Ofisi tərəfindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əsas olaraq isə iddiaçının mərhum babasının atası X6 tərəfindən mirasdan imtina edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətdə ərizənin rəsmiləşdirilməməsi olmuşdur. Qeyd edilməlidir ki, 02 avqust 1940-cı il tarixdə doğulmuş X5 atasının hazırda sağ olması real olan hal deyildir. Bundan əlavə həçmin şəxsin ölümü ilə bağlı müvafiq orqanlara sorğular təqdim edilməsinə baxmayaraq hər hansı bir nəticə əldə edilməmişdir. İddiaçı isə miras əmlakı babasının ölümündən sonra idarə etdiyi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, mərhum X2 miras qalmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarış əsasında Quba rayonu, Afurca kəndində yerləşən 0,15 ha torpaq sahəsinə İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
V Nəticə qət etdi:
İddia təmin edilsin. X2 miras qalmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli çıxarış əsasında Quba rayonu, Afurca kəndində yerləşən 0,15 ha torpaq sahəsinə İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli