Məhkəmə qərarları › İş №2(3-8)-841/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-841/2026

21.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-841/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Quba regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə ## ###### 1974-cü il tarixdə vəfat etmiş X2 miras qalmış, Quba rayonu, Alekseyevka kənd X18 İcraiyyə Komitəsinin 1972- 1974-cü illərə aid İqriq kəndi üzrə təsərrüfatbaşına kitabında X2 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququnun tanınması və miras əmlaka tam pay üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qərardadı ilə Maraqlı şəxs Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs şikayət ərizəsi verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2, birinci arvadı, yəni ərizəçi X9 anası X16 ilə ## #### 1937-ci ildə bağlanmış nikah əsasında ailə həyatı qurmuş lakin bu nikah çox çəkməmişdir. Qısa müddətdən sonra onlar boşanmış, boşandıqdan sonra X16 öz ata evinə, yəni atası Gəncəliyev Əsədullanın evinə qayıtmışdır. Quba rayonu Alekseyevka kənd X18 İcraiyyə Komitəsinin 1972-1974-cü illərə aid İqrıq kəndi üzrə * saylı təsərrüfatcasına kitabında X2 *** saylı təsərrüfatın başçısı olması, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evinin və xüsusi istifadəsində 0.16 ha həyətyanı torpaq sahəsinin olmasına dair Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından ## ##### 2025-c il tarixli arayış verilsə də, faktiki olaraq həmin daşınmaz əmlaklara dair X2 adına qeydiyyat vəsiqəsi aşkar edilməmişdir. Mübahisəli ev mərhum X2 mülkiyyətində ola bilməzdi. Belə ki, 1972-1974-cü illər dövründə vətəndaşların adına daşınmaz əmlaklara mülkiyyət hüququ qeydə alınmırdı. Evlər, yaşayış fondlarının balansında, torpaq sahələri isə dövlət mülkiyyətində olurdu. X2 ikinci dəfə X3 ilə ailə həyatı qurmuşdur. X2 ilə X3 birgə nikahından uşaq doğulmamışdır. X2 ##.##.1974-cü il tarixdə ölmüşdür. X2 öldükdə onun ilk yas günündə və sonrakı bir il yas mərasimlərinin heç birində nə ərizəçi X9, nə də ki, onun anası X16 iştirak etməmişlər. Onun yas məclislərini onun arvadı Manafova Xanım, atası X4, əmiləri Şaban və Nazim, anası X17 həyata keçiriblər. Qardaşı X5 və onun ailəsi, X3 ilə birgə yaşayıb, evin texniki-təmir işlərini Elxan həyata keçirirdi. X3 ##.##.2004-cü ildə ölmüşdür. X3 öldükdən sonra miras qalmış əmlakı o və qardaşı X5 qəbul edərək əmlaka faktiki sahiblik edərək təsərrüfatı idarə etmişlər. Həmin evdə bu günə qədər X5 öz ailəsi ilə birgə yaşayır. Apellyasiya şikayətinin aidiyyatı üzrə göndərilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 bildirmişdir ki, İddiaçı X2 qızıdır. Tamaranın atası X2 ilə anası Gəncəliyeva (Manafova) Firuzə Əsədulla qızının ## #### 1937-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Onların rəsmi nikahından ## ######## 1937-ci ildə Tamara anadan olmuşdur. X2 Quba rayonu, İqriq kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X2 ## ###### 1974-cü ildə vəfat etmişdir. Tamaranın anası X16 da ## ### 1991-ci il tarixdə vəfat etmişdir. X7 dəfn xəcrlərini Tamara çəkmişdir. Atasının sağlığında və onun vəfatından sonra da ondan qalmış miras əmlakı gedib-gələrək, həmin əmlakla maraqlanaraq faktiki olaraq qəbul etmişdir. Ona görə də Maraqlı şəxs apellyasiya şikayətinin geri qaytarılmasını xahiş edir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maraqlı şəxs məhkəmə aktından apellyasiya qaydasında şikayət versə də, sözügedən qətnamənin onun hansı maraqlarına toxunduğunu əsaslandıra bilməmişdir. Qeyd olunan qətnamə ilə X2 adına qeydə alınmış 0,16 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmış və miras əmlaka tam pay üzrə mülkiyyət hüquqlarının müəyyən edilmişdir. Belə ki, mübahisə miras əmlakla bağlı olduğundan, qətnamədən miras qoyanın vərəsələri olan işdə iştirak edən şəxsin apellyasiya şikayəti vermək hüququ olduğu halda, hüquqlarının olmasını iddia edən Maraqlı şəxs tərəfindən verilmişdir. Lakin, şikayət verilən qətnamə Maraqlı şəxs barəsində hər hansı hüquq və vəzifə yaratmamaqla, hazırkı məqamda sonuncunun maraq və mənafelərinə toxunmur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar