Məhkəmə qərarları › İş №2(004)-4396/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4396/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4396/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı ”xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23615 və **********10109 olan Samsung Galaxy A50 markalı telefonl üçün 1358 manat ödənilməmiş hissə, 211 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50597 olan Samsung Galaxy A70 markalı telefon üçün 1296 manat ödənilməmiş hissə, 172 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy A50 markalı telefon üçün 828 manat ödənilməmiş hissə, 110 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76718 olan Samsung Galaxy A50 markalı telefon üçün 795 manat ödənilməmiş hissə, 127 manat dəbbə, ümumilikdə 4897 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4927 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23615, **********10109, **********50597, **********89927 və **********76718 olan 4 ədəd Samsung Galaxy A50 və Samsung Galaxy A70 markalı telefon almış və nəticədə 4897 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********23615 və **********10109 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 1569 manat olmaqla ondan, 1358 manat ödənilməmiş hissə, 211 manat dəbbə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1297 manat (18 ay x 72 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********50597 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 1468 manat olmaqla ondan, 1296 manat ödənilməmiş hissə, 172 manat dəbbə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 828 manat (18 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********89927 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 938 manat olmaqla ondan, 828 manat ödənilməmiş hissə, 110 manat dəbbə; Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 795 manat (15 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76718 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 922 manat olmaqla ondan 795 manat ödənilməmiş hissə, 127 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 227 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, cavabdehin həqiqətən də iddiaçıya borcu vardır. Lakin faiz borcu çox hesablanmışdır. Ona görə də o, məhkəmədən faiz borcunun azaldılmasını və hissə-hissə ödəniş etmək üçün iddiaçıya şərait yaradılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh xxxxxxxxxxx MMC-dən alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********23615 və **********10109 olan Samsung Galaxy A50 markalı telefonlar, xx.xx.2019-cu il tarixli tarixli müqaviləyə əsasən cavabdeh xxxxxxxxxxx MMC-dən alqı-satqı qiyməti 1297 manat (18 ay x 72 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********50597 olan Samsung Galaxy A70 markalı telefon, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh xxxxxxxxxxx MMCdən alqı-satqı qiyməti 828 manat (18 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********89927 olan Samsung Galaxy A50 markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh xxxxxxxxxxx MMC-dən alqı-satqı qiyməti 795 manat (15 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76718 olan Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “xxxxxxxxxxx” MMC-yə 4277 manat məbləğində əsas borcu, 620 manat məbləğində dəbbə borcu, cəmi 4897 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23615 və **********10109 olan Samsung Galaxy A50 markalı telefon üçün 1358 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50597 olan Samsung Galaxy A70 markalı telefon üçün 1296 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy A50 markalı telefon üçün 828 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76718 olan Samsung Galaxy A50 markalı telefon üçün 795 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 4317 borc tutularaq ”xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələri üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 211 manat məbləğində deyil 10 manat məbləğində, 172 manat məbləğində deyil 10 manat məbləğində, 110 manat məbləğində deyil 10 manat məbləğində, 127 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23615 və **********10109 olan Samsung Galaxy A50 markalı telefon üçün 1358 (min üç yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50597 olan Samsung Galaxy A70 markalı telefon üçün 1296 (min iki yüz doxsan atlı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy A50 markalı telefon üçün 828 (səkkiz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76718 olan Samsung Galaxy A50 markalı telefon üçün 795 (yeddi yüz doxsan beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 4317 (dörd min üç yüz on yeddi) borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ”xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar