Məhkəmə qərarları › İş №2(004)-4400/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4400/2024

26.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4400/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə ("xxxx" ASC) qarşı “borcun silinməsi və mənzilə suyun verilməsinin bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə ("xxxx" ASC) qarşı “borcun silinməsi və mənzilə suyun verilməsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilinə (xx.xx.2012-ci il tarixli 11557139 nömrəli müqavilə, abonent kodu **********160) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə kimi əsassız hesablanmış 92,10 manat borcun silinməsi və mənzilə suyun verilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilində yaşayır. Onun mənzilinə suyun verilməsi 2023-cü ildən dayandırılıb. Hər ay ona su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə borc hesablanır. Onun mənzilinə su sayğacı quraşdırılmayıb. Usta sayğacı quraşdırmaq üçün yer olmadığını bildirərək, sayğacı quraşdırmaqdan imtina etmiş və bu barədə "xxxx" ASC-yə məlumat verəcəyini bildirmişdir. Bu səbəbdən onun mənzilinə suyun hesablanması metodik hesablama ilə hər ay yazılır. O, 2023-cü ildən mənzilində sudan istifadə etməsə də, hər ay ona borc hesablanır. Qəza xidmətinə dəfələrlə zəng edərək suyun bərpasını xahiş etmişdir. "xxxx" ASC-nin əməkdaşları mənzilə baxış keçirsələr də, borcu olmasını qeyd etməklə suyun verilməsini bərpa etməmişlər. xx.xx.2024-cü il tarixdə təqdim edilmiş bildirişdə onun 92,10 manat borcu olması qeyd edilmişdir. Odur ki, su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə kimi əsassız hesablanmış 92,10 manat borcun silinməsini və mənzilinə suyun verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etdi. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilinə verilən suyun verilib-verilməməsini müəyyən etmək üçün "xxxx" ASC-nin əməkdaşları mənzilə baxış keçirə bilməmişlər. Bu səbəbdən borcun əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmadığına və mənzilə 2023-cü ildən suyun verilməsinin dayandırılması ağlabatan deyildir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin əməkdaşları tərəfindən mənzilə baxış keçiriləcək, əgər suyun verilməsi dayandırılıbsa, bərpa ediləcəkdir. Hazırda iddiaçıya məxsus mənzildə su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə 92,10 manat borc olması informasiya sistemində qeyd edilib. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, rəsmi sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) əməkdaşları tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilinə (xx.xx.2012-ci il tarixli 11557139 nömrəli müqavilə, abonent kodu **********160) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə kimi 92,10 manat borc yazılmışdır. İddiaçının mənzilinə sayğac quraşdırılmamışdır. İddiaçı mənzilinə 2023-cü ildən suyun verilməsinin dayandırıldığını bildirir. Cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus olan mənzilə su sayğacı quraşdırılmamışdır. Halbu ki, "xxxx" ASC tərəfindən abonentə verilən suyun həcminin hesablanması üçün mütləq qaydada su sayğacı quraşdırılmalı və sayğacın göstəricisinə uyğun olaraq abonentdən istehlak etdiyi suyun və tullantı sulların axıdılması xidmətlərinə görə haqq alınmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və su təchizatı müəssisəsinin plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. İddiaçının mənzilinə suölçən cihaz quraşdırılmamışdır və onun ailə tərkibinin 1 nəfərdən ibarətdir. Cavabdeh əsassız olaraq mənzilə su verilmədiyi halda 1 nəfərə 5 m3 olmaqla su sərfiyyatı hesablamış və xx.xx.2024-cü il tarixə kimi 92,10 manat əsassız borc yazmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilinə (xx.xx.2012-ci il tarixli 11557139 nömrəli müqavilə, abonent kodu **********160) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə kimi əsassız hesablanmış 92,10 (doxsan iki manat on qəpik) manat borcun silinməsi və mənzilə suyun verilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4 nömrəli evin 16 nömrəli mənzilinə (xx.xx.2012-ci il tarixli 11557139 nömrəli müqavilə, abonent kodu **********160) su təchizatı və tullantı sulların axıdılması xidmətlərinə görə xx.xx.2024-cü il tarixə kimi əsassız hesablanmış 92,10 (doxsan iki manat on qəpik) manat borcun silinməsi və mənzilə suyun verilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinin ("xxxx" ASC) üzərinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar