Məhkəmə qərarları › İş №2(004)-4408/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4408/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4408/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 BOKT ASC-yə və “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 BOKT ASC-yə və “Daşınar və Daşınmaz Əmlakıarın Satışı X6” MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu. Mehdi abad qəsəbəsi, M.Şəhriyar kiiçəsı İ İ ünvanda yerləşən fərdi yaşayış evinə dair "Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixilə keçirilən hərracın və onun nəticələri haqqında 7602 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərində mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəsinin 2(004)-9950/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddia ərizəsi qismən təmin edilmiş, ondan cəmi 52978,07 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, həmin evin açıq hərracda satıldıqdan sonra 1 ay müddətində çıxarılması və sair qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Mülki iş məhkəmədə baxılan ərəfədə iddiaçı tərəfindən Cavabdeh1 BOKT ASC-nin əməkdaşları ilə mütamadi danışıqlar aparılmış və danışıqların nəticəsində belə qərara alınmışdır ki, iddiaçı tərəfindən müəyyən məbləğdə ödəniş həyata keçiriləcək, bunun müqabilində isə Cavabdeh1 BOKT ASC mübahisə üzrə qəbul edilmiş qətnamənin icrasını tələb etməyəkdir. Şifahi razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən təxminən 2000 ABŞ dolları borcdan ödənilmişdir. Lakin bir neçə gün öncə əldə etdiyi şifahi məlumata əsasən məlum olmuşdur ki, Binəqədi Rayon Məhkməsinin yuxarıda qeyd edilən qətnaməsi icraya yönəldilmişdir. İcraya yönəldikdən sonra isə ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi keçirilmiş hərraclarda satılmadığı üçün ipoteka saxlayan olan Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Keçirilən hərracların vaxtı və yeri barədsə məlumatın olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus əmlak dəyər dəyməzə özgəninkiləşdirilmişdir. Qanunvericilik tələblərinə uyğun olaraq ipoteka qoyan olaraq keçirilən hərracın keçirilməsi vaxtı barədə ona rəsmi məlumat verilməli idi. Bununla bağlı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə müraciət edilsə də, onlar müxtəlif bəhanələr gətirərək, gah bildirişi qeydiyyatda olduğu, gah da faktiki yaşadığı ünvana göndərdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9950/2016 saylı, xx.xx.2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, 2015/00185-01 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 48427,74 ABŞ dolları, faiz borcuna görə 4450,33 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları, borcun cəmi məbləği 52978,07 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilsin, tutma ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat müəyyən edilsin, həmin ev açıq hərracda satılsın və satışdan əldə olunacaq pul vəsaiti hesabına borc ödənilsin, ipoteka predmeti hərracda satıldıqdan sonra İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ay müddətində çıxarılması və həmin evin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 2(103)-3367/2017 saylı, xx.xx.2017-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9950/2016 saylı iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi 0,0504 ha torpaq sahəsi ilə birlikdə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında ilkin hərrac qiyməti 75000 manat müəyyən edilməklə hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "Daşınar və Daşınmaz Əmlakların Satışı X6" MMC-nin direktoru G.N.Mustafayeva və (tələbkar); Cavabdeh1 BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi 0,0504 ha torpaq sahəsi ilə birlikdə 76/02 saylı, xx.xx.2019-cu il tarixli protokola əsasən alqı-satqı Müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən İddiaçı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə keçirilən hərracın vaxtı barədə məktub ona poçt vasitəsilə göndərilmiş, həmçinin həyat yoldaşı tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı həyat yoldaşı X3 tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ərizədən görünür ki, onlar xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac barədə məlumatlı olmuş və onlar borcunu tam olaraq bağlamaq üçün onlara 2020ci ilin sentyabr ayına qədər vaxt verilməsini xahiş etmiş, qeyd olunan tarixə kimi borcunu ödəyə bilmədiyi təqdirdə o və ailə üzvlərinin könüllü olaraq ipoteka predmeti olan mənzili boşaldaraq Cavabdeh1 BOKT ASC-yə qeyri şərtsiz təhvil verəcəyini bildirmişdir. Azərbaycan Respublikası İpoteka haqqında qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Həmin qanunun 41.4-cü maddəsinə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Həmin qanunun 41.5.-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. Həmin qanunun 44-cü maddəsinə əsaəsn bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsaəsn hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-9950/2016 saylı, xx.xx.2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı xx xxxxxxxx 2015-ci il tarixli, 2015/00185- 01 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 48427,74 ABŞ dolları, faiz borcuna görə 4450,33 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları, borcun cəmi məbləği 52978,07 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutma ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat müəyyən edilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borc ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ay müddətində çıxarılması və həmin evin boşaldılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi 0,0504 ha torpaq sahəsi ilə birlikdə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında ilkin hərrac qiyməti 75000 manat müəyyən edilməklə hərraca çıxarılmışdır. Hərracın keçirilmə vaxtı ilə bağlı "Birja" qəzetinin 13-xx xxxxxxxx 2019-cu il tarixli buraxılışında 27 sentyabr-xx xxxxxxx 2019-cu il tarixli buraxılışında və 01-xx xxxxxx 2019-cu il tarixli buraxılışında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə "Daşınar və Daşınmaz Əmlakların Satışı X6" MMC tərəfindən tələbkar "Cavabdeh1" BOKT ASC-yə ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsi ilə bağlı təklif məktubu ünvanlanmış, sözü gedən təklif məktubu xx.xx.2019-eu il tarixdə "Cavabdeh1" BOKT ASC tərəfindən qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə yəni 4 (dörd) gün sonra təklif məktubuna cavab rəsmi olaraq bildirilmişdir. İddiaçı iddia ərizəsində onun hərracın keçirilmə vaxtı və yeri barədə xəbərdar edilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən İddiaçı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə keçirilən hərracın vaxtı barədə məktub ona poçt vasitəsilə göndərilmiş, həmçinin həyat yoldaşı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı həyat yoldaşı X3 tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ərizədən görünür ki, onlar xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac barədə məlumatlı olmuş və onlar borcunu tam olaraq bağlamaq üçün onlara 2020-ci ilin sentyabr ayına qədər vaxt verilməsini xahiş etmiş, qeyd olunan tarixə kimi borcunu ödəyə bilmədiyi təqdirdə o və ailə üzvlərinin könüllü olaraq ipoteka predmeti olan mənzili boşaldaraq Cavabdeh1 BOKT ASC-yə qeyri şərtsiz təhvil verəcəyini bildirmişdir. Bütün bunlar onu sübut edir ki, iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar