Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4430/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçı nümayəndəsi Rahim Hümbətovun iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız tətbiq olunmuş 240 (iki yüz qırx) manat məbləində cərimənin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış aldıqdan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə evə su sayğacı quraşdırılması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Müraciətin icra müddəti xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Lakin, sayğac 10 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Cavabdeh müəssisə öz əməkdaşlarının səhlənkarlığına baxmayaraq, iddiaçını əsassız olaraq 240 manat məbləğində cərimə etmişdir. Cavabdeh təşkilata bununla bağlı edilən müraciətə cavab olaraq bildirmişdir ki, iddiaçı mənzildə su xəttinə qanunsuz qoşulmuşdur. Halbuki bu faktla bağlı heç bir sübut yoxdur, heç bir akt tərtib olunmamışdır. Ümumiyyətlə sözügedən ünvanda yaşayış yoxdur və heç bir zaman olmamışdır. İddiaçı nümayəndəsi Rahim Hümbətov məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı onun müraciətinə cavab olaraq ünvanlanmış məktubuna əsasən müəyyən olunur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2024-cü il tarixində 48254958 nömrəli müqavilə bağlanaraq **********002 saylı abonent kodu açılmışdır. Sözügedən ünvanın su xətti üzərinə xx.xx.2024-cü il tarixində İSS-20M markalı, 23213405 nömrəli mexaniki tipli su sayğacı quraşdırılaraq istifadəyə verilmişdir. Müqavilə bağlanan tarixədək xidmətlərdən istifadəyə görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 240,0 manat (240 m3) məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda sayğacın son göstəricisi 2 kub metr olmaqla xidmətlərdən istifadəyə görə ünvanın hesabında 241,0 manat məbləğində borc yaranmışdır. Qeyd edilən borc müqaviləsiz xidmətlərdən istifadəyə görə dəymiş ziyana və sayğacın göstəricisinə əsasən hesablanmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş ******* nömrəli arayışa əsasən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə abonentin qeydiyyata alınması və sayğacın quraşdırılması üçün cavabdehə müraciət etmiş , müraciətin icra tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Mənzil qeydiyyata alındıqdan bir gün sonra cavabdehə abonentin qeydiyyata alınması və sayğacın quraşdırılması üçün müraciət edilmiş, lakin sayğac 10 ay sonra, yəni xx.xx.2024-cü il tarixində quraşdırılmışdır. Göstərilən ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (cərimənin qanuniliyinin) cavabdeh "xxxx" ASC-nin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq cərimə məbləğinin əsaslı olmasını, iddiaçının qanunsuz olaraq su xəttinə qoşulmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən cərimənin yaranma əsasları, hesablanması qaydasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən cavabdehin üzərindədir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməli və cavabdeh tərəfindən əsassız hesablanmış 240 (iki yüz qırx) manat cərimənin silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3 həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1rşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanına hesablanmış 240 (iki yüz qırx) manat məbləğində cərimənin abonentin hesabından silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 üzərinə qoyulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4430/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4430/2024
26.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver