Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4453/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 720 manat əsas borc və hesablanmış 216 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 212 manat əsas borc və hesablanmış 60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizor, 2 ədəd Playstation-4 pultun dəyərindən ödənilməmiş qalan 72 manat əsas borc və hesablanmış 19 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********69673 olan Samsung Galaxy A30 markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 507 manat əsas borc və hesablanmış 152 manat dəbbə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony cihazının dəyərindən ödənilməmiş qalan 724 manat əsas borc və 221 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd Playstation-4 Sony pultunun dəyərindən ödənilməmiş qalan 220 manat əsas borc və 132 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizorun dəyərindən ödənilməmiş qalan 496 manat əsas borc və 130 manat dəbbə pulu olmaqla, cəmi 3881 manat borc30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3911 manat pul vəsaitiiddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki,tərəflər arasında arasında bağlanmış 7 ədəd nisyə alqı-satqı müqaviləsinə əsasənCavabdeh “xxxxxxxxxxx” MMC-dənmobil telefon və mobil telefon avadanlıqlarını nisyə almışdır.Onların ümumi dəyərindən 3350 manatını iddiaçıya ödəmişdir, 2951 manat əsas borcu qalmış, ümumilikdə müqavilələr üzrə 930 manat cərimə hesablanmışdır.Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 720 manat əsas borc və hesablanmış 216 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 212 manat əsas borc və hesablanmış 60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizor, 2 ədəd Playstation-4 pultun dəyərindən ödənilməmiş qalan 72 manat əsas borc və hesablanmış 19 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********69673 olan Samsung Galaxy A30 markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 507 manat əsas borc və hesablanmış 152 manat dəbbə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony cihazının dəyərindən ödənilməmiş qalan 724 manat əsas borc və 221 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd Playstation-4 Sony pultunun dəyərindən ödənilməmiş qalan 220 manat əsas borc və 132 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizorun dəyərindən ödənilməmiş qalan 496 manat əsas borc və 130 manat dəbbə pulu olmaqla, cəmi 3881 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağlanmış 7 ədəd nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2.951 manat əsas borcu qəbul edir, ümumilikdə müqavilələr üzrə hesablanmış 930 manat dəbbə pulu hissəsinə etirazını bildirir. İddianın digər hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış 7 ədəd nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC Cavabdeh mobil telefon və mobil telefon avadanlıqarını nisyə satmışdır.Cavabdeh aldığı əşyaların ümumi dəyərindən 3350 manatını iddiaçıya ödəmişdir, 2951 manat əsas borcu qalmış,ümumilikdə müqavilələr üzrə iddiaçı cavabdehə 930 manat dəbbə hesablamışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxxxxxxxxx” MMC-nin təqdim etdiyi ödəniş cədvəlindən müəyyən edilir ki,2020-ci ilin avqust ayınaCavabdehxx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 720 manat əsas borc və hesablanmış 216 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 212 manat əsas borc və hesablanmış 60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizor, 2 ədəd Playstation-4 pultun dəyərindən ödənilməmiş qalan 72 manat əsas borc və hesablanmış 19 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********69673 olan Samsung Galaxy A30 markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 507 manat əsas borc və hesablanmış 152 manat dəbbə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony cihazının dəyərindən ödənilməmiş qalan 724 manat əsas borc və 221 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd Playstation-4 Sony pultunun dəyərindən ödənilməmiş qalan 220 manat əsas borc və 132 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizorun dəyərindən ödənilməmiş qalan 496 manat əsas borc və 130 manat dəbbə pulu olmaqla, cəmi 3881 borcuyaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə hesablanmış yüksək 930 manat cərimə azaldılaraq 55 manat cərimə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, müqavilələr üzrə tənasübsüz surətdə hesablanmış yüksək dəbbə məbləğləri pulu azaldılmalı, Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 720 manat əsas borc və hesablanmış 10 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 212 manat əsas borc və hesablanmış 10 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizor, 2 ədəd Playstation-4 pultun dəyərindən ödənilməmiş qalan 72 manat əsas borc və hesablanmış 5 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMAİ kodu **********69673 olan Samsung Galaxy A30 markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 507 manat əsas borc və hesablanmış 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony cihazının dəyərindən ödənilməmiş qalan 724 manat əsas borc və 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd Playstation-4 Sony pultunun dəyərindən ödənilməmiş qalan 220 manat əsas borc və 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizorun dəyərindən ödənilməmiş qalan 496 manat əsas borc və 10 manat dəbbə pulu olmaqla, cəmi 3.016 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.046 manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 720 manat əsas borc və hesablanmış 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony, Aplle AirPods qulaqcığın dəyərindən ödənilməmiş qalan 212 manat əsas borc və hesablanmış 10 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizor, 2 ədəd Playstation-4 pultun dəyərindən ödənilməmiş qalan 72 manat əsas borc və hesablanmış 5 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMAİ kodu **********69673 olan Samsung Galaxy A30 markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 507 manat əsas borc və hesablanmış 10 manat dəbbə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Playstation-4 Sony cihazının dəyərindən ödənilməmiş qalan 724 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd Playstation-4 Sony pultunun dəyərindən ödənilməmiş qalan 220 manat əsas borc və 10 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı LG markalı televizorun dəyərindən ödənilməmiş qalan 496 manat əsas borc və 10 manat dəbbə pulu olmaqla, cəmi 3.016 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.046 (üç min qırx altı) manat pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4453/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4453/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver