Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4458/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı Əlı̇mustafa oğlunun, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Əlı̇mustafa oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı “xidməti müqaviləyə xitam verilməklə əmək kitabçasının qaytarılması, əmək haqqının ödənilməsi və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Əlı̇mustafa oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı “xidməti müqaviləyə xitam verilməklə əmək kitabçasının qaytarılması, əmək haqqının ödənilməsi və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şifahi vəsatət verərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Əlı̇mustafa oğlu cavabdehin nümayəndəsinin vəsatətinə etiraz edərək, məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh olan "Cavabdeh" MMC-nin hüquqi ünvanı ünvan 1 Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə vəsatəti təmin edilməli, cavabdeh "Cavabdeh" MMC hüquqi ünvanı Binəqədi rayonunda olduğundan məhkəmə tərəfindən işin obyektiv və ərazi aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Əlı̇mustafa oğlunun cavabdeh "Cavabdeh" MMC-yə qarşı “xidməti müqaviləyə xitam verilməklə əmək kitabçasının qaytarılması, əmək haqqının ödənilməsi və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi”nə dair 2(004)-4458/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4458/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4458/2020
10.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver