Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4462/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, anadangəlmə qüsurlu olduğu üçün öz mənafeyinə uyğun zəruri qərarlar qəbul etmək iqtidarında deyil, hüquqlarından istifadə edə bilmir, əlilliyi ilə bağlı müavinətlər üzrə müvafiq köçürmələr olsa da, valideynləri həmin müavinətləri onun ehtiyaclarına sərf edə bilmir. Çünki o nəinki imza edə bilmir, ümumiyyətlə aparılan sənədləşmələrin mənasını, mahiyyətini anlamır, hesablamanı və nəyin lazım olubolmadığını, pul vəsaitini necə, hansı qaydada xərcləməyi bilmir. 18 yaşı tamam olana qədər qanuni nümayəndə olaraq göstərilən məsələlər valideynləri tərəfindən həll edilsə də, artıq 17 noyabr 2022-ci il tarixdən (18 yaşı tamam olandan) çətinliklər yaranmışdır. Bu isə ilk növbədə X2 mənafeyinə uyğun deyil. Buna görə də, X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi qaçılmaz zərurətə çevrilmişdir. Ərizəçinin həyat yoldaşı X6 övladları X2 ərizəçinin qəyyumluğunda olmasına razıdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən X4 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3001 saylı rəyinə əsasən X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X2 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə vətəndaş X2 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin X2 üzərində Ərizəçi qəyyum təyin edilməsi hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. X2 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4462/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4462/2023
30.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver