Məhkəmə qərarları › İş №2(004)-448/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-448/2025

04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-448/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhər Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X4 cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhər Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası və X4 cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Son bir müddətdir qumara qurşanıb. Əsrin bəlalarından olan qumara qurşandığından (topaz və s. digər mərc saytlarında) psixonevroloji müayinə aldı. Bir müddət qumar oynamadığını bildirdi. Amma indi yenə qumar oynayır və hal-hazırda psixonevroloji müayinə alır. Qumar oynadığından onları maddi cəhətdən çətin vəziyyətə salır. Hal-hazırda öz adına banklardan və bank kartlarından 10.000 (on min) manata yaxın aktiv krediti var. Eyni zamanda şəxslərdən müxtəlif miqdarda borca pul götürür. Onları maddi cəhətdən pis vəziyyətə salır. Eyni zamanda onun ailəsində də söz-söhbətə səbəb olur. Hal- hazırda onun borclarını qardaşı kimi o, ödəyir. Bu da onun özünə maddi cəhətdən pis təsir edir. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 ərizəni qəbul edərək izahatında bildirdi ki, o, 2012-ci ildən bəri topaz və başqa mərc oyunlarını onlayn şəkildə oynayır. Əvvəllər az məbləğlərdə başlasa da, sonradan 10000 manat və daha çox məbləğdə pulları mərc oyunlarına xərcləmişdir. Axırıncı dəfə keçən il noyabr ayında oyun oynayıb. Hazırda reabilitasiya mərkəzində olduğu üçün telefondan istifadə etmir və oyun oynamır. Maddi cəhətdən bir çox ziyanı olmuşdur. Topaz oynuna görə də bir çox kredit götürmüşdür. Adına heç bir əmlak yoxdur. Əvvəllər televiziya kanallarında aparıcı vəzifəsində işləyib, lakin oktyabr ayının 1-dən işdən çıxıb. Keçən il yay ayında bir bankdan on min kredit götürmüşdür. Eyni zamanda ayrı-ayrı şəxslərdən də borc götürmüşdür. Qardaşı onun kreditlərini borclarını ödəmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. - “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzinin tibbi müayinədən keçmək haqqında xx.xx.2024-cü il tarixli, 769 nömrəli arayışına əsasən X3 qumar asılılığı, tik pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulmuşdur. Pasiyent ilk dəfə xx.xx.2024-cü il tarixində müayinə üçün müraciət etmişdir. Hal-hazırda müalicənin davam etdiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3769 saylı rəyinə əsasən X2 azartlı oyunlara patoloji meyl (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F63.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzində ilk dəfə 16 fevral 2024-cü il tarixdə “Qumar asılılığı, tik pozuntusu, diqqət əksikliyi və hiperativlik pozuntusu” diaqnozu ilə müayinədə olması, təyin edilmiş müvafiq müalicəni qəbul etməsi, həmçinin hazırkı müayinə zamanı suallara bir qədər həvəssiz, qısa cavablar verərək uzun müddət “Topaz” və digər mərc saytlarında “stavka” oynadığını bildirməsi, bu meylə qarşı təşəbbüslərinin nəticəsiz olmasını etiraf etməsi, emosional nisbətən enmə və affektiv qeyri-sabitliyi aşkar biruzə verməsi, düşdüyü vəziyyətə tənqidi münasibəti formal xarakter daşıması və s.) sübut edir. X2 azartlı oyunlara patoloji meyl müəyyən edildiyi üçün məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün əsaslar vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X1 yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə o, belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.1993-cü il təvəllüdlü X1 azartlı oyunlara patoloji meyli olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X4 məhdud fəaliyyət qabiliyyətli hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 32.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X4 məhdud fəaliyyət qabiliyyətli hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar