Məhkəmə qərarları › İş №2(004)-4491/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4491/2024

10.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4491/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Osmanova (Kamilova) Aynurə Zakib qızının Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsi, etibarsızlıq) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı Osmanova (Kamilova) Aynurə Zakib qızının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Osmanova (Kamilova) Aynurə Zakib qızının Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Osmanova (Kamilova) Aynurə Zakib qızı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı " alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında Qusar rayonunun Həsənqala kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Qusar rayon Notariat ofisində 03 iyun 2020-ci il tarixdə 4Ə- 953 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Osmanova (Kamilova) Aynurə Zakib qızı xx.xx.2020-ci il tarixdə **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət hüququ əsasında özünə məxsus Qusar rayonu Həsənqala kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini 1000 manata Cavabdeh satmışdır. Bu barədə onların arasında Qusar Rayon Notariat ofisində xx.xx.2020-ci il tarixdə 4Ə-953 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd etdiyi torpaq sahəsi onun valideynlərindən miras qalmış torpaqdır və həmin torpaq sahəsini o miras qəbul etmişdir. Lakin X5 həmin torpaq sahəsində özünün də payının olduğunu bildirərək onu həmin torpağı, özünün yaxın münasibətdə olan tanışı Cavabdeh satmağa məcbur etmişdir. X5 onu aldadaraq sözügedən 0,1 ha torpaq sahəsinin qiymətinin 1000 manat olduğunu bildirmiş, lakin sonradan ona məlum olmuşdur ki, 2020-ci ildə Qusar rayonu Həsənqala kəndində yerləşən həyətyanı torpaq sahələrinin hər 1 sotu, yəni 100 m2 2000 manat olmuş və əslində onun Cavabdeh aldadılaraq satdığı 0,10 ha torpaq sahəsinin 2020-ci ildə orta bazar qiyməti 20000 manat olmuşdur. Halhazırda isə Qusar rayonu Həsənqala kəndində yerləşən həyətyanı torpaq sahələrinin orta bazar qiyməti hər 1 sotu, yəni 100 m2 3500 manat olmaqla, onun Cavabdeh aldadılaraq satdığı 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 3500 manat təşkil edir. Lakin X5 və Cavabdeh onu qiymətdə aldadaraq ona məxsus 0,10 ha torpaq sahəsini qanunsuz olaraq ələ keçirtmişdirlər və bu səbəbdən də hesab edir ki, onun və Cavabdeh arasında Qusar rayonunun Həsənqala kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin alqısatqısına dair Qusar rayon Notariat ofisində 03 iyun 2020-ci il tarixdə 4Ə-953 reyestr nömrəli ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin güman edir ki, cavabdeh özü də öz vicdanı və haqq qarşısında ədalətli mövqeyini göstərməklə onlara bu işdə heç bir maneəçilik törətməyəcəkdir. Əgər törətmək məqsədi olsa, qanun öz ədalətli sözünü deyəcəkdir.

3. Cavabdeh iddia ərizəsinə etirazla bağlı ərizə təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında göstərib ki, qeyd edilən alqısatqı sövdələşməsinə qardaşı onu cəlb etmiş və onu aldatmış, torpağının həmin vaxt üçün real qiymətə satmamışdır. Alqı-satqı müqaviləsində qeyd olunan torpağın dəyəri mübahisə predmeti ola bilməz. Digər tərəfdən iddiaçı özünə məxsus olan torpaq sahəsini özü cavabdehə satmış və tam dəyərini almışdır. Bu barədə aralarında notarial qaydada təsdiq olunmuş müqavilə mövcuddur və gələcəkdə torpağın qiyməti qalxdığı halda iddiaçıya əlavə pul verilməsi barədə hər hansı bir formada razılaşdırılmamışdır. Lakin torpaq satıldıqdan 4 il müddət ötdüdən sonra iddiaçı cavabdehdən bir daha əlavə pul almaq niyyətindədir.

5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. 13.10.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, X18 vəfat etdiyi günə kimi Qusar rayonu Həsənqala kəndindədi ünvanda yaşamışdır və onun ölümündən sonra vərəsələri X8, X12, X17, X19, X13, İddiaçı qalmışdır.

11. X14 və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X2 rayonu,Həsənqala kəndi ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (0.1 ha) Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə X1 hissənin (0.1 ha) əvəzi olaraq 1000 manat ödəməyi öhdəsinə götürür.

12. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi hesab edilmişdir. Miras əmlakı Qusar rayonu torpaq şöbəsi tərəfindən verilmə xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən 0,63 ha torpaq sahəsindən ibarətdir.

13. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/15207 nömrəli arayışa əsasən ünvan 2i ünvanında yerləşən 0.67 ha torpaq sahəsinin 05 may 2020-ci il tarixinə bazar dəyəri 5400 manat təşkil edir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qusar rayonu Həsənqala kəndində yerləşən ümumi birgə 0.30 ha həyətyanı torpaq sahəsi (3 nəfər ailə üzvü olmaqla) Osmanova (Kamilova) Aynurə Zakib qızına məxsusdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən göndərilmiş məktuba əsasən müəyyən edilir ki,X14 mərhum X3 vərəsələri sırasına daxildir.

16. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən müəyyən edilir ki, mərhum X9 adına olan 0,96 ha torpaq sahəsinə verilmiş JN-358 KOD 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyat keçmişdir. Bundan əlavə mərhum X9 adına olan JN-443 KOD 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil cerilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir.

17. Qusar Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən ünvan 2 sakini X10 Qusar rayon Prokurorluğuna təqdim etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlə qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

19. Cavabdeh və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi X4 mülkiyyətinə verməyi, X7 isə Cavabdeh satdığı hissənin əvəzi olaraq 3000 manat ödəməyi öhdəsinə götürür.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlə qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir.

21. X17 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X17 xx.xx.2020-ci il tarixli 2V-307 və 2V-308 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə etdiyi ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,30 ha olan torpaq sahəsindən vərəsəlik yolu ilə əldə etdiyi hissəni Cavabdeh bağışlamış, Cavabdeh isə X17 tərəfindən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,30 ha torpaq sahəsindən ona bağışlanmış hissəni qəbul etmişdir.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlə qeydiyyatı haqqıda daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir.

23. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

24. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

26. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

28. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir

29. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

30. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

34. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyun 2020-ci il tarixdə daşınmaz əmlakın (torpaq sahəsinin) alqısatqı müqaviləsi bağlanmış, müqavilədə torpaq sahəsinin qiyməti 1000 manat müəyyənləşdirilmişdir. İddiaçı hazırda müqavilə bağlanarkən əslində onun alqı-satqı müqaviləsi olmasından məlumatı olmadığını, belə ki, qardaşının sənədləşmə işi ilə əlaqədar onun imzasının lazım olduğunu, buna görə qardaşı, cavabdeh və keçmiş həyat yoldaşı ilə birlikdə notariat ofisinə gedərək orada müəyyən sənədlərə qol çəkdiyini, bundan sonra cavabdehin onun keçmiş həyat yoldaşına “şirinlik” adı ilə 1000 manat məbləğində pul verdiyini bildirərək, sonradan imza çəkdiyi sənədin əslində alqı-satqı müqaviləsi olduğunu bildiyini, müqavilə bağlanarkən aldadıldığını, torpağın satılan vaxt qiymətinin 1000 manat olmadığını iddia edir. Cavabdeh isə əqd bağlanarkən qanunvericiliyin tələblərinin pozulmadığını, müqavilə üzrə razılaşdırılmış qiymətin cavabdeh tərəfindən iddiaçıya ödənildiyini bildirir. Müqavilə bağlandıqdan sonra isə həmin torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda əmlak X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

35. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

36. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

37. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır.

38. Hazırki mübahisə üzrə müqavilə notarial qaydada bağlanılmışdır, yəni forma tələblərinə əməl edilmişdir. Həmçinin, müqavilənin məzmunu düzgün formada tərtib edilmişdir, məzmunla bağlı qüsur mövcud deyildir. Müqavilənin subyekt tərkibi tam qanunidir, yəni, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli şəxslər olmaqla müstəqil subyektdirlər. Müqavilə üzrə iradə qüsurluluğu müəyyən edilmir. İddiaçı müqavilə bağlanarkən əslində onun alqı-satqı müqaviləsi olmasından məlumatı olmadığını bildirsə də, lakin qeyd edilən halı sübut edən heç bir dəlil təqdim edə bilməmiş, əskinə cavabdeh tərəfindən ona 1000 manat pul verildiyini də bildirmişdir. Baxmayaraq ki, iddiaçı həmin pulun cavabdeh tərəfindən ona “şirinlik” kimi verildiyini iddia etsə də, notariat ofisində tanımadığı üçüncü şəxs tərəfindən ona hansısa sənədləşmə işi ilə bağlı 1000 manat pul verilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Bundan başqa müqavilədə torpaq sahəsinin qiymətinin 1000 manat olması və iddiaçıya da cavabdeh tərəfindən məhz 1000 manat pulun verilməsi də, əslində həmin pulun müqavilə üzrə verilməsi nəzərdə tutulan pul olduğunu təsdiq edir.

39. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir.

40. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən aşağı qiymətə satılması əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb.

41. Mülki Məcəllənin 398.1-ci maddəsinin mənasına görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir və bu qayda icrası qiymətlə, yəni müəyyən pul ödənişi ilə şərtləndirilən müqavilələrə aiddir. Məsələn, alqısatqı müqaviləsi üzrə qiyməti tərəflər müəyyən edirlər və alıcı satılan əşyanı qəbul edərək həmin qiyməti ödəməklə müqaviləni icra etmiş olur.

42. Digər tərəfdən həmin torpaq sahəsi sonradan cavabdeh tərəfindən üçüncü şəxs olan X4 adına özgəninkiləşdirilmiş və hazırda sonuncunun mülkiyyətindədir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

44. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir.

45. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

46. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

47. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçıl tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar