Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4494/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 138 000 (yüz otuz səkkiz min) ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə Bakı şəhərində özünə ev almaq istəmiş və Fuad adlı tanışı bildirmişdir ki, Rəşad adlı bir nəfər Bakıda ev alqısatqısı ilə məşğul olur. O, Rəşadın telefon nömrəsini ona vermiş, Rəşada zəng etmiş və onunla görüşdə bildirmişdir ki, ünvan 1 ünvanda (əyləncə mərkəzi ilə üzbəüz) inşa edilən 2 saylı, 24 qatlı binanın 6-c-ı qatında 19 saylı, 191.4 kvm.sahəsi olan 4 mənzilli evi satır. Həmin ev bacısı Cavabdeh2 məxsus olduğunu və onun bacısının razılığı ilə satdığını bildirmişdir. Rəşadla gedib evə baxmış, lakin bina hələ istifadəyə verilməmişdir, ancaq ev yaşamaq üçün hazır idi, evi bəyənmişdir. Elə orada da 138 min ABŞ dollarına evi ona satması üçün Rəşadla razılığa gəlmişlər. Səhəri günü Rəşadla görüşmüşlər. Yanında cavan bir oğlan da varmış. Həmin oğlanın adının Vüqar olduğunu bildirmişdir. Ayna Sultanova heykəlindən "Gənclik" metrosuna gələn istiqamətdə, "İnqilab" küçəsinə çatmamış hündür binaya girmişlər. Rəşad demişdir ki, burada "xxxx" şirkəti yerləşir. Gedək ora evi sənin adına keçirək. 8-ci mərtəbəyə qalxmış, Rəşad qapını açan qızdan Sahib İbrahimovun burda olmağını soruşmuş, Qız isə otağında olduğunu demişdir. X2 otağının dəhlizinə daxil olmuşlar. Rəşadla Vüqar ona demişlər ki, “sən 5 dəqiqə otur dəhlizdə gözlə, biz girək Sahib müəllimlə danışıb çıxaq.” O gözləmiş, onlar içəri girmişlər. Müəyyən müddətdən sonra Sahib müəllim onlarla birlikdə dəhlizə çıxmışlar. Sahib müəllim iddiaçı ilə salamlaşmış və ona demişdir ki, o, pul almır. Pul işini özləri (yəni Rəşadla iddiaçı) gedib notariusda həll etsinlər və sənədləri gətirsinlər,həmin sənədlər əsasında da mənzil iddiaçının adına keçirilsin. Rəşadla razılaşmışlar ki, sabah ora yaxın olan notariusda görüşsünlər. Səhəri gün Rəşadla "Sahil- D" şirkətinə yaxın olan 51 saylı Notariat kontorunda görüşmüşlər. Rəşadın bacısı Cavabdeh2 həyat yoldaşı ilə birlikdə gəlmişlər. Yeganə və həyat yoldaşı həmin mənzilin iddiaçının adına keçirilməsinə razılıq ərizələrini Notariusun müdiri X1 vermişlər. O imzaların həqiqiliyini təsdiq etmişdir. Notarial kontordan çıxıb maşına əyləşəndə 100 min dollar sayıb Rəşada vermişdir. Bacısı Yeganə və əri də maşında idilər. Öncədən danışdığı kimi 38 min dolları da sonrakı 3 ay ərzində verəcəkdi. Bundan sonra "xxxx"Kompani MMC- nin direktoru T.D.Abdullayev Cavabdeh2 şirkətə təqdim etdiyi 15.02.13-cü il tarixli reyestr №7E-2535 saylı notariusda qeydə alınaraq təsdiq olunmuş ərizəsinə əsasən F.Bayarmov küçəsi,1156 ünvanda inşa edilən 2 saylı binanın 6-cı qatında ümumi sahəsi 191,4 kvm olan 4 otaqlı mənzilin iddiaçının adına keçməsi ilə bağlı 01 mart 2013-cü il tarixli,17 saylı ƏMR vermişdir. Arada 2-3 dəfə gedib o mənzilə baxmışdır. Qapısı yox idi. Komendanta demişdir ki, o, evi təmir etdirmək istəyir. O da "xxxx"-yə sayğacın pulunu ödəməyi və icazə kağızını da alıb təmirə başlaya biləcəyini bildirmişdir. İddiaçı Sahib İbrahimovun yanına, hansı ki,onu iddiaçıya "xxxx" şirkətinin rəhbəri kimi təqdim etmişdilər. Qapıda dayanan nəzarətçi ondan soruşduqda "Sahil-D” şirkətinə geldiyini bildirmiş, o isə Sahil-D" şirkətinin 2 ildir buradan köçdüyünü qeyd etmişdir. İddiaçı 3 ay bundan öncə burada Sahib İbrahimovun iştirakı ilə Cavabdeh2 məxsus mənzili qardaşı Rəşaddan aldığını bildirmişdir. Ona demişlər ki, Sahib İbrahimov artıq “Sahil-D şirkətində işləmir. O, "Avesta" şirkətinin rəhbəridir. Qeyd edir ki, Yeganə ona guya 38 min manat borc verməsi ilə bağlı həmin notariusda müqavilə bağlamışdır. Bu iddiaçının mənzilin alınmasından qalan borcu idi. Sonra iddiaçı həmin 38 min manatı da toplayıb Yeganə ilə Rəşada vermişdir. "xxxx"şirkətinin ünvanını öyrənmiş, İnqilab küçəsində "Asan xidmətin" arxasında yerləşirdi. Ora gəlib bildirmişdir ki, icazə kağızı alsın ki, evini təmir etdirsin. Mühasib Adilin yanına sayğac pulunun ödənilməsi üçün getmiş, sənədləri ona göstərmişdir, o, sənədə baxmış və qaytarıb bildirmişdir ki, sənədlər saxtadır. X5 saxta möhür vurmaqla 53 nəfəri aldadaraq guya mənzil vermişdir. O, dərhal Rəşada zəng açmışdır. Rəşad dedi ki, onları da aldadıblar. Rəşadla görüşmüş, Rəşad məhkəməyə verəcəklərini bildirmişdir. Bildirdi ki, o binada 9 mənzil bacının adınadır, o cümlədən sənin mənzilin. Ümumi yazıb verəcəklər. Sən şikayət yazma. Məhkəməyə verdilər. Hərdən iddiaçı da gedib məhkəmədə kənardan izləmə aparırdı. Ancaq bir nəticəsi görünmürdü. Odur ki, Rəşada dedi ki, "Sahil D" ilə, Sahib İbrahimovla nə “müqavilə” var, nə mübahisə var. Pulu onlara yox, Rəşada vermişdir. Odur ki, pulunu qaytarmasını xahiş etdi. Rəşad isə pulunu iş üçün bir nəfərə verdiyini, o da Rəşadı aldadıb qaytarmadığını toplayıb verəcəyini bildirmişdir. Hər dəfə Rəşada zəng açıb soruşanda cavabında deyirdi ki, apellyasiya məhkəməsinə vermişdir, sonra Ali məhkəməyə, ancaq bu məhkəmələrin bir nəticəsi olmamışdır. Pulunu başqa adam vermişdir, alıb qaytaracaqdır. Hazırda Rəşaddan pulu istəyəndə deyir ki, Sahib İbrahimov ona pul ya ev versin ki, o da iddiaçıya versin və ya "xxxx" pulu ödəsin ki, o da iddiaçıya versin. İndi pulu yoxdur. Pulu alıb özləri xərcləyiblər. Həmin ev üçün pul verməyiblər. Deyirdilər ki, bacısı Yeganənin "Sahil D" şirkətinə verdiyi villası əvəzinə ona tikiləcək həmin evdən 13 ev veriləcəyi ilə bağlı razılaşma var imiş. Ancaq aldatmış, evi verməmişlər. Deməli bu problem onların arasındadır. Odur ki, 138 min ABŞ dollarını istədikdə, cavabında Rəşad pulu olan kimi qaytaracağını bildirmişdir. Rəşad iddiaçıya öz xətti ilə 22.03. 2021-ci il tarixdə yazılı kağız da verib və ondan yüz otuz səkkiz min ABŞ dolları aldığını təsdiqləmişdir. Hazırda evə ehtiyacı olduğu, ancaq pullarını cavabdehlərin qaytarmaması səbəbindən və bu qaytarmanı əsassız bəhanələrlə uzatdıqları üçün, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, iddiaçının 138 min ABŞ dolları pulu 8 ildir ki, cavabdehlərin qanunsuz mülkiyyətindədir və bununla da ona böyük məbləğdə maddi ziyan vurmuş, zamanında ev almağına mane olmuşlar. Ancaq iddiaçı cavabdehlərdən dəymiş zərəri yox, verdiyi pulu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçıdan 138.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir, o pulu bacısının “Sahil D" şirkətində olan mənzilinin verilməsi qarşılığında almışdır, lakin “Sahil D" şirkəti onları da aldatmış, həmin mənzilə dair bütün müqavilələr etibarsız imiş. İddiaçıdan aldığı 138.000 ABŞ dolları pulunun bir hissəsini başqa borcları olduğu üçün xərcləmiş, bir hissəsini isə iş qurmaq üçün sərf etsə də, o da alınmamışdır. Həmin 138.000 ABŞ dolları məbləğində pulu “Sahil D" şirkətinə verməmişdir. Pulu aldığını etiraf etsə də, lakin hazırda maddi vəziyyəti çətin olduğundan borcu ödəməkdə çətinlik çəkdiyini göstərərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış 22 mart 2021-ci il tarixli iltizamdan görünür ki, F.Bayarmov küçəsi,1156 ünvanda 2 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 191,4 kvm olan 4 otaqlı mənzilin İddiaçı satılması əvəzində 138000 ABŞ dolları pulu 15 fevarl 2013-cü ildə aldığını, mənzildə problem yarandığı üçün baş tutmadığını və buna görə də İddiaçı həmin 138000 ABŞ dolları məbləğində pulu imkanı olanda qaytaracığını bildirmişdir. 26 may 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ev almaq adı ilə Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min) ABŞ dolları məbləğində pul vermiş, cavabdeh həmin məbləğdə pulu aldığını qəbul etmiş, sonradan həmin mənzillə bağlı problemlər yarandığından, mənzili təhvil verə bilməmiş, eləcə də sözügedən məbləğdə pulu digər borclarına və iş qurmaq üçün xərclədiyini bildirmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iş materiallarını və iddia tələbinin etiraf edilməsi barədə ərizəni və iş materiallarına əlavə olunmuş 22.03.2021-ci il tarixli iltizamı araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Belə ki, bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, digər Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 138000 ABŞ dolları məbləğində pulu onun iddiaçıdan aldığını etiraf etmiş, eləcə də İddiaçı Cavabdeh2 pul verməsinə dair sübut iş materiallarına əlavə olunmamışdır, həmçinin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4494/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4494/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver