Məhkəmə qərarları › İş №2(004)-45/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-45/2021

09.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-45/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin 1 saylı Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı müqavilələrin etibarsız hesab olunması və digər tələblərə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin 1 saylı Müəssisəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin "xxxx" MMC ilə cavabdeh X1 arasında bağlanmış 10.10.2013-cü il tarixində birgə fəaliyyət haqqında müqavilə və həmin müqavilə əsasında bağlanmış əlavə razılaşmaların etibarsız hesab olunması və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,72 ha təşkil edən torpaq sahəsində yerləşən əmlakların iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclası 09.08.2021-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı və digər cavabdeh X3 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək,m iddiaçı ilə aralarında barışıq əldə olunduğunu və bu barədə notarial qaydada barışıq sazişidə imzalandığını bildirərək, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iş baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin 1 saylı Müəssisəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X2 qarşı müqavilələrin etibarsız hesab olunması və digər tələblərə dair 2(004)-45/2021 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar