Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-45/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, evdən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəsaiti hesabına ünvan 1 ünvanında qanunsuz tikililərin sökülməsi, iddiaçıya məxsus mənzilin və 0,02 ha torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya vurulmuş 20 000 manat maddi ziyanın (10 000 manat fərdi yaşayış evinin icarəsinə görə, 10 000 manat fərdi yaşayış evinə vurulmuş ziyana görə) və 30 000 manat mənəvi ziyan, cəmi 50 000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya vurulmuş 20 000 manat maddi ziyanın (10 000 manat fərdi yaşayış evinin icarəsinə görə, 10 000 manat fərdi yaşayış evinə vurulmuş ziyana görə) 30 000 manat mənəvi ziyan, cəmi 50 000 manat pulun elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə 606,17 manat, cəmi 1960 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 avrel 2023-cü il tarixdə iddiaçı tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək son nəticədə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya vurulmuş maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10 000 manat və 30 000 manat mənəvi ziyan, cəmi 40 000 manat pulun, elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə 606,17 manat, cəmi 1960 manat məbləğdə pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 32,2 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evini və torpaq sahəsini xeyli müddət əvvəl cavabdehin icarəsinə vermişdir. 27 dekabr 2021-ci il tarixdə sözügedən ərazidə, icarəyə verdiyi fərdi yaşayış evinə bitişik, cavabdeh tərəfindən iddiaçının razılığı olmadan və buna dair heç bir hüquqverici sənəd olmadan qanunsuz inşa olunmuş yüngül konstruksiyalı tikililərdə yanğın hadisəsi baş vermiş, digər tikililərlə yanaşı iddiaçının da mülkiyyətində olan fərdi yaşayış evinə böyük ziyan dəymiş, yanğın nəticəsində fərdi yaşayış ev faktiki olaraq istifadə üçün yararsız hala düşmüşdür. Cavabdeh iddiaçıya vurulmuş ziyanı bərpa etmək əvəzinə yanğın hadisəsindən suiistifadə edərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik və ona məxsus 0,02 ha torpaq sahəsində əsaslı tikinti işlərinə başlamışdır. 2021-ci ilin dekabr ayından başlayaraq cavabdeh hər ay ödədiyi 1000 manat məbləğində icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa, evdən küçəyə çıxmaq üçün (hazırda qanunsuz tikinti aparılan tərəfdə) uzun illər ərzində mövcud olmuş qapı və pəncərəni cavabdeh iddiaçıdan icazə almadan özbaşına sökərək yerini hörmüşdür. Evin yanaraq sıradan çıxmış dam hissəsini, özbaşına sökülmüş qapı-pəncərəni, habelə yararsız hala düşmüş evin digər hissələrini icarəyə verdiyi zaman mövcud olmuş vəziyyətə gətirmək üçün 10000 manat məbləğində vəsait tələb olunur. Cavabdeh iddiaçının etibar etdiyi fərdi yaşayış evinin onun tərəfindən yararsız hala salınması, onun həmin evdə, habelə fərdi yaşayış evinə bitişik ərazidə özbaşına söküntü və tikinti işləri aparması ona maddi ziyandan əlavə, həm də mənəvi ziyan vurmuş, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Mülkiyyətində olan əmlakı cavabdehə icarəyə verən zaman ona etibarı olmuş, istifadəsinə verdiyi fərdi yaşayış evini normal saxlayacağına, ona ziyan vurmayacağına və ilk tələbdə ona normal vəziyyətdə qaytaracağına böyük ümidləri olmuşdur. Lakin əmlakının yararsız hala salınması və bununla bağlı cavabdehə etdiyi narazılıqlara onun tərəfindən biganə yanaşılması, iradlarına məhəl qoyulmaması, tələblərini yerinə yetirməməsi ona vurulmuş mənəvi ziyanın daha da artmasına səbəb olmuşdur. Mənəvi sarsıntı və əzab keçirməyi nəticəsində fikirlərini toplayıb gündəlik işi ilə məşğul ola bilmir, gecələr rahat yatmağa, fikirlərini toplama çətinlik çəkir. Bütün bunlara səbəb Cavabdeh ona və əmlakına qarşı biganə münasibəti, etibar olunmuş əmlakı yararsız vəziyyətə salması, qanuni tələblərini yerinə yetirməməsi və s. qanunsuz hərəkətləri olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 30 000 manat məbləğində qiymətləndirir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh icarəyə verən zaman aralarında olan müqaviləyə əsasən daşınmaz əmlakla bağlı bütün vergilər və kommunal xərclərin ödənilməsi cavabdehin vəzifəsinə daxil olmuşdur. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ötən 9 il ərzində dövlət vergilərini və kommunal xərcləri ödəməmiş, fərdi yaşayış evində istifadə etdiyi elektrik enerjisi və suya görə xeyli borcu yaranmışdır. "xxxx" ASC-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli “abunə haqqında” arayışa əsasən, qeyd olunan tarixə cavabdehin fərdi sahibkar kimi fəaliyyət göstərdiyi fərdi yaşayış evində 1353,4 manat məbləğində borc yaranmışdır. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən sözügedən fərdi yaşayış evində cavabdehin istifadə etdiyi suya görə 606,17 manat borcu yaranmışdır. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaqla yanaşı həmçinin ondan istifadə etdiyi elektrik enerjisinə görə 1353,4 manat, suya görə 606,17 manat məbləğində pul da ondan tutulmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirmişdir ki, cavabdeh məcburi köçkün kimi ailəsini dolandırmaq üçün kiçik ticarətlə məşğuldur. Dövlət qurumları (MKİS, "xxxx" ASC, "xxxx" ASC) ona ticarətlə məşğul olmağa şərait yaratmışlar. Qeyd edilən torpaq sahəsi 1993-cü ildən onun istifadəsində olmuşdur. Sonradan rəsmi sahibkarlıqla məşğul olmuş və ona VÖEN açılmışdır. Ərazidə yanğın baş vermiş və cavabdeh böyük xərc hesabına qeyri-yaşayış sahəsini təmir etmişdir. İddiaçı qəfildən ərazinin boşaldılması və cavabdehin mülkiyyətdən çıxarılması barədə iddia qaldırmışdır. İddia ərizəsində qeyd edilənlərin əksinə olaraq, ərazilər üst-üstə düşmür. İddiaçının mülkiyyətində olan sahə ilə cavabdehin istifadəsində olan sahə qonşudur. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə olmamışdır. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mənəvi ziyan tələb etmək üçün sübutu yoxdur. Cavabdeh evə gələn su və elektrik xəttindən istifadə etməyib. Cavabdeh ünvan 3 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınıb. İddiaçının ünvanı isə ora deyil. Tərəflər arasında mübahisədən sonra cavabdeh tərəfindən su və elektrik enerjisindən istifadəyə dair müqavilələr bağlanıb. Tikinti aparılan torpaq sahəsi ilə bağlı baş verən proseslər tərəf ilə icra hakimiyyəti arasındadır. Sənədləşmə gedir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli icarə müqaviləsini məhkəməyə təqdim edərək, 2 illik öhdəliyə görə pul tələbi irəli sürmüşdür. Mülki Məcəllənin tələblərinə əsasən müqavilə öhdəlikləri (icarə haqları, su, elektrik, qaz və s. öhdəliklər) üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Qeyd edilən tələblər üzrə iddia müddətinin ötdüyünü nəzərə alaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, cavabdeh yanğın baş verənə kimi iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etmişdir. Cavabdeh tərəfindən tikinti aparılması, pəncərəni bağlaması və icarə haqqlarını verməməsi səbəbindən tərəflər arasında münasibətlər pozulmuşdur. 2021-ci ilin dekabrına kimi cavabdehin icarə borcu qalmayıb. Cavabdeh fərdi yaşayış evindən işıq və sudan istifadə edirdi. Hal-hazırda cavabdeh ev və həyətdən istifadə edir. İcarə haqqı əvvəl 200 manat olub, sonra isə daha da artmışdır. Keçən il üçün icarə haqqı 1000 manat olub. Yeni hasar iddiaçının fərdi yaşayış evinin qapısının önündə tikilib. Cavabdeh 2011-ci ildən həmin yerdə yaşayır. 2011-ci ilə kimi cavabdeh həmin ərazidə alver etməyib. İndi tikinti aparılan yer iddiaçının evinin qabağıdır. İddiaçının evinə əsas giriş cavabdeh tərəfindən aparılmış tikili nəticəsində bağlanıb. Yandan qapı açılıb. Hal-hazırda həyətə giriş yoxdur. Yanğın nəticəsində evin damı yanıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər Yasamal rayon Bələdiyyəsi və Yasamal rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-3004/2023 saylı məktubuna əsasən ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin “C” tikilisi və 0.02 ha torpaq sahəsi Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 8İ-9353 reyestr nömrəli bölgü sxeminə əsasən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Sonradan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixli, V-16 nömrəli arxiv arayışına, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və xx.xx.1962-ci il tarixli texniki pasporta əsasən dövlət reyestrində qeydiyyata alınaraq yeni poçt ünvanı ilə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 61 A) xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 23, səhifə 3468, qeydiyyat nömrəsi 30/15246 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 9-in ümumi sahəsi 76.3 kv.m və yaşayış sahəsi 41.3 kv.m olan iki otaqdan ibarət “C” tikilisi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 61 A İddiaçı xüsusi mülkiyyətindədir (Daşınmaz Əmlakın Reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020-ci il). xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İH Tİ və MHQİ-si tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, reyestr kitabı 23, səhifə 3468, qeydiyyat nömrəsi 30/15246 olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 9-in özünə məxsus ümumi sahəsi 76.3 kv.m və yaşayış sahəsi 41.3 kv.m olan iki otaqdan ibarət “C” tikilisini “icarəçi” Cavabdeh icarəyə verir. Sahə 2 il müddətinə icarəyə verilir. Müqavilə 08 may 2013-cü ildən qüvvəyə minir. İcarə haqqı hər ay üçün 200 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi təmir, elektrik enerjisi və digər kommunal xərclərini vaxtında öz hesabına ödəməlidir. Müqavilənin 8-ci bəndinə əsasən icarəyə verilmiş sahənin müvəqqəti istifadə edilməsi müddəti bitdikdə icarəçi həmin sahəni icarəyəverənə kommunal borcu olmadan təhvil verməlidir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 278 N-li və xx.xx.2022-ci il tarixli 434 N-li məktublarına əsasən, ünvan 6 ünvanında olan qanunsuz tikilini aparan Cavabdeh xüsusi mülkiyyətinə dair hər hansı hüquqmüəyyənedici sənəd Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Vətəndaş Cavabdeh apardığı tikinti işlərinə dair Yasamal Bələdiyyəsi tərəfindən hər hansı icazə sənədi verilməmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2022-ci il tarixli 535/d saylı məktubuna əsasən ünvan 6 ünvanında və ona bitişik ərazidə Cavabdeh tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı sənədlər Yasamal Rayon İcra Hakimiyyətində müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2053 saylı rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikintilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin tikinti İddiaçı məxsus torpaq sahəsinə bitişik cənub tərəfdə yerləşən ərazidə aparılmaqla iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 5 sm aralıda yerləşir. Eyni zamanda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və tikili faktiki vəziyyətdə cavabdehin istifadəsində olmaqla müxtəlif təyinatlı qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Mülki iş materiallarına, eləcə də baxış zamanı əldə edilmiş məlumatlara əsasən, iddiaçıya məxsus həyətyanı sahədən və yaşayış evindən mübahisəli sahəyə (tikinti aparılan sahə) tərəf əvvəllər giriş-çıxış qapısı və pəncərə boşluğunun mövcud olduğunu nəzərə aldıqda, cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı iddiaçıya məxsus fərdi yaşayış evində mövcud olmuş giriş-çıxış qapısı və pəncərənin qarşısı tamamilə bağlanmışdır. Cavabdeh tərəfindən aparılan tikinti İddiaçı məxsus fərdi yaşayış evinin əvvəllər mövcud olmuş (faktiki olaraq hörülmüş) pəncərə boşluğunun yerləşdiyi divardan və sərhəd hasarından 5 sm aralıda yerləşdiyindən həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5 bəndinin tələbləri pozulmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən aparılan tikintiyə dair hər hansı sənəd (çıxarış, sərəncam, icazə, razılıq, layihə və.s.) mövcud olmadığından (iş materiallarına əlavə edilməmiş, baxış zamanı təqdim olunmamışdır) həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 Ne-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan həmin ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin çıxarılması tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi M a d d ə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi.. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində deyil, ona bitişik ərazidə, ara məsafəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilmədən cavabdeh tərəfindən tikinti işlərinin aparılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh tərəfindən aparılan tikilinin onun hesabına sökülməsi hissəsində qismən təmin olunaraq iddiaçıya məxsus fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cənub tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsi Cavabdeh hesabına sökülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla iddiaçının razılığı ilə cavabdehin 2021-ci ilin sonunadək cavabdeh tərəfindən ona məxsus evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsi, lakin 2022-ci ildən başlayaraq iddiaçının buna razılığı olmadan, hər hansı hüquqi əsas olmadan istifadə etməsi müəyyən edildiyindən Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.02 ha torpaq sahəsindən çıxarılması tələbi əsaslıdır və təmin edilməlidir. . Məhkəmə iddiaçıya vurulmuş maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10 000 manat pul tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Tərəflər arasında bağlanmış 08 may 2013-cü il tarixli icarə müqaviləsinin müddəti 08 may 2015-ci il tarixdə bitmişdir və həmin tarixdən müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçının izahatına və məhkəmədə iddiaçı tərəfindən dəvət edilmiş şahidin ifadəsinə görə də 2021-ci ilin dekabr ayına kimi tərəflər arasında icarə münasibətləri faktiki olub və icarə haqqı borcu qalmayıb. Odur ki, məhkəmə hesab edir ki, iddia maddi ziyan kimi yaşayış evinin icarəsinə görə 10 000 manat pul tələbi hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə elektrik enerjisindən istifadəyə görə 1353,4 manat, sudan istifadəyə görə 606,17 manat, cəmi 1960 manat məbləğdə pulun cavabdehdən tutulub iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Elektrik enerjisindən və sudan istifadəyə görə borc tələbini iddiaçı iddia tələblərinin artırılması barədə 09 avqust 2022-ci il tarixli ərizəsində vermişdir. Həmin ərizə məhkəməyə 10 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Həmin ərizəyə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab fakturaya əsasən ünvan 8 ünvan üzrə su borcu 606,17 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında çıxarışa əsasən elektrik enerjisindən istifadəyə görə borc 1353,40 manat təşkil etmişdir. Cavabdeh həmin tələblərə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 13-13/2-1/16- 945/2023 saylı məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi, 1 saylı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edildiyi tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik enerjisi sərfiyyatına dair məlumatın təqdim edilməsi ilə bağlı arayışa əsasən: xx.xx.2009-xx.xx.2019 sərfiyyat 11872,13 ödəniş 11598,5 borc 273,63 xx.xx.2019-xx.xx.2022 sərfiyyat 3668,31 ödəniş 2136 borc 1532,31 "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-16/2- 06/xx-xx/2136/2023 saylı məktuba əsasən ünvan 9 ünvanında ("xxxx" ASC-nin elektron abonent bazasında ünvan 11-ci Xrebtovi küçəsi, ev 1 kimi qeyd olunub) yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********001 saylı abonent kodu xx.xx.2005-ci il tarixli 10757718 saylı müqavilə ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Abonentin xx.xx.2019-cu il tarixinə yekun ödəniləcək borcu 351,51 manat, xx.xx.2019-cu il tarixinə yekun ödəniləcək borcu 351,51 manat təşkil etmiş, bu müddət aralığında borc artımı 159,17 manat olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 736,17 manat borc var. Qeyd edilən borc müqavilə əsasında normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə cavabdehdən iddiaçıın xeyrinə 10 avqust 2019-cu il tarixdən 10 avqust 2022-ci il tarixədək olan dövr üçün sudan istifadəyə görə 254,66 (606,17-351,51) manat, elektrik enerjisindən istifadəyə görə 1079,77 manat (1353,40-273,63) borc tutulmalıdır. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə Cavabdeh təqsirli hərəkətləri nəticəsində məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 300 manat tutularaq iddiaçıya öədnilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülərək 96 manat iddiaçıdan, 4 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cənub tərəfindən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının sərhəd hasarından və fərdi yaşayış evinin divarından 1.8 metr məsafəsində olan hissəsi Cavabdeh hesabına sökülsün. Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh İddiaçı xeyrinə 300 (üç yüz) manat mənəvi zərər tutulsun. Cavabdeh İddiaçı xeyrinə elektrik enerjisindən istifadəyə görə 1079,77 (min yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat, sudan istifadəyə görə 254,66 (iki yüz əlli dörd manat altmış altı qəpik) manat borc tutulsun. 96 (doxsan altı) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı, 4 (dörd) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-45/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-45/2023
26.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver