Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4560/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2017-ci il tarixli İK 1629-05 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 242,3 kv.m ümumi, 140,9 kv.m yaşayış və 101,4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Cavabdeh ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim edərək bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim etdiyi məhkəmə aktını və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4580/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasırədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə әlaqәdar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.2, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “Cavabdeh ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 242,3 kv.m ümumi, 140,9 kv.m yaşayış və 101,4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Cavabdeh ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK 1629-05 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4560/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4560/2020
20.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver