Məhkəmə qərarları › İş №2(004)-4565/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4565/2020

14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4565/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Cavabdeh QSC-yə qarşı “kredit razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Cavabdeh QSC-yə qarşı “kredit razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 003R********** saylı kredit razılaşması və 0303M**********01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 03L000000433 saylı kredit xətti müqaviləsinə əsasən, 180 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladığı xx.xx.2013-cü tarixli 433 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı redit razılaşmasına əsasən, 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq İddiaçı Ehtibar oğlu və X7 ilə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları xx.xx.2015-ci tarixli 003R**********S saylı, xx.xx.2016-cı il tarixli 003R**********S saylı, xx.xx.2016-cı il tarixli 003R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onunla Bank arasında xx.xx.2015-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi ilə Kamaz-65115 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 30.000 (otuz min) manat müəyyən edilmişdir. Onunla Cavabdeh QSC arasında bağlanmış kredit rə ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmış lakin ipoteka müqaviləsində avtomaşının qiyməti manatla ifadə olunmuşdur. Bu hal özü qanunvericiliyə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək yuxarıda qeyd edilən izahata uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı kredit müqaviləsinin dollarla bağlandığını, lakin ipoteka müqaviləsində avtomaşının qiymətinin manatla ifadə olunduğunu və bunun qanunvericiliyə zidd olduğunu qeyd etmişdir. Qanunvericiliyin tələbinə əsasən əmlakın satışı manatla həyata keçirilir, ona görə də ipoteka müqaviləsində əmlak manatla qiymətləndirilmişir. Bundan başqa biz, X5 qarşı borcun ödənilməsi və tələbin ipoteka predimetinə yönəlilməsi ilə bağlı iddia tələbi ilə müraciət etmişik. Həmin iş üzrə Xocavənd Rayon Məhkəməsinin qətnaməsi ilə iddiamız qismən təmin edilmiş və ipoteka predimeti olan Kamaz markalı yük maşının ilkin satış qiyməti 30000 manat müəyyən edilmişdir. Həmin qətnamədən qarşı tərəf heç bir şikayət verməmiş, həmçinin kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdir. Hesab edir ki, iddia tələbi əsassızıdır. Ona görə də o, məhkəmədən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Cavabdeh" QSC-nin X8 ilə bağladığı xx.xx.2008-ci il tarixli, 03L000000433 saylı kredit xətti müqaviləsinə əsasən 180 ay müddətinə 20000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşmasına əsasən, 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmış 003M**********01 saylı İpoteka müqaviləsinə əsasən Kamaz-65115 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 21000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Xocavənd Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(069)-2/2020 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X3 və X2 müştərək qaydada 16.356,75 ABŞ dolları məbləğində əsas, .324,14 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh QSC -nin xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X6 məxsus Kamaz- 65115 N yük markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin əmlak xtisaslaşdırılmış təşkilajtlar tərəfindən açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, satışdan əldə edilmiş vəsaitdən 16356,75 ABŞ dollan məbləğində əsas, 4.324,14 ABŞ dolları məbləğiııdə faiz borcu, 2.000 ABŞ dollan məbləğində cərimə borcunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh" QSC-nin X8 ilə bağladığı xx.xx.2008-ci il tarixli, 03L000000433 saylı kredit xətti müqaviləsinə əsasən 180 ay müddətinə 20000 ABŞ dollar kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı Cavabdeh QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı redit razılaşmasına əsasən, 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmış 003M**********01 saylı İpoteka müqaviləsinə əsasən Kamaz-65115 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 21000 ABŞ dolları müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh QSC-yə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini Mülki Məcəllənin 439.1-ci maddəsi ilə əsaslandırmışdır. Belə ki, AR Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» və həmin Məcəllənin 439.2-ci maddəsinin «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənil-məlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi-nin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin «ödəniş vasitəsi» müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödəni-şin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hal-larını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi ma-natla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kre-dit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öh-dəliklərinə şamil olunur və bu zaman həmin maddənin «ödəniş müddəti çatanadək» müd-dəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn «öh-dəliyin əmələ gəldiyi vaxt» müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar