Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-458/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Zumrud Alıevanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MSK-29 29/1710-00362-1 qaz sayğacının yoxlanılması barədə 31 may 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmçinin Cavabdeh İB tərəfindən itirilmiş qazın dəyəri kimi hesablanmış 217,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Onunla Cavabdeh İB arasında 27.01.2021-ci il tarixli qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh İB tərəfindən ******* nömrəli aktına əsasən sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması qeyd edilmiş, nəticədə sayğacın alarm rejimdə işləməsi qeyd edilmişdir. Bundan sonra MSK-29 29/1710-00362-1 qaz sayğacının yoxlanılması barədə 31 may 2021-ci il tarixli akt qəbul edilmişdir. Hesab edir ki, həmin akt tamamilə əsassızdır. Belə ki, onun tərəfindən təbii qaz sərfiyyatına dair sayğaca heç bir müdaxilə edilməmiş və təbii qazdan sayğacdan kənar istifadə halı olmamışdır. Eyni zamanda, o, yaşadığı müddət ərzində işlətdiyi qaz sərfiyyatına görə borcunu vaxtı-vaxtında ödəmişdir. O, yaşadığı ünvana dair cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsini və on uyğun tətbiq edilmiş borcun silinməsini tələb etmişdir. Lakin onun bu müraciəti nəticəsiz qalmışdır və o, bunun əsasında məhkəməyə müraciət etmişdir. Bunlara görə 217,50 manat dəyərində cərimələnmişdir. Hesab edir ki, akt ləğv edilməli və həmin akta əsasən ona yazılan cərimə də silinməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən ona yazılmış 217,50 manat məbləğində cərmənin sil inməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, yaşadıqları ünvan 1 ünvanı 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Sayğac həmin mərtəbədə blokdadır. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Buna görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Zumrud Alıeva iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanı üzrə sayğaca baxış keçriən zaman sayağacın ekranının sönük olması aşkarlanmış, yoxlanılması üçün çıxarılmış, bu barədə akt tərtib edilmiş, həmin akt istehlakçı tərəfindən imzalanmışdır. Yoxlama aparılmış, MSK-29 29/1710-00362-1 qaz sayğacının yoxlanılması barədə 31 may 2021-ci il tarixli akta əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Hal-hazırda abonentin borcu 210 manat təşkil edir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, 9 saylı evin 56 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 718 nömrəli reyestr kitabının 67347 nömrəli vərəqində 14.05.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli AKX-0271875/01-2021 saylı müqavilədən görünür ki, paylayıcı Azəriqaz” İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 13.01.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanı üzrə 1202AQ**********8 nömrəli sayğacın ekranı sönük, 01668899 nömrəli plombu qırıq vəziyyətdə aşkarlanmış, plomb yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan MSK-29 29/1710-00362-1 qaz sayğacının yoxlanılması barədə 31 may 2021-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın element yuvasının qapağının alt hissədən - gövdəyə birləşən hissədən sınıq olması qeyd edilmiş, nəticədə sayğacın alarm rejimdə işləməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 31.05.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh 29/1710-00362-1 saylı aktına əsasən 1202AQ**********8 nömrəli sayğacın element yuvasının qapağının alt hissədən - gövdəyə birləşən hissədən sınıq olması qeyd edilmiş, nəticədə sayğacın alarm rejimdə işləməsi, dəymiş ziyanın ödənilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 31.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 21.05.2021-ci il tarixli, 29/1710-00362-1 nömrəli aktına əsasən G-4 markalı 1202AQ**********8 nömrəli sayğacın sayğacın element yuvasının qapağının alt hissədən - gövdəyə birləşən hissədən sınıq olması qeyd edilmiş, nəticədə sayğacın alarm rejimdə işləməsi aşkar olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 kubmetr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün olmaqla, 4x6x90=2160 kubmetr hesablanmışdır. İş materiallarına əlavə edilmiş Kodu **********00460 olan İddiaçı abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə 06.2021- il tarixi üzrə akta əsasən, 216 (iki yüz on altı) manat borc məbləği hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, qaz sayğacın element yuvasının qapağının alt hissədən - gövdəyə birləşən hissədən sınıq olması qeyd edilmiş, nəticədə sayğacın alarm rejimdə işləməsi qeyd edilmiş, bu səbəbdən abunəçiyə 216 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə qaz sayğacının dəyəri kimi (abonent kodu: **********00460 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində yazılmış borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sayğacının dəyəri kimi İddiaçı (abonent kodu: **********00460 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-458/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-458/2022
17.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver